• Skip to primary navigation
  • Skip to main content

Yenidən Qur

Allahın Kəlamını bütün həyatına tətbiq edən Məsihçi üçün vasitələr

  • Ana səhifə
  • Resurslar
    • Hər hansı Resurs
    • Müjdə nədir?
    • Mədəniyyət
    • Ailə təhsil
    • Vaxtında Verilən Məsləhət
  • Haqqımızda
  • Əlaqə
Resurslar Azadlıq qorxusu

Azadlıq qorxusu

26 Sentyabr, 2022 əlavə edildi
R.C. Raşduni tərəfindən

E.R. Dodds özünün “Yunanlar və İrrasional” adlı tədqiqatında bir fəsli “Azadlıq qorxusu” adlandırır. Bütün qədim dünya bu azadlıq qorxusu ilə yadda qaldı. Platon və Aristotel əksər insanlara azadlığın verilməyəcəyi dövlətlər planlaşdırırdılar və bütpərəst rəhbərlər yekdilliklə bu prinsip əsasında hərəkət edirdilər. Azadlıq təhlükəli hesab edilirdi və yalnız bir neçə idarəçilərə əmanət edilə bilərdi.

İnsanlar əsrlər boyunca adamların azadlıqdan nə qədər qorxduqlarını və adamların əksəriyyətinin azadlığa təhəmmül edə bilmədiklərini gördülər. T.H. Haksli demişdi: “İnsanın ən böyük çətinliyi istədiyini edə biləndə başlayır”.

Əlbəttə, bu günlərdə əksər adamlar sözdə azadlıqdan danışırlar, amma əslində öz həyatları və seçki bülletenləri ilə bunun əleyhinə səs verirlər. Bizim qanunvericilərimiz güman edirlər ki, fermerlərə və kənd təsərrüfatı işçilərinə azadlığı etibar etmək olmaz, kapital və əmək isə hesab edir ki, başqalarına nə qədər az azadlıq verilərsə, hamı üçün bir o qədər yaxşı olar.

İnsanlar azadlığı sevmirlər, çünki onlar özləri təbiətcə azad deyillər. Əsas köləlik, günahın köləliyi – onların varlıqlarının təbiətidir və köləliklərini həyatın bütün sahələrində nümayiş etdirirlər.

İsa bəyan etdi: “Doğrusunu, doğrusunu sizə deyirəm: günah edən hər kəs günahın köləsidir… Buna görə də əgər Oğul sizi azad etsə, həqiqətən də, azad olacaqsınız” (Yəhya 8:34, 36). Köləliyin kökü insanın təbiətindədir.

Biz bu gün kölələrlə əhatə olunmuşuq, çünki onlar mahiyyətcə yenidən doğulmayanlardır. Köləlikdə özlərini evdəki kimi hiss edirlər və onunla ən çox rahatlıqda olduqlarını hiss edirlər. Onlar köləliyə səs verəcəklər, çünki özləri kölədirlər. Onlar azadlığı sevmir və azadlıqdan qorxurlar, çünki Allahla düşmənçilik edirlər. Onlara azadlıq verin və onlar azadlığa son qoymaq üçün səs verəcək və onu məhv etmək üçün əllərindən gələni edəcəklər.

İnsanlar azadlıqdan qorxurlar, çünki bu, Allah qarşısında həyat və məsuliyyət deməkdir. Köləliyin cazibəsi məsuliyyətdən azad bir həyat təklif etməsindən ibarətdir və bu da həmişə köləliyə çağırışdır. Keçmişdə bəzi millətlərin beşdə dördü faktiki köləlikdə yaşayır və bununla razılaşırdılar, çünki bu, məsuliyyəti onların çiyinlərindən atırdı.

Azadlıqdan qaçış həmişə, ilk növbədə, insanı Onun nəzərləri altında yer üzərində məsul və hakim edən Allahdan qaçışdır. Seçim hər zaman ya Allah, ya da köləlikdir.

 

“Vaxtında vərilən məsləhət” 3-cü cild, № 31, Chalcedon/ Ross House Books, 2015.

İngilis dilində: https://chalcedon.edu/resources/articles/the-fear-of-freedom


R. C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.

Əlaqəli

bölüştweete-poçt yeniləmələrinə abunə olune-poçt ilə göndərçap edin
var gform;gform||(document.addEventListener("gform_main_scripts_loaded",function(){gform.scriptsLoaded=!0}),window.addEventListener("DOMContentLoaded",function(){gform.domLoaded=!0}),gform={domLoaded:!1,scriptsLoaded:!1,initializeOnLoaded:function(o){gform.domLoaded&&gform.scriptsLoaded?o():!gform.domLoaded&&gform.scriptsLoaded?window.addEventListener("DOMContentLoaded",o):document.addEventListener("gform_main_scripts_loaded",o)},hooks:{action:{},filter:{}},addAction:function(o,n,r,t){gform.addHook("action",o,n,r,t)},addFilter:function(o,n,r,t){gform.addHook("filter",o,n,r,t)},doAction:function(o){gform.doHook("action",o,arguments)},applyFilters:function(o){return gform.doHook("filter",o,arguments)},removeAction:function(o,n){gform.removeHook("action",o,n)},removeFilter:function(o,n,r){gform.removeHook("filter",o,n,r)},addHook:function(o,n,r,t,i){null==gform.hooks[o][n]&&(gform.hooks[o][n]=[]);var e=gform.hooks[o][n];null==i&&(i=n+"_"+e.length),gform.hooks[o][n].push({tag:i,callable:r,priority:t=null==t?10:t})},doHook:function(n,o,r){var t;if(r=Array.prototype.slice.call(r,1),null!=gform.hooks[n][o]&&((o=gform.hooks[n][o]).sort(function(o,n){return o.priority-n.priority}),o.forEach(function(o){"function"!=typeof(t=o.callable)&&(t=window[t]),"action"==n?t.apply(null,r):r[0]=t.apply(null,r)})),"filter"==n)return r[0]},removeHook:function(o,n,t,i){var r;null!=gform.hooks[o][n]&&(r=(r=gform.hooks[o][n]).filter(function(o,n,r){return!!(null!=i&&i!=o.tag||null!=t&&t!=o.priority)}),gform.hooks[o][n]=r)}});
Adınız*
ad soyad
e-poçt ünvanı*
Phone
This field is for validation purposes and should be left unchanged.
gform.initializeOnLoaded( function() {gformInitSpinner( 2, 'https://yenidenqur.com/wp-content/plugins/gravityforms/images/spinner.svg', true );jQuery('#gform_ajax_frame_2').on('load',function(){var contents = jQuery(this).contents().find('*').html();var is_postback = contents.indexOf('GF_AJAX_POSTBACK') >= 0;if(!is_postback){return;}var form_content = jQuery(this).contents().find('#gform_wrapper_2');var is_confirmation = jQuery(this).contents().find('#gform_confirmation_wrapper_2').length > 0;var is_redirect = contents.indexOf('gformRedirect(){') >= 0;var is_form = form_content.length > 0 && ! is_redirect && ! is_confirmation;var mt = parseInt(jQuery('html').css('margin-top'), 10) + parseInt(jQuery('body').css('margin-top'), 10) + 100;if(is_form){jQuery('#gform_wrapper_2').html(form_content.html());if(form_content.hasClass('gform_validation_error')){jQuery('#gform_wrapper_2').addClass('gform_validation_error');} else {jQuery('#gform_wrapper_2').removeClass('gform_validation_error');}setTimeout( function() { /* delay the scroll by 50 milliseconds to fix a bug in chrome */ jQuery(document).scrollTop(jQuery('#gform_wrapper_2').offset().top - mt); }, 50 );if(window['gformInitDatepicker']) {gformInitDatepicker();}if(window['gformInitPriceFields']) {gformInitPriceFields();}var current_page = jQuery('#gform_source_page_number_2').val();gformInitSpinner( 2, 'https://yenidenqur.com/wp-content/plugins/gravityforms/images/spinner.svg', true );jQuery(document).trigger('gform_page_loaded', [2, current_page]);window['gf_submitting_2'] = false;}else if(!is_redirect){var confirmation_content = jQuery(this).contents().find('.GF_AJAX_POSTBACK').html();if(!confirmation_content){confirmation_content = contents;}setTimeout(function(){jQuery('#gform_wrapper_2').replaceWith(confirmation_content);jQuery(document).scrollTop(jQuery('#gf_2').offset().top - mt);jQuery(document).trigger('gform_confirmation_loaded', [2]);window['gf_submitting_2'] = false;wp.a11y.speak(jQuery('#gform_confirmation_message_2').text());}, 50);}else{jQuery('#gform_2').append(contents);if(window['gformRedirect']) {gformRedirect();}}jQuery(document).trigger('gform_post_render', [2, current_page]);} );} );

© 2023 · Yenidənqur.com · Sayt xəritəsi

LimeCuda tərəfindən veb sayt hazırlanması