Süleymanın Məsəlləri 12:5-də deyilir ki, “Salehlərin məqsədi ədalətdir, şər insanların məsləhəti hiyləgərlikdir”.
Burada “məqsəd” sözünün mənası mahiyyətcə həyatımızın istiqamətini müəyyənləşdirərək yaşadığımız planlar, prinsiplər və niyyətlər deməkdir. Bu, bizim hər məqsədimiz deyil, lakin insanın əməlində təzahür edən əsas rəhbər məqsədidir. Bu, həvari Paulun haqqında: “Məsih İsa necə düşündü, siz də elə düşünün” (Filipililərə 2:5) dediyidir. Həvari Paul sadə bir iman iqrarından deyil, Məsihin və Onun Kəlamının idarəedici gücünü göstərəcək həyatdan bəhs edir.
Süleyman “…şər insanların məsləhəti hiyləgərlikdir” deyərək davam edir. “Məsləhət” sözü “məqsədlər” ilə eyni mənaya malikdir, “hiyləgərlik” isə “aldatma” deməkdir. Bu, aşkar yaramaz və cinayətkarların əməllərinə deyil, riyakarlara aiddir. Bu cür pis adamlar bir şeyi iqrar edib başqa bir şey etdikləri üçün yalançı və ya hiyləgərdirlər. Onlar Rəbbə iman etdiklərini iddia edirlər, lakin onların niyyətləri məsihçi imanı pərdəsini başqa məqsədlər üçün istifadə etməkdən ibarətdir. Beləliklə, onların “məsləhətləri” gizli və xəlvətdir.
Bütün bunlar kifayət qədər açıq görünür, amma biz bunu tətbiq edirikmi? Seçkilər ilində insanın vədlərini və ya yalanla dolu olan xarizmatik cəlbediciliyini rəhbər tutacağıq, yoxsa onların göstərdikləri zəkanı araşdırmağa hazırıqmı?
Hələ planlaşdırılmış hiyləgərlik proqramı əsasında vəzifə üçün namizədliyini irəli sürən və ya iş üçün baş vuran, ya da pastor kimi xidmət edən kimsə olmayıb. Əksinə, onlar proqramlar üzrə bizə həlli yolları təklif edən ədalətli, lakin daha çox problem, yaxud da vergilərlə daha çox çətinliklər gətirəcək vədlər verirlər.
Onlarda da, bizdə də yanlış olan nə isə var. Əgər bizi bir-iki dəfə aldadıblarsa, bəşəri nöqsan və qüsurlarımız bunu asanlıqla izah edə bilər. Ancaq əgər biz mütəmadi olaraq aldadılırıqsa, deməli, bizdə nə isə kökündən səhvdir. Bu, o deməkdir ki, bizim ağlımız və düşüncəmiz Məsihin ağlı və düşüncəsi deyil, bir axmağın, çağanın, heç nə üçün nə isə istəyən və nə isə üçün əvəzində heç nə almayan bir nəfərin ağlıdır.
Ya Məsihin düşüncəsində yaşayırıq, ya da azadlığımız da daxil olmaqla özümüzü bir-bir hər şeydən məhrum etməyə davam edirik.
“Vaxtında vərilən məsləhət” 3-cü cild, № 21, Chalcedon/ Ross House Books, 2015.
İngilis dilində: https://chalcedon.edu/resources/articles/in-the-mind-of-christ
R. C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.