• Skip to primary navigation
  • Skip to main content

Yenidən Qur

Allahın Kəlamını bütün həyatına tətbiq edən Məsihçi üçün vasitələr

  • Ana səhifə
  • Resurslar
    • Hər hansı Resurs
    • Müjdə nədir?
    • Mədəniyyət
    • Ailə təhsil
    • Vaxtında Verilən Məsləhət
  • Haqqımızda
  • Əlaqə
Resurslar Adamlar və saysız-hesabsız sərçə

Adamlar və saysız-hesabsız sərçə

6 İyul, 2022 əlavə edildi
R.C. Raşduni tərəfindən

Rəbbimiz Mattanın Müjdəsi 10:29-30-da Allahın hətta sərçələrin belə, qayğısına qaldığından danışır, sonra da bizə deyir: “Ona görə də qorxmayın, siz saysız-hesabsız sərçədən daha dəyərlisiniz” (31-ci ayə).

Tarix boyu dəfələrlə hökmdarlar insanların quşlar və heyvanlarla eyni dəyərdə olduğunu hesab etməyiblər. İngiltərə tarixində uzun müddət kral qoruqları və meşələri uğrunda xalqla taxt-tac arasında amansız mübarizə olub. Hökumət üçün vəhşi təbiət insanlardan daha vacib idi; məsələn, maral fermerin məhsulunu məhv etməkdə azad idi, fermerin isə onu dayandırmağa haqqı yox idi. Tarixçi E. P. Tompson yazır ki, üç əsrdən də artıq bir dövr ərzində Vindzor meşəsindəki marallar haqqında insanlardan daha dəqiq statistikalar var. Başqa şeylərlə yanaşı illik maral siyahıya alınması aparılırdı. Oliver Kromvel fermerlər tərəfindən çox sevilirdi, çünki o öz hakimiyyəti dövründə insanlardan daha çox heyvanlara olan bu hörmətə son qoydu. II Çarlz ilə köhnə qayda qayıtdı.

Biz yadda saxlamalıyıq ki, Rəbbimizin “Allah hətta sərçələrə də hörmət edir, Onun surətində yaradılmış biz isə daha qiymətliyik” bəyanatına çox vaxt inanılmayıb. Avropanın kralları, ağaları və xanımları fermerlərin maral və quşlardan daha az əhəmiyyətli olduğunu hesab edirdilər! Digər şeylərlə yanaşı Puritanizm[1]Tərcüməçinin qeydi – Puritanlar 16 və 17-ci əsrlərdə İngiltərə Cəmiyyətini Roma Katolik fəaliyyətlərindən təmizləməyə çalışan İngilis Protestantları idi. belə düşüncələrə qarşı güclü bir etiraz idi.

Eyni problem yenidən qayıdıb. İnsanlar Məsihi tərk etdikcə, onlar adətən sosial və maliyyə baxımından onlardan aşağıda olan bütün insanlara qarşı elitar nifrət və heyvanlara qarşı həddindən artıq qayğı nümayiş etdirirlər.

Allahın qanunu ağaclara, quşlara və heyvanlara qarşı diqqətli olmaqdan bəhs edir. Süleymanın Məsəlləri 12:10-da deyilir: “Saleh insan hətta heyvanlarının ehtiyacını duyar, şər insanın mərhəmətində də zalımlıq var”. Bu gün ətrafımızda ətraf mühitə qarşı “incə mərhəmət”lə dolu, amma öz yoldaşlarına qarşı qəddar olan çoxlu insanlar var.

Rəbbimizin dediyini yadınızda saxlayın ki, biz çöl güllərindən, vəhşi heyvanlardan və çoxlu sərçələrdən daha dəyərliyik. Bu Allahın həqiqətidir.

 

“Vaxtında vərilən məsləhət” 3-cü cild, № 15, Chalcedon/ Ross House Books, 2015.


R.C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.

Qeyd[+]

Qeyd
↑1 Tərcüməçinin qeydi – Puritanlar 16 və 17-ci əsrlərdə İngiltərə Cəmiyyətini Roma Katolik fəaliyyətlərindən təmizləməyə çalışan İngilis Protestantları idi.

Əlaqəli

bölüştweete-poçt yeniləmələrinə abunə olune-poçt ilə göndərçap edin
var gform;gform||(document.addEventListener("gform_main_scripts_loaded",function(){gform.scriptsLoaded=!0}),window.addEventListener("DOMContentLoaded",function(){gform.domLoaded=!0}),gform={domLoaded:!1,scriptsLoaded:!1,initializeOnLoaded:function(o){gform.domLoaded&&gform.scriptsLoaded?o():!gform.domLoaded&&gform.scriptsLoaded?window.addEventListener("DOMContentLoaded",o):document.addEventListener("gform_main_scripts_loaded",o)},hooks:{action:{},filter:{}},addAction:function(o,n,r,t){gform.addHook("action",o,n,r,t)},addFilter:function(o,n,r,t){gform.addHook("filter",o,n,r,t)},doAction:function(o){gform.doHook("action",o,arguments)},applyFilters:function(o){return gform.doHook("filter",o,arguments)},removeAction:function(o,n){gform.removeHook("action",o,n)},removeFilter:function(o,n,r){gform.removeHook("filter",o,n,r)},addHook:function(o,n,r,t,i){null==gform.hooks[o][n]&&(gform.hooks[o][n]=[]);var e=gform.hooks[o][n];null==i&&(i=n+"_"+e.length),gform.hooks[o][n].push({tag:i,callable:r,priority:t=null==t?10:t})},doHook:function(n,o,r){var t;if(r=Array.prototype.slice.call(r,1),null!=gform.hooks[n][o]&&((o=gform.hooks[n][o]).sort(function(o,n){return o.priority-n.priority}),o.forEach(function(o){"function"!=typeof(t=o.callable)&&(t=window[t]),"action"==n?t.apply(null,r):r[0]=t.apply(null,r)})),"filter"==n)return r[0]},removeHook:function(o,n,t,i){var r;null!=gform.hooks[o][n]&&(r=(r=gform.hooks[o][n]).filter(function(o,n,r){return!!(null!=i&&i!=o.tag||null!=t&&t!=o.priority)}),gform.hooks[o][n]=r)}});
Adınız*
ad soyad
e-poçt ünvanı*
Comments
This field is for validation purposes and should be left unchanged.
gform.initializeOnLoaded( function() {gformInitSpinner( 2, 'https://yenidenqur.com/wp-content/plugins/gravityforms/images/spinner.svg', true );jQuery('#gform_ajax_frame_2').on('load',function(){var contents = jQuery(this).contents().find('*').html();var is_postback = contents.indexOf('GF_AJAX_POSTBACK') >= 0;if(!is_postback){return;}var form_content = jQuery(this).contents().find('#gform_wrapper_2');var is_confirmation = jQuery(this).contents().find('#gform_confirmation_wrapper_2').length > 0;var is_redirect = contents.indexOf('gformRedirect(){') >= 0;var is_form = form_content.length > 0 && ! is_redirect && ! is_confirmation;var mt = parseInt(jQuery('html').css('margin-top'), 10) + parseInt(jQuery('body').css('margin-top'), 10) + 100;if(is_form){jQuery('#gform_wrapper_2').html(form_content.html());if(form_content.hasClass('gform_validation_error')){jQuery('#gform_wrapper_2').addClass('gform_validation_error');} else {jQuery('#gform_wrapper_2').removeClass('gform_validation_error');}setTimeout( function() { /* delay the scroll by 50 milliseconds to fix a bug in chrome */ jQuery(document).scrollTop(jQuery('#gform_wrapper_2').offset().top - mt); }, 50 );if(window['gformInitDatepicker']) {gformInitDatepicker();}if(window['gformInitPriceFields']) {gformInitPriceFields();}var current_page = jQuery('#gform_source_page_number_2').val();gformInitSpinner( 2, 'https://yenidenqur.com/wp-content/plugins/gravityforms/images/spinner.svg', true );jQuery(document).trigger('gform_page_loaded', [2, current_page]);window['gf_submitting_2'] = false;}else if(!is_redirect){var confirmation_content = jQuery(this).contents().find('.GF_AJAX_POSTBACK').html();if(!confirmation_content){confirmation_content = contents;}setTimeout(function(){jQuery('#gform_wrapper_2').replaceWith(confirmation_content);jQuery(document).scrollTop(jQuery('#gf_2').offset().top - mt);jQuery(document).trigger('gform_confirmation_loaded', [2]);window['gf_submitting_2'] = false;wp.a11y.speak(jQuery('#gform_confirmation_message_2').text());}, 50);}else{jQuery('#gform_2').append(contents);if(window['gformRedirect']) {gformRedirect();}}jQuery(document).trigger('gform_post_render', [2, current_page]);} );} );

© 2023 · Yenidənqur.com · Sayt xəritəsi

LimeCuda tərəfindən veb sayt hazırlanması