Yanlış suallar verin və siz həmişə səhv cavablar alacaqsınız. Köhnə hiyləgər sual: “Arvadınızı daha döymürsünüzki?” buna yaxşı misaldır. Pis bir sual cavaba layiq deyil, çünki yalan məsələlər yaradır və ittihamçı cavablar tələb edir.
Hələ də çox müzakirə olunan daha bir pis sual – bu, ətraf mühitə qarşı irsilikdir: insanı nə müəyyən edir? Sualın hər iki tərəfini tutan alimlər vardır, insanlar da bir tərəfi seçməyi özlərinə borc bilirlər. Amma məsihçi nöqteyi-nəzərindən hər iki tərəf yanlışdır. Faktiki olaraq hər iki tərəf insan məsuliyyətini inkar edir və cavabdehliyi insandan uzaqlaşdırır. Hər iki tərəfi cavablandıraraq tələyə düşmək yalana yol vermək deməkdir.
Bu gün siyasətimizin böyük hissəsi bu cür yanlış sualların nəticəsi olan hiyləgər cavablarla əlaqəlidir. Bu problemlər hiyləgər, problemi saxtalaşdıran və böhranı həll etmək əvəzinə daha da artıran suallar üzündən yaranır. Bu həyatı saxtalaşdıran hiylələrdən və kələklərdən ən dəhşətlisi çətinliklərimizin təməlində həll edilməsi lazım olan bəzi problemlərin olduğu düşüncəsidir.
Buna görə də, bizə deyildiyi kimi, iqtisadi, irqi və ya siyasi olmasından asılı olmayaraq, gəlin bu problemlərə düz baxaq və düzgün cavabları tapaq. Artıq uğursuz şəkildə bir müddətdir ki, düzgün cavabları tapmağa cəhd edirdik. Bir Universitetin prezidenti adamlar cavabın mümkünlüyünə şübhə etməyə başladığı qorxusunu dilə gətirdi.
Nə edək, pis suallara yaxşı cavab olmur. Dəyişilməli olan suallardır. Həyatın müxtəlif sahələrində doğrudan da ciddi çətinliklərimiz var: iqtisadi, irqi, siyasi, təhsil, dini və sair, ancaq əsas problem insandır. O günahkardır. İnsan günahkar olduğu müddətcə, ilk sualı: “…xilas olmaq üçün nə etməliyəm?” (Həvarilərin İşləri 16:30) sualını verməkdən çəkindikcə toxunduğu hər şeyi murdarlayır. Sonra bu ilk sualın ardınca insanın itaət etməyi, həqiqətdə və anlayışda xidmət etməyi öyrənə bilməsi üçün o biri düzgün suallar gəlir.
İnsanın sualları imanla, itaətlə və əməllə əlaqəli olmalıdır. Bu, problemləri əvəz edən oyunlar və tapmacalar deyil, həyat üçün vacib olan real suallar olmalıdır. Onlar insanı reallığa qaytarmalıdır və onun illüziyalarını davam etdirməməlidir. Allahın Adəmə olan sualı kimi: “Haradasan?” (Yaradılış 3:9), bunlar kim olduğumuzu və harada olduğumuzu etiraf etməyə bizi məcbur etməlidir, çünki yalnız yaxşı sualların yaxşı cavabları ola bilər.
“Vaxtında vərilən məsləhət” 3-cü cild, № 17, Chalcedon/ Ross House Books, 2015.
R. C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.