1965-ci ildə imanlı cəmiyyətlərinin Milli Şurası tərəfindən dərc edilmiş dərslikdə Kolin U. Uilyams bəyan etdi ki, “yeni əxlaq qaydaları”na qarşı xəbərdarlıqlar vacib olsa da, “yeni əxlaq qaydaları”nın, həqiqətən, yeni şərtləri göstərməsi eyni dərəcədə vacibdir. Bu şərtlər bizi zamanla sınanmış münasibətləri “qəti şəkildə təkrar gözdən keçirmə”yə məcbur edir. “Qəti şəkildə təkrar gözdən keçirmə”li şeylərdən biri ailədir. “Ailə artıq Əhdi-Cədiddə təsvir olunduğu kimi deyil… Əhdi-Cədid ailəsi cəmiyyətin əsas qurumudur və Rəbbin cəmiyyəti məhz onunla əsas münasibətə malikdir.” Lakin bu cür ailə və onun vacibliyi bizim müasir dünyamızda yoxa çıxmış, həmişəlik yox olmuşdur.
Bu doğrudurmu? Ailə ilkin əhəmiyyətini itiribmi? Əgər onu “yeni əxlaq”ın “qəti şəkildə yenidən nəzərdən keçirilmə”sinə məruz qoymasaq, bu, qəbilə həyatı, keçmişdən qalma bir şeydirmi?
Ailə keçmiş öz funksiyalarının əksəriyyətini keçmiş əsrdə itirdiyini deyən çoxları vardır. Bizə deyirlər ki, dünya dəyişib və onun üçün ailə daha az əhəmiyyətlidir. Nə vaxtsa qadınlar ailə iqtisadiyyatı, eləcə də, uşaqlar üçün çox vacib idilər, amma bütün bunlar iddia edildiyi kimi get-gedə daha az əhəmiyyət daşıyır.
Harvard sosioloqu Karl C. Zimmerman başqa cür iddia edir: “Ailə əvvəlki kimi elə həmin funksiyaları daşıyır, ancaq başqa aləmdə … İndi ailə həyatı əvvəl olduğundan da böyük əhəmiyyətə malikdir və bizə daha çox lazımdır.” Zimmerman deyir ki, fermerlik hələ də fermerlikdir, baxmayaraq ki, indi fermerlikdə qatırların əvəzində traktor və yük maşınları işlədilir; ailə də eynilə olduğu kimi qalır və bəzi yollarının dəyişilməsinə baxmayaraq, bu, hər zamankindən daha vacibdir. Əsas cəhətlərində ailə dəyişilməz qalır: valideynlərin, ər və arvadın, vəzifəsi və uşaqların öhdəlikləri olduğu kimi qalır. “Təməlli ailə arzulayanlar onu əldə edə, müdafiə edə və ona sahib ola bilərlər”–və əksəriyyəti bunu edir. Bundan əlavə, ailə cəmiyyətin əsas qurumudur. Ziyalıların buna məhəl qoymaması onun əhəmiyyətini azaltmır. Əgər universitet professorları günəşə məhəl qoymursa, günəş həyatımızda öz əhəmiyyətini itirməyəcək, nə də ki, onların etinasızlığından ailə də məhv olmayacaq.
Zimmerman göstərir ki, ailə nəinki sadəcə öz əsas funksiyalarını yerinə yetirmir, onun həmçinin bizim çox nadir hallarda düşündüyümüz funksiyaları da vardır. Bu, məsələn, istənilən ölkənin ən yaxşı “polis” qüvvəsidir: o, təlim və nəzarət vasitəsilə öz övladlarını cinayətkarlardan və əxlaqsızlardan müdafiə edir, eləcə də, hər gün milyonlarla gəncə nəzarət edir və tərbiyə verir. Bundan savayı, Zimmerman qeyd edir: “Ailə əvvəlki kimi ən yaxşı tərbiyəçidir.” Bundan savayı,“ailə hələ də, beşikdən məzara qədər bizim ən böyük qoruyucu qurumumuzdur və belə olaraq qalacaq.” Dünya nə qədər çox çətinləşirsə, özünü mürəkkəb dünyada qorumaq üçün ailə öz üzərinə bir o qədər çox öhdəliklər götürür: “ailə funksiyasını itirməyib, əksinə, onları qazanıb.”
Ailə sistemi Allah tərəfindən qabaqcadan təyin olunmuşdur və məhv ola bilməz. O, Romanın süqutuna, imperiyaların gəlib-getməsinə, dünya və vətəndaş müharibələrinə, böhran və inflyasiyalara tab gətirdi və hələ də mövcuddur. Bu, cəmiyyətin əsas qurumudur. Ailə və nikah Rəbbin cəmiyyəti və ya dövlətdən daha vacibdir. Allah nikahı əvvəlcədən Edendə təyin etmişdi və bu, yeganə qurumdur ki, onun mənbəyi cənnətdəndir və nikaha Allahın qanununa uyğun olaraq daxil olanda və ona əməl ediləndə, yenə də, insanın sahib olduğu ən xoşbəxt vəziyyəti olaraq qalır.
Ailə deyil, lakin onun tənqidçilərinin əhəmiyyəti yoxdur. Ailə insan həyatının əsas reallığıdır. İnsanlar reallıqla əlaqəni itirəndə onlar həyatla əlaqəni itirirlər və onların həyatlarının mənası olmur. Sonra onların hərəkətləri şüursuz və intihara meylli olur. Həvari Paul bəyan etdi ki, valideynlərə hörmət, ailə haqqında əmr “içində vədi olan birinci əmrdir,” o, xoş güzəranı və uzun ömrü vəd edir (Efes. 6:1-3).
Vaxtında Verilən Məsləhət –dən götürülmüşdür: Cild 5, səh. 59.
İngiliscə mövcuddur: https://chalcedon.edu/resources/articles/is-the-family-finished-1
R.C. Raşduni (R.J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.