Giriş
Allahın xoş xəbəri – Müjdə – sənin eşidəcəyin ən gözəl və ən vacib xəbərdir. Bu, Allahın Sözündə–Müqəddəs Kitabda dəyişilməz olaraq qeyd olunub. Müqəddəs Kitab Allahın bizim üçün olan xəbəri haqqda son təsir qüvvəsidir – və kiminsə Allah və Onun insanla olan münasibəti haqqda dediklərini yoxlamaq üçün müraciət etməli olduğunuz yerdir.
Müjdəni bir cümlə ilə ümumiləşdirməyin bir çox yolları var. Bunlardan biri: “Çünki günahın əvəzi ölümdür, Allahın ənamı isə Rəbbimiz Məsih İsada olan əbədi həyatdır” (Romalılara 6:23). Digəri: “Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun” (Yəhya 3:16). Bu iki ayə bütün hekayəni cızır və onlar hər bir övladın başa düşə bilməsi üçün kifayət qədər sadədir. Lakin Allahın bu xoş xəbərinin qısa təsvirlərini araşdırmaq üçün daha çox təfərrüat fayda gətirər.
Bu kitabça yeddi bənddən istifadə edərək belə bir təfərrüat təklif edir. Ardıcıllıq belə gedir:
- Sevən Xaliq bizə daim xeyir-dua verir
- Naşükür xilqətlər olaraq, biz Ona qarşı üsyan edirik
- Buna görə də, hamımızı ədalətli məhkəmə gözləyir
- Amma Allah lütf əhdi bağladı
- Məsih günahkarlar üçün xilası həyata keçirdi
- Xilas olmaq üçün biz tövbə və iman etməliyik
- Xilas olanlar yeni həyat yaşayırlar
Bu xəbər yalnız xoş deyil, lakin həmçinin zəruridir. Sənin buna cavabın əbədi həyat və ölüm məsələsidir. Xahiş edirəm ki, bunu diqqətlə və ciddiyyətlə oxuyasan – və Allah qarşısında harada olduğunu nəzərdən keçirəsən. Allahın xoş xəbərini rədd və ya imtina edənlər sadəcə olaraq özlərini Allahdan daha da uzaqlaşdırırlar. Bu xəbəri sevinclə qəbul edib Məsihə etibar edənlər, bunun həyatlarında baş verəcək ən gözəl bir hadisə olduğunu görəcəklər.
Sevən Xaliq bizə daim xeyir-dua verir
Canlı və həqiqi Allah hər şeyi Öz qüdrətli Sözü ilə yaratdı və hər şey çox yaxşı idi.
İnsan Allahı tanımaq, Ondan zövq almaq və Ona məhəbəttdən asılı olaraq xidmət etmək üçün yaradılmışdır. İnsan hələ əzəldən Allahın kamil iradəsinə tabe olaraq mənəvicəhətdən düzgün idi. Bəşəriyyət Yaradandan üz döndərsə belə, Allah bizə günəş işığı, məhsullar, ailələr, bilikdə böyümək kimi yaxşı bəxşişlərlə xeyir-dua verməyə davam edir.
O, bizim xeyrimiz üçün – insanlar arasına sevgi və ədalət gətirmək, qorxuya, məyusluğa və uğursuzluğa qalib gəlmək və Allaha necə düzgün ibadət etməyi öyrətmək üçün – Öz qanununu verdi. Nəhayət, Allah hətta Öz Oğlunu dünyaya göndərdi ki, insanlar Onun vasitəsilə yeni, bol və əbədi həyatdan zövq alsınlar.
Naşükür xilqətlər olaraq, biz Ona qarşı üsyan edirik
Allahın iradəsinə xüdbincəsinə itaətsizlik edərək, biz öz yollarımızla getdik və özümüz öz allahlarımızıq kimi davrandıq.Yanlış müəllim tərəfindən idarə olunaraq, biz Allahın Sözünü öz müdrikliyimiz ilə əvəz etdik. Bizim Allaha və insana qarşı münasibətimizi idarə edən pis – nifrətə, ədalətsizliyə, məyusluğa, uzaqlaşmağa, mənasızlığa və mənəvi məğlubiyyətə aparan ürəyimiz var. Biz Allaha qarşı nankor bir şəkildə yaşamışıq.
Öz fərdi yollarımızla həyatlarımız boyu Allahın iradəsinə ya passiv laqeydliklə, ya da fəal şəkildə qarşı çıxmaqla, bizim hər birimiz Allahın əmrlərini pozmuşuq. Biz Onun tələblərinə uyğunlaşmırıq və Onun qadağan etdiyi şeyi edirik. Mükəmməl və ya hətta yaxşı qiymətləndirilmək qalsın bir kənara, hamımız Allah qarşısında günahkarıq. Bizim ən yaxşı hesab etdiyimiz cəhətimiz belə Allahın gözündə hələ də natəmizdir. Daxilimizdə ruhani həyat uzaqda, biz öz günahlarımız içində ölüyük.
Buna görə də, hamımızı ədalətli məhkəmə gözləyir
Öz müqəddəsliyinə sadiq qalmaq üçün Allah Öz hüzurunda qeyri-müqəddəsliyə yol verə bilməz. Öz Sözünə sadiq qalmaq və bizim şəxsi seçimlərimizə hörmət etmək üçün bizi Onun qanununa məhəl qoymamış və onu pozmamış saya bilməz. Səhv əməl məna etibarilə Allahın təbiətinə zidd olduğu üçün günahlarımız bizi Ondan ayırır. Allahın qəzəbi və lənəti bu həyatda və sonrakı həyatda mütləq bütün günahkarlara qarşı tətbiq olunacaqdır. Onlar Allahdan əbədiyyən ayrılacaq və bitməyən cəzanın əzabını – son ölümü çəkəcəklər.
Lakin Allah lütf əhdi bağladı
Layiq olmayan günahkarlara Öz mərhəmətini göstərərək Allah Özü və Onun xalqı kimi Ona etibar edənlər və tabe olanlar arasında bir bağ – lütf əhdi bağladı. Bu mütləq şəkildə tətbiq edilmiş, birtərəfli, lakin eyni zamanda günahkar insanların layiq olmadığı halda onların xeyri üçün bağlanmış rəhmli, lütfkar sövdələşmə idi.
Bu Onun məhəbbətindən irəli gəlirdi. Bunun məqsədi Onun bizim Allahımız, bizim də Onun xalqı olmağımız idi. Lütf əhdində, Allah günahkarlar üçün əbədi xilas vədi verdi. Sarsılmaz and ilə Allah Özünü bu xilas vədinə bağladı. Allahın vədinin təminatları tarix boyu müxtəlif əhdlərdə tədricən məlum olurdu. Hər bir təminat İsa Məsihə, gələcək olan Xilaskara işarə edirdi. Əhdi-Ətiqdə əvvəlcədən deyilənə uyğun olaraq, Öz xalqını xilas etmək üçün Allahın Özü gəldi.
İsa ilahi Məsih, Allahın əbədi Oğlu idi. Ata ilə eyni təbiətə malik və Onunla bərabər olaraq, O, bədən alaraq insan oldu, belə ki, ilahi və bəşəri təbiət bir insanda ayrılmaz şəkildə birləşmişdi. İsa Məsih Allah İnsan olaraq, Allah və insanlar arasında Allahın əhdində deyilən xilas vədini yerinə yetirən, kamil Vəsatətçi idi.
Allahın vədi yalnız ayrı-ayrı fərdlər üçün deyil, lakin ailələr və hətta millətlər üçündür. Onun xilasa lütfkar çağırışı, Onun Özünkü olması üçün “bir xalq” və ya bir cəmiyyət yaradır. Əsrlər boyu (irqindən, cinsindən, milliyyətindən və s. asılı olmayaraq) imanlılar Allahın vahid xalqını – Kilsəni təşkil edirlər.
Məsih günahkarlar üçün xilası həyata keçirdi
Allah Onun yalnız qəzəbinə layiq olanları sevir. O öz Oğlunu, İsa Məsihi kamil həyat yaşamaq və Öz xalqının məhkumiyyətini üzərinə götürərək onlar uğrunda qurban əvəzi olaraq ölmək üçün dünyaya göndərdi. Məsihin ölümü itaətkarlıq əməli idi və Onun xalqının günahlarının əvəzini mükəmməl şəkildə ödəyir. O Qanunun hökmlərinə tabe oldu və Qanunun cəzasını çəkdi. İsa, bizi Allahla barışdıraraq, Allahın bizə olan qəzəbini yatırtdı. İsanın qanı bizi əsarətdən azad edən, bağışlanmamızı satın alan və murdarlığımızı təmizləyən fidyə qiymətdir. O bizə yeni ürəklər verərək, yeni həyat bəxş etdi.
Məsih, həyatımızın hər bir sahəsində bizi günahın təsirindən qurtararaq xilası tam şəkildə yerinə yetirdi. Biz cahil olduğumuz üçün O, Allahın iradəsini elan edən peyğəmbərdir. Biz günahkar olduğumuz üçün O bizə görə Allaha vəsatət edən kahindir. Biz intizamsız və aciz olduğumuz üçün, O, hər şeyi idarə edən və bizi müdafiə edən padşahdır. Məsih elə bir qurtuluş, barış və satın alma təklif edir ki, bu günahın bütün tərəflərini, nəticələrini və ifadə tərzlərini əhatə edir.
İsa Məsih vasitəsilə təmin edilmiş xilas tamamilə Allahın mərhəməti və lütfü vasitəsilə gəlir. Heç birimiz etdiyimiz hər hansı bir əməllə bunu qazana bilməzdik. Allah bunu bizə düşündüyümüz yaxşı əməllərə görə deyil, bir hədiyyə – layiq olmadığımız bir yaxşılıq kimi verir. Allah Özünü bütün insanlara təbiət və vicdan vasitəsilə aşkar etdiyinə görə, biz üzrsüzük. Biz bilə-bilə Onun standartlarını pozmuşuq və ədalətli şəkildə Onun tərəfindən mühakimə olunmuşuq. Onun nəzərində məqbul ola bilən ədalətinin yeganə məmnuniyyəti lütf əhdində Öz Oğlu vasitəsilə Özünün təmin etdiyi xilas yoludur. Beləliklə, İsa Məsih vasitəsilə həyata keçirilmiş xilas, Allahla barışmaq üçün tək və yeganə yoldur.
Xilas olmaq üçün biz tövbə və iman etməliyik
Allahın Öz Ruhu Müjdəni təsirli edərək, onun həqiqətinə daxilən şəhadət edərək və daxilimizdə yeni ruhani həyat hasil edərək Məsihin satınalma işini qüdrətli şəkildə Öz xalqına tətbiq edir. Günahkarlar Allahın tələblərinə əməl etməyi bacarmadıqları üçün Müqəddəs Ruh bizim ürəklərimizi dəyişdirməli və bizi Allahla ünsiyyətə məqbul etməlidir. Müqəddəs Ruh bizdə iman və tövbə hasil edərək bizi Məsihlə birləşdirəndə Allahın müftə xilas hədiyyəsini alırıq. Allahın xalqına günahdan tövbə etmək və Məsihə iman etmək əmr edilmişdir.
Tövbə öz günahlarından dönmək, nifrət etmək və onları tərk etməkdir, çünki onlar Allaha xoş deyil. Məsihə iman etmək özünü yalnız Ona etibar etmək, Onun tələb və vədlərini qəbul etmək və Onun bağışlanma, paklanma və Allahla əbədi həyat işinə arxalanmaqdır. Məsih xilas üçün Ona etibar edənlərə gözəl bəhrələr təmin etmişdir. Məsihin salehliyi bizə aid edildiyinə görə Allah bizə sanki heç vaxt günah etməmişik kimi davranır. Bizi saleh elan edərək, Allah həmçinin vaxt keçdikcə qəlbimizdə və davranışımızda da bizi saleh etməyi vəd edir. Allahın övladları olaraq Allah tərəfindən qəbul olunduğumuza əminik və imanda mətanətli olmaq üçün qüvvətlənirik.
Beləliklə, imanlılar indi Allahın sevgisindən, sülhündən, sevincindən və ümidindən zövq alırlar. Ölümdən sonra isə imanlılar müqəddəslikdə kamilləşirlər və onlar Allahın hüzurundan zövq almaq üçün ruhən yaşayırlar. Məsih dünyanın son hökmü üçün izzətlə geri qayıdanda bütün insanların ümumi dirilişi zamanı imanlılar satın alınmış bədənlərdə diriləcək, Xilaskar kimi izzətlənəcək, Onun tərəfindən tanınacaq və bəraət alacaqlar və Allahın mükəmməl Padşahlığının müqəddəs, xoşbəxt və əbədi həyatına daxil olacaqlar.
Xilas olanlar yeni həyat yaşayırlar
Müqəddəs Ruhun təqdisedici qüdrəti ilə imanlılar Allahın iradəsinə uyğun yaşamağa qərar verirlər; xilas olub yenilərək biz öz həyatlarımıza yeni istiqamət verməyə can atırıq. Ruhun verdiyi dəyişiklik bizi xarakterizə etməli və həyatlarımızın bütün sahələrinə təsir etməlidir. Allahın həqiqi xalqı xudbin günahdan imtina edir, Allaha və insanlara qarşı sevgidə yaşamağa can atır, Rəbbin əmrlərinə itaət etməyə qərar verir və ümumiyyətlə Ruhla dolu həyatın nümunəsi olan münasibətlər, məhəbbət və davranışlar nümayiş etdirirlər.
İsa Məsihin ardıcılları günah içində itmiş olanlara Onun xilas edən mərhəməti haqqında şəhadət etməyi arzulayırlar. Onlar həmçinin Xilaskara olan bağlılıqlarına görə əzab çəkməyə də hazırdırlar. Başqalarını Məsihin şagirdləri edərək və Allahın iradəsi haqqında şəhadət edərək, Məsihçilər dua edirlər ki, Allahın Padşahlığı dünyada özünü daha da çox – mümkün qədər yüksək dərəcədə büruzə versin və Allahın izzəti naminə həyatın bütün sahələrini yenidən qursun. Məsihçilər yeni həyatlarını Müqəddəs Kitabı oxumaq, dua etmək və Allahın xalqı ilə ünsiyyətdə olmaqla inkişaf etdirirlər. Onlar Allaha ibadət etdikləri, vəftiz mərasimlərinə və Rəbbin Süfrəsinə əməl etdikləri yerli kilsədə digər imanlılarla birləşirlər və Allahın Sözünü təbliğ etməklə böyüyürlər.
Yekun
Sənin Allahın xoş xəbərinə cavabın həqiqətən də vacib məsələdir. Bu, həyatda verdiyin ən vacib qərardır. Bu, həyat və ölüm arasında bir seçimdir. Gəlin, Allahın xoş xəbərini nəzərdən keçirək:
- Sevən Xaliq bizə daima xeyir-dua verir
- Naşükür xilqətlər olaraq, biz ona qarşı üsyan edirik
- Buna görə də, hamımızı ədalətli məhkəmə gözləyir
- Amma Allah lüft əhdi bağladı
- Məsih günahkarlar üçün xilası həyata keçirdi
- Xilas olmaq üçün biz tövbə və iman etməliyik
- Xilas olanlar yeni həyat yaşayırlar
Məsih səni imanla Ona məxsus olmağa dəvət edir və səni qəbul etməyi vəd edir. “Yanıma gələni heç vaxt kənara atmaram” (Yəhya 6:37). Allah Məsihə itaət etməyimizi əmr edir: “Həm Yəhudiləri, həm də Yunanları tövbə edib Allaha tərəf dönməyə və Rəbbimiz İsaya iman gətirməyə çağırdım” (Həvarilərin İşləri 20:21). Bu şeylər sənin ürəyində hələ də ağır ikən, ikinci dərəcəli qayğılar səni yayındırmadan, duada Allahdan bağışlanma dilə. Sən Allahla danışmağa alışmamış ola bilərsən, lakin O sənin duanı qəbul edir.
Günahlı olduğunu və buna görə peşmanlığını etiraf et.
Allahın gözlərində səni xilas edə biləcək yeganə Biri olaraq İsa Məsihin adını çağır.
Müqəddəs Ruhda yeni həyat dilə və bundan sonra edəcəyin hər şeydə Məsihi izləyəcəyinə söz ver.
Sonra Allah tərəfindən övladlığa götürülmək, Ona “Ata” deyə müraciət etmək şərəfindən zövq al və Onun sevgisindən əmin ol. İmanında qüvvətlənmək və böyümək üçün Allaha ibadət edə biləcəyin və Onun Kəlamından daha çox öyrənə biləcəyin Müqəddəs Kitaba inanan məsihçilər toplantısı tap.
Qreq L. Bahnsen, Fəlsəfə doktoru (1948-1995), bir zamanlar “ateistlərin ən çox qorxduğu” adam kimi təsvir edilirdi. O, görkəmli alim, müəllif, və Məsihçiliyin müdafiəçisi kimi, Məsihçiliyin və İncil qanunlarının müdafiəsinə dair çoxlu yazılar yazmış və müzahirələr vermişdir.