Allahın qanunu insan üçün səlahiyyətə malikdir, çünki insan Allahın mülkiyyətidir. İnsanın Allaha qarşı və ya Onun əleyhinə, gilin dulusçuya “Niyə məni bu cür yaratdın?” deyə biləcəyindən başqa heç bir iddiası ola bilməz. (Rom. 9:20). Biz yaradılış təbiətinə görə Allahın mülkiyyətiyik və satınalmaya görə “baha qiymətə satın alınmışıq” deyə Onun ikiqat mülkiyyətiyik. Beləliklə, “biz özümüzə məxsus deyilik” (1 Kor. 6:19-20). Biz Rəbbinik və Onun bizi istifadə və idarə etməyə tam hüququ var. Yaradılışımız və seçilməyimiz və ya məzəmmət edilməyimiz, bizim deyil, Onun ali məsləhəti və seçimidir. Beləliklə, Allahın etdiyi hər hansı bir şeyə etiraz etmək üçün heç bir əsasımız yoxdur. Şənbə günü odun yığdığına görə edam edilən adam haqqında məşhur məsələdə (Say. 15:32-36) Allahın əmr verdiyini yerinə yetirmək Onun müstəsna hüququ idi. Bu qərarı təkəbbürlü bir günaha hökm olaraq başa düşə bilərik (Say. 15:30-31); əmri pozan qəsdən Allahın qanunlarına və Allahın ruzisinə hörmətsizliyini bildirdi. Bu itaətsizlik və xəyanət əməli idi. Lakin Allahın qanunu başa düşüb-düşməməyimiz və ya onu məqbul hesab edib-etməməyimizdən asılı olmayaraq, bizim üçün mütləqdir, çünki o insana deyil, Allaha əsaslanır.
Bundan əlavə, insan özünü Allahın kəlamı üzərində hakim təyin edəndə, hansı qanunun hələ də onun üçün yararlı olub-olmadığına özü qərar verəndə, Allahın sözü faktiki olaraq Allahın kəlamı olmaqdan çıxaraq ehtiyac duyulan zaman istifadə edilən mənbəyə çevrilir. Bundan sonra səlahiyyət Tanrının deyil, insanın olur. “Time Magazine” adlanan jurnal geniş yayılmış dini dözümlülük və hətta homoseksuallığın qəbul edilməsini şərh edərkən bir çox mühafizəkarların reaksiyasına toxunaraq məlumat vermişdi: “Müqəddəs Kitab bu qədər açıq-aydın olduğundan, əgər aktiv homoseksuallığın mənəvi qəbul edilməsinə səs verərlərsə, imanlı cəmiyyətinin insanların davranışına müəyyən bir məhdudiyyəti tətbiq etməsi üçün hər hansı bir əsasın olub-olmayacağı sualı yaranır”.[1]“Homoseksuallıq və ruhanilik”, Zaman, cild III, nömrə. 5, 30 yanvar 1978, səh. 85. Tamamilə doğrudur. Yeni əxlaqi əsaslar və səlahiyyət insan və ya kilsə, ya da xalqın sözüdür. Bu cür qərarlarla insanlar, kilsələr və xalqlar yer üzündə gəzən və insanlara yeni qanunu verən tanrı olduqlarını elan edirlər. Müqəddəs Kitabın mütləq təbiətini inkar edərək, öz sözlərinin daha yüksək və nüfuzlu olduğunu elan edirlər. Bununla da, insanın sözü və iradəsi davranış meyarına çevrilir.
Mədəniyyətə dair belə bir düşüncənin praktiki təsirləri aktyor Ceyms Kaanla müsahibədə ortaya çıxır. O, etiraf edir ki, aktyorluqdan başqa heç nə onun üçün uzun müddət marağını saxlamır və aktyorluğun özü də əyləncəli olmalıdır ki, ona olan marağı qoruyub saxlasın. “Yalnız aktyorluq fəaliyyətim deyil, ümumiyyətlə, ləzzət almadığım və ya mənə xoş gəlmədiyi təqdirdə heç bir şey etmirəm.” Kaan işi və məsuliyyəti xoşlamır: “İşlədiyiniz zaman siz üzərinizə məsuliyyət götürməli və nizam-intizamlı olmalısınız, amma mən heç nəyə məcbur olmaq istəmirəm. Nə qədər müəyyən vaxt müəyyən bir yerdə olmalıyamsa və ya hər hansı bir işi görməliyəmsə, o qədər çox bunu etmək istəmirəm.” O, günahkarlıq hisslərini etiraf edir, lakin onlardan yaxa qurtarmağa ümid edir.[2]Rudi Aversa, “Ceyms Kaan: Bəzi yüngül ləkələri olan Oğlan və gülməyə susamış” (“Gülmək üçün susamış çilləri olan oğlan), Los-Anceles Herald Eqzaminer Kaliforniya … Continue reading Kaan çağdaşlarının çoxunun xüsusiyyətini dürüst və səmimi şəkildə ifadə edir. İnsan Allahı inkar etdikdə, Tanrını ya öz məhdudiyyəti, ya da hansısa bir müəssisə və ya qurumun üstünlüyü ilə əvəz edir. Əgər öz üstünlüyünü təsdiqləyirsə, onda onun üzərindəki hər hansı bir səlahiyyətin etibarlılığını rədd edib hakimiyyətə və intizama qarşı üsyan edir.
Fəqət Allahın kəlamının nüfuzunun düşməsi imanlılar cəmiyyətində başlayır. İmanlılar cəmiyyətlərin əksəriyyətini yalnız anti-qanunçuluq deyil, anti-məsihçilik də fərqləndirir. Yalnız qanuna deyil, həmçinin Müqəddəs Yazıların tarixiliyinə, Allahın lütfünə, mərhəmətinə, ədalətinə və sevgisinə etinasızlıq edilir. Hər şey mümkün qədər az məna vermək, mümkün qədər az məcburi olmaq, başqa bir sözün mənasını vermək və haqqında danışılan ilahiyyatçının sözünün təsirində olmaqla təslim olan ilahiyyatçı tərəfindən təkrar şərh edilir. Yaradılış həqiqəti bulanıq və tarixi olmayan bir həqiqətə çevrilir; vəhy, vasitəsilə insanın özü və dünya barədə yeni anlayışa gəldiyi bir tarixi prosesə çevrilir və dirilmə İsa Məsihin fiziki cisminin həqiqi dirilməsi ilə heç bir əlaqəsi olmayan imkansız hala gəlir.
Məsələn, 85 səhifədən ibarət «hər bir müjdəçinin bənzərsiz qeydlərini aşkar etmək üçün dirilmə haqqında xəbəri bəyan edən pastorlara yardım” deyə istinad edilən kiçik bir kitabda Norman Perrin dirilmə ilə bağlı gəldiyi qənaətinə nəzər salın. Perrinə görə Dirilmə haqqında hekayələr teoloji nöqteyi-nəzərin tarixi deyil, ədəbi ifadələridir. O, fikrini belə yekunlaşdırır:
“Müjdəçilərə görə bu ilk Pasxa səhərində həqiqətən o baş verdi ki, gündəlik tarixdə İsanın üstünlüyünü bilmək mümkün oldu (Mark), imanlı cəmiyyətində bir məsihçi həyatı yaşamaq mümkün oldu (Matta) və dünyada mənalı bir həyat yaşamaq üçün İsaya bənzəmək mümkün oldu (Luka).”[3]Riçard Rodninq tərəfindən Norman Perrinin faydalı icmalına istinad edərək: Matta, Mark və Lukaya əsasən Dirilmə: (Filadelfiya: Fortress Press, 1977) Auqsburq Nəşriyyat Evinin Kitab … Continue reading
Belə bir düşüncə ilə imanlı cəmiyyətləri heç vaxt yaranmazdı və belə bir imanla onlar xoşbəxtlikdən, ya tezliklə məhv olacaq, ya da dəyişdiriləcəkdir. Müasir ilahiyyatçı və din xadimləri çox vaxt Müqəddəs Kitaba əmrlər deyil, fikir almaq üçün müraciət edirlər. Həqiqətən, Kalvin, Lüter, Avqustin və başqalarına, məsihçi və məsihçi olmayan alimlərə anlayışlar, məlumatlar və öyrənilmiş araşdırmalar üçün müraciət edə bilərəm, lakin Müqəddəs Kitaba müraciət edəndə Allahın mənim həyatım üçün nizamla gedən göstərişlərini eşitməliyəm. Mən Müqəddəs Kitabı ruhumun rahatlığı və ya daha yüksək bir yaşayış mühiti verməyə yönəlmiş bir ruhani təlimat kimi qəbul edə bilmərəm: bu, əmrləri ilə sülhümü poza biləcək bir əmr kitabıdır və mənə yalnız uca Allaha itaət etməklə sülh tapa biləcəyimi söyləyir. Müqəddəs Kitab nə mənim şəxsi nəsihətim üçün ruhlandıran kitab, nə də zövqümü oxşayan gözəl düşüncə və fikirlər kitabıdır. Bu, Ali və Qüdrətli Tanrının kəlamıdır: mən dinləyib ona itaət etməli, ona inanmalı və sadiq olmalıyam, çünki Allah bunu tələb edir. Mən Onun mülküyəm və O mənim mütləq sahibimdir. Bundan yaxşı bir şey ola bilməz. Mənasız bir dünyada öz mülkiyyətim və sahibim olmaq, səfalət və kədərin son həddidir. Lakin göylərin və yerin sahibi olan böyük və uca Tanrı (Yar. 14:19, 22), İsa Məsih vasitəsilə lütfü qəbul etməklə məni seçilmiş mülkiyyətinə çevirəndə, mən Onun yazılmış hər bir sözünə “Danış, ya Rəbb, qulun Səni eşidir” (1 Sam. 3:9-10) deyə cavab verməliyəm. Bu, Allahın mənə çağırışı və tələbidir və Onu dinləyib itaət etmək mənim üçün şərəfdir, çünki Onun sözü həyat və sağlamlıqdır (Zəb. 119).
Allahın mülkiyyətinə gəldikdə, özümüzü canlı və davamlı təqdim və qurban olaraq Ona təslim edirik (Rom. 12:1). Biz uşaqlarımızı körpəlikdən bəzi mistik anlayışlara görə deyil, Tanrının bizim və övladlarımızın üzərində mülkiyyət hüquqlarını etiraf etdiyimiz və övladlarımızı Allahın mülkiyyəti kimi böyütməyə and içdiyimiz üçün vəftiz edərək Ona veririk. Onda biri veririk, çünki hamımızın sahibi olan Allah Öz işinə görə bir hissə tələb edir. Əlimizdə olan hər şey və bütün varlığımız, şəxsiyyətimiz, ailələrimiz, mallarımız və vaxtımız Rəbbə məxsusdur. Bayramların və sünnət-vəftizinin, Pasxa-Rəbbin süfrəsi və ibadət həyatının bütün adət və qaydaları, Allahın bizim üzərimizdəki mülkiyyət hüquqlarının fərqli tərəflərini və Özününkülərin qayğısına qalmaq üçün lütfkar əhdini ifadə edir. Biz onda bir hissəsini təqdim etdiyimiz, uşaqlarımızı vəftiz etdiyimiz və Allahın qanununa tabe olduğumuz zaman, özümüzə məxsus olmadığımızı, lakin Rəbb tərəfindən baha qiymətə satın alındığımızı və buna görə də tamamilə Onun mülkiyyəti olduğumuzu etiraf edirik.
Beləliklə, yaşasaq da, ölsək də Rəbbinik (1 Salon. 5:10) və hər vəziyyətdə şükür etməliyik, çünki heç bir şeydə Rəbbə qarşı iddiamız yoxdur və biz Onun lütf və mərhəmətini alanlarıq (1 Salon. 5:18). Beləliklə, biz insanın deyil, Allahın qanununa tabe olmalıyıq, çünki Allah Tanrıdır: O, Rəbbdir.
Müqəddəs Kitab Qanununun Əsasları II: Qanun və Cəmiyyət cildi, səh. 690-692 və ingilis dilində https://chalcedon.edu/resources/articles/gods-property-and-possession saytından götürülmüşdür.
R. C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya[4]teonomiya– teos (allah) və nomos (qanun) sözündən götürülərək, cəmiyyətin ilahi qanun tərəfindən idarə edildiyi ehtimal olunan Məsihçi təlimidir. hərəkatına başladı. Buna görə, o, Allahın Qanununu, mədəniyyət tənəzzülünə müasir məsihçinin cavab reaksiyasının əsası olaraq gördü, bunu kilsənin Allahın qanununun Onun lütfünə qarşı çıxdığı ilə bağlı səhv dünyagörüşü ilə əlaqələndirdi. Bu ətraflı məsihçi cavabını o, “Məsihçi Yenidənqurması” olaraq xarakterizə etdi. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir. O, həmçinin mühazirələr oxuyaraq və dini etiqad azadlığı ilə bağlı çoxsaylı məhkəmə işlərində ekspert şahidi kimi xidmət edərək çox səyahətlər etmişdir. Bu gün də davam edən bir çox xidmət və təhsil səyləri öz fəlsəfi və Müqəddəs Kitaba əsaslanan köklərini Onun mühazirələrindən və kitablarından götürmüşdür.
Qeyd
↑1 | “Homoseksuallıq və ruhanilik”, Zaman, cild III, nömrə. 5, 30 yanvar 1978, səh. 85. |
---|---|
↑2 | Rudi Aversa, “Ceyms Kaan: Bəzi yüngül ləkələri olan Oğlan və gülməyə susamış” (“Gülmək üçün susamış çilləri olan oğlan), Los-Anceles Herald Eqzaminer Kaliforniya Livinq, 1 Yanvar 1978, səh. 8-9, 21. |
↑3 | Riçard Rodninq tərəfindən Norman Perrinin faydalı icmalına istinad edərək: Matta, Mark və Lukaya əsasən Dirilmə: (Filadelfiya: Fortress Press, 1977) Auqsburq Nəşriyyat Evinin Kitab Xəbər məktubu, 472 nömrə, Yanvar-Fevral, 1978, səh. 5. |
↑4 | teonomiya– teos (allah) və nomos (qanun) sözündən götürülərək, cəmiyyətin ilahi qanun tərəfindən idarə edildiyi ehtimal olunan Məsihçi təlimidir. |