Kaliforniya Senatoru Bill Riçardson bu yaxınlarda Dövlət Cinayət Statistikası Bürosunda dərc edilmiş bəzi məlumatları mənimlə bölüşdü. 1970-ci ildə Kaliforniyada 652.393 ağır cinayət haqqında məlumat verilmişdi. Cinayət törətdiyinə görə həbs olunan yetkin insanların ümumi sayı 214.836 nəfər idi. Dairə prokurorları yalnız mühakimə olunma ehtimalının yüksək olduğunu hesab edəndə ərizə verərək 71.850 ittiham irəli sürürdülər. 49.950-si məhkumluqla, 9.307-si məhkum olunmamaqla bitən cəmi 59.257 qərar qəbul edildi.
Təxminən 50.000 məhkumdan (onlardan çoxlarının artıq məhkumluq tarixçəsi vardı) yalnız 5.025 nəfər həbsxanaya göndərildi. Qalanları vaxtından əvvəl şərti buraxılmış, şərti cəza almış və ya bu yaxud digər şəkildə həbs cəzası almamışdılar. Beləliklə, ümumi cinayət sayı ilə müqayisədə 1% -dən azına həbs cəzası verilmişdi. Cinayətin artmasına baxmayaraq, dövlət həbsxanalarımızın çoxu tam dolu deyil.
Senator Bill Riçardsonun qeyd etdiyi kimi, məhkəmələr qismən təqsirkardır, amma bu xalqa da aiddir. Əksər hallarda münsiflərin amansız olduğu hamıya məlumdur. Bir dostum bildirdi ki, bir iş yoldaşı, məsul vəzifəli federal məmur bu yaxınlarda münsiflər heyətinin nəzdində idi və öz səhlənkarlığına “Axı, gələn dəfə onun yerində mən ola bilərəm” deyərək bəraət qazandırmışdı.
Məsələnin məğzi budur. Qanunun tətbiqinin azalması insanların mənəvi standartlarının azalmasını əks etdirir. Həddindən çox sayda kişi və qadın qanunun ciddi tətbiqini dəstəkləmək istəmirlər, çünki onlar oğulları və ya qızlarının nəticələrindən əziyyət çəkəcəklərindən qorxurlar. Cinayətkər və ya problemli övladları olan qanunun tətbiqinə düşmən kəsilən valideynlər heyrətə gətirirlər, davranışları isə çox vaxt şok edicidir. Bəzi polislər, zorba uşaqları qədər, zorba valideynlər ilə də problemlər yaşadıqlarını bildirirlər.
Bu yaxınlarda “yaxşı” ailələrdən olan bir neçə ev xanımının qəsdən qanunları pozması halı ilə qarşılaşdım. Mağaza sahibi çarəsiz idi. Polislər daha ciddi cinayətlərlə məşğul olduğundan ona kömək edə bilmirdilər və hər hansı bir ittiham təşəbbüsü mağaza sahibini məhv etmək üçün kifayət qədər baha başa gələcəkdi və onu məhv etməyə yetərli olacaqdı. Bir çox digər qanunlar kimi burada da qanun pozulmuşdu və heç bir şey etmək olmazdı.
Bunun üçün səbəb var. Yalnız qanun pozuntusu cəmiyyətdə ikinci dərəcəli faktor olduqda qanun həqiqətən tətbiq edilə bilər, çünki qanun tətbiqinin əsas forması insanların mənəvi xarakteri və davranışıdır. Allahsız və qanunsuz insanların sayı artdıqca qanunun tətbiqi zəifləməyə başlayır, çünki hər cəmiyyətdə yeganə hərtərəfli nəzarət mömin vicdanın mənəvi nəzarətidir. İnsanlar allahsız və qanunsuz olduqda, heç bir polis qanun və asayişi təmin edə bilməz.
Suvarma xəndəyinin bir və ya iki kiçik nöqtədə sızması varsa, sızmalar asanlıqla yoxlanıla bilər. Bəndin hamısı çökərsə, probleminiz olacaq. Bugün bizim problemimiz budur. Məsihçi xarakterinin bəndinin yoxa çıxma əlamətləri görünür. Qanunun tətbiqi problemi indi polisin öhdəsindən gələ biləcəyindən daha böyükdür. Bu, yenidən doğulmuş və güclü məsihçi imanını və xarakterini, eləcə də, bizim özəl və milli həyatımızın yenilənməsini tələb edir. Bir dəfə Davud nida etdi: “Ya Rəbb, bizə yardım et, mömin insan qalmayıb, bəşər övladları arasında vəfalılar qurtarıb” (Zəbur 12:1). Yalnız Allahın lütfü ilə və Onun Qanun-Kəlamına qayıdaraq biz yenidən mömin bir cəmiyyətə malik ola bilərik.
“Vaxtında vərilən məsləhət” 3-cü cild, № 63, Chalcedon/ Ross House Books, 2015.
R. C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.