Yenidənqur.com Allahın Səltənətini qurması üçün Azərbaycan dilli insanlar arasında Məsihin bədənini gücləndirmək istəyən xilas olmuş xidmətçilərə “ilk” islahatçılardan bu günə kimi yazıçılar toplusunu təqdim edir.
Keçmişə Baxış: İslahat Nümunəsi
Tindeyl. Uikliff. Luter. Kalvin. Noks. Adları qeyd olunan bu insanlar, 16 və 17-ci əsrlərdə Protestant İslahatı kimi tanınan bir zaman kəsiyində, məbədlərdə oyanışı sürətləndirmək üçün Allah tərəfindən istifadə edilən şəxslərdən yalnız bir neçəsidir. Bu şəxslərin inancı, düşüncəsi və onların yazıları Avropanı və Qərb sivilizasiyasını köklü surətdə dəyişdi.
Bu ilkin islahatçıları yönəldən əqidələrdən biri ondan ibarət idi ki, Allahın Kəlamı olan Müqəddəs Kitab insan təfəkkürünün və davranışının ali hakimidir VƏ bəşəriyyətin və cəmiyyətlərin üzləşdiyi hər bir həqiqi problemin həlli üçün bu əqidə yetərlidir.
Onlar, Allah Kəlamının güclü həqiqətlərini yenidən kəşf edərkən, bu cəmiyyətlər Allah Kəlamını həyatlarının hər bir sahəsinə tətbiq edərək yeni bir ənənə yaratmış oldular. Təbii ki, bu səylərində onlar mükəmməl deyildilər. Buna baxmayaraq, onların Allaha ehtiramlı bir mədəniyyət qurmaq istəkləri və fikirləri bu gün bizim üçün bir nümunədir.
Gələcəyə Baxış: Görüləcək İşlər
Bir anlığa Qız Qalasını və ya Alov Qüllələrini düşünün. Əlbəttə ki, bu cür gözəl arxitektura əsərlərinin yaradılması üçün çoxlarının istəyi, planlaşdırması və əməkdaşlığı tələb olunmuşdur. Eynilə, Allaha ehtiramlı bir mədəniyyət formalaşdırmaq üçün mütləq şəkildə Onun planı və Onun təqdim etdiyi vasitələrdən istifadə edərək bir çoxlarının daimi səyi tələb olunur. Əlbəttə ki, bu bir gecədə baş vermir. Əksinə, bu, öz fikirlərini, həyatlarını və səylərini Padşah İsanın hakimiyyətinə tabe edən imanlı şəxslərin uzun müddətli cəhdləri sayəsində baş verə bilər.
Azərbaycan da daxil olmaqla, hər bir dövlətdə yenidən qurulası çox işlər var. Tarix necə qurulmuşdur? Cəmiyyətdə şəxsin, ailənin, məbədin və dövlətin rolu nədən ibarətdir? Öz qonşumu necə sevməliyəm? Ümumiyyətlə təhsil nədən ibarətdir? Ədalət nədir? Bir insan biznesdə və ya sahibkarlıqda necə uğur qazanır? Abort haqqında nə edə bilərik? Həqiqi xeyirxahlıq nədir? Bir Məsihçi kimi bu cür və bundan daha artıq sualları cavablandırmaq üçün Müqəddəs Kitaba əsaslanan vasitələrə malik deyiliksə, əslində, bu cür suallara cavab tapılmasını dünyaya buraxıb geri çəkilirik. Şükürlər olsun ki, tarix boyunca Allah bizi məğlubiyyətə deyil, qələbəyə çağırıb!
Beləliklə, Allah Öz izzəti üçün səni nə yenidən qurmağa səsləyir?
İstiqamətləndirici fikirlər
- Biz, Öz xalqı ilə əhd bağlamış Allaha ibadət edirik və hər bir işimizdə məsum olan Allah Kəlamı ilə əhatələnmişik.
- Biz gələcəyə baxırıq və tarixdə Məsihin Padşahlığının qalib gəldiyini iqrar edirik.
- Biz Allahın Qanunu və Ədalətini sevirik və özümüzdən, ailəmizdən və məbədimizdən başlayaraq Allahın Ruhunun qüdrəti vasitəsilə bunu həyatımızın hər bir sahəsinə tətbiq etmək üçün çalışırıq.
- Biz İsa Məhisin günahları bağışladığı, Allahla insan arasındakı münasibəti bərpa etdiyi və məzlumlara ədaləti gətirdiyi Padşahlıq haqqında Müjdəni dərk edirik və dəyərləndiririk.
- Biz xilasda və bütün tarix boyu Allahın ali hakimiyyətini qəbul edirik.
- Biz Allahın Padşahlığı üçün həm kütləvi missiyanı, həm də şəxsi məqsədləri dərk edirik və dəyərləndiririk.