İsa yaxınlaşıb onlara dedi: «Göydə və yer üzündə bütün səlahiyyət Mənə verilmişdir. Beləliklə, gedin, bütün millətləri Mənim şagirdim edin; onları Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz edin; sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm». (Matta 28:18-20)
Amma Müqəddəs Ruh üzərinizə enəndə siz qüvvə alacaqsınız və Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, həmçinin yer üzünün qurtaracağınadək hər yerdə Mənim şahidlərim olacaqsınız». (Həvarilərin işləri 1:8)
Evdə təhsil uşaqların tərbiyə üsulundan daha çox həyat tərzidir. Bəzən uşaqlarına evdə təhsil verən ailələrin bunun dəyərini tam anlaması üçün bir müddət vaxt tələb olunur. Lakin, nəticədə təhsilin sentyabrdan iyuna qədər, 8:00-14:30-adək riyaziyyat, elm, tarix və ədəbiyyat kimi mövzulara bölünən təsisat olmayıb həyatın bütün sahələrini əhatə edən davamlı hissəsi olduğunu başa düşürlər. Çalışqanlığın hərtərəfli təbiəti bütün məşğələləri ya “öyrənmə məşğələlərinə” ya da öyrənilənlərin tətbiq olunduğu məşğələlərə döndərən dünyagörüşü və həyata baxışı əhatə edir. Hər şeydən əvvəl, uşaqlarına tətbiq olunarkən evdə təhsil valideynlərin də Böyük Əmrə tabe olacağı əla bir üsuldur. İsa Məsihin kəlamını bilib gündəlik həyatında tətbiq edən intizamlı şəxslərin yetişdirilməsi olan əsas tapşırıq hər şeydən daha çox şagirdlik fəaliyyətidir.
Bu yaxınlarda kiçik qızımla mən bir ailə cənazəsində iştirak etmək üçün yenidən Nyu-Yorka getdikdə qızımda bunun əyani sübutlarını görə bildim. Bir çoxları əvvəllər onu görməmişdi və üç il ərzində onun necə böyüdüyü görənləri təəccübləndirdi. Əlbəttə ki, gözlənilən təəssüratlar var idi: “Necə də boy atmısan!” və “Nə qədər sevimli və gözəl olmusan!” Ancaq dostlardan və ailə üzvlərindən 13 yaşlı qızımın yetkin, təmkinli və oturuş-duruşunu bilməsindən nə qədər təəccübləndiyini və “heyran qaldığını” dəfələrlə eşitdim. Maraqlı tərəfi odur ki, o, sadəcə olduğu kimi davranırdı. Bu onun ən yaxşı davranışı deyildi – bu onun adi davranışı idi.
Onun anası kimi mənə heyranedici diqqət və hörmət gətirən detallar hansılardır?
- Böyüklərlə danışanda onların gözlərinə baxmaq adəti
- İnsanlara adı ilə müraciət etmək, onların həyatı və problemləri ilə maraqlanmaq vərdişi
- Ondan xahiş edilmədən belə müdaxilə edərək köməyə hazır olmaq
- Ona təqdim olunan bir şeyi qəbul etməzdən əvvəl mənim razı olduğuma əmin olmaq üçün fikrimi soruşmaq adəti
- Kiminlə danışmasından asılı olmayaraq (yeni insanlarla tanış olduqca), həyatda etdiyi şeylər haqqında maraqla və xoşagələn tərzdə dəfələrlə danışmaq istəyi
- Qohumları tərəfindən xoşagəlməz vəziyyətə salınmaq, lakin buna baxmayaraq, onlara hörmətlə davranmaq
Düzdür, bunlar qızımı yaxşı təsvir edən məqamlardır, lakin mən həmçinin evdə təhsil ilə məşğul olduğum 25 il ərzində tanıdığım çox sayda tələbəni də burada təsvir etdim. Başqa sözlə desək, qızım heç də istisna deyil; o daha çox qaydaya bənzəyir.
Yaşlılara hörmət və rəftarın (əvvəllər qəbul edilən davranışlar) indiki dövrümüzdə qeyri-adi hal kimi qiymətləndirilməsi kədərli bir haldır. Ancaq bunun niyə baş verdiyini bilmək üçün çox da uzağa baxmaq lazım deyil. Uşaqları heç bir mənəvi mütləqiyyətin olmadığını, meymunlardan əmələ gəldiklərini və onların biliyə yiyələnmə dünyasında və həyatlarında İsa Məsihə yer olmadığını öyrədən təlimə məruz qoymaq yaxşı qınaq yeridir. Bununla yanaşı, bir çox xoş niyyətli məsihçilərin, zərərli təsirlərə qarşı mühüm tədbirlər görmədən, dövlət məktəblərində uşaqlarının məsihçiliyə zidd materiallardan qidalanmasına və təlim keçmələrinə icazə verməyə davam etmələri də kədərli bir haldır. Fikrimcə, övladlarınızı dünyavi məktəblərdə oxutmağa hazırlaşırsınızsa, onlara Müqəddəs Kitab nöqteyi-nəzərini öyrətmək üçün daha az deyil, daha çox vaxt sərf etməlisiniz. Bu baxımdan, evdə təhsil daha az vaxt və səy tələb edən bir seçim olur. Uzun illər boyu öyrədilmiş yalanı aradan qaldırmaqla məşğul olmaq lazım gəlmədən əvvəlcədən həmin biliyin verildiyi vaxt həqiqəti təbliğ etmək qat-qat asandır.
Valideynlər olaraq, biz ilk növbədə öz övladlarımıza dair Böyük Əmrə (şagird etmək) itaət etməliyik. Onların yaşadıqları dünyaya, oxuduqları materiala və bütün qarşılaşdıqları problemlərə münasibəti Müqəddəs Kitab nöqteyi-nəzərindən formalaşdırılmalıdır. Bu məsələ illərlə təlim, tətbiqetmə, sınaq və təmizlənmə tələb edən bir haldır və ən yaxşı şəkildə öz övladlarını tərbiyə edən xristian valideynlər tərəfindən yerinə yetirilir. Baxın ilk növbədə övladlarınız sizin şagirdiniz olmalıdırlar, böyüdükcə isə sizinlə birlikdə İsa Məsihin şagirdləri olduqlarını başa düşəcəklər.
Sizin övladlarınız kimin şagirdidir?
Bu məqalə ilk əvvəl 2005-ci ildə İngilis dilində https://chalcedon.edu/resources/articles/whose-disciples-are-they saytında dərc edilmişdir.
Andrea Schwartz Chalcedon Fondu və məsihçi təhsil təbliğatçısı və növbəti səkkiz kitabın müəllifidir: “Tanrı üçün bir ev: Padşahlıqla idarə olunan bir ailənin qurulması”, “Müqəddəs Kitaba aid qəyyum ailəsi: ailəniz üçün Allahın məqsədini anlamaq”, “Güclənmiş: Padşahlığın xidməti üçün güclü qadınlar inkişaf etdirmək”, “Evin qadını: Xristian mədəniyyətinin qurulmasında bir ananın rolu” və “Evdə təhsil həyatı: Ailəyə əsaslanan tərbiyə üçün Allahın yolunu kəşf etmək”. O, eyni zamanda “Sual xaricində” (“Out of the Question”) podkast və Evdə təhsil yardım edir (Facebookda aparılan həftəlik canlı yayım) aparıcısıdır.
Onunla Andrea@chalcedon.edu ünvanından əlaqə yaratmaq olar.