Son yüzillik ərzində Məsihçiliyin ictimai həqiqət kimi fəaliyyəti Qərb ölkələrində getdikcə azalmışdır. Cəmiyyətin ictimai həqiqət olaraq qəbul etdiyi hər şey mütləq bir şəkildə o cəmiyyətin dininə çevrilir. Müasir Qərb dövlətlərində ictimai həqiqət kimi fəaliyyət göstərən düşüncə dünyəvi humanizmdir. Dünyəvi humanizm bu gün Qərbin dini adlandırıla bilər. Məsihçilik isə sadəcə dini bir təriqət, yəni şəxsi qurtuluş təriqəti statusuna endirilmişdir.
Lakin dünyəvi humanizm[1]dünyəvi humanizm: dini/fövqəltəbii amilləri istisna edən, insan üzərində cəmləşən dünya görüşü həddindən artıq relyativist[2]relyativist: nisbi, təməlində universal həqiqətlər / gerçəkliklər olmayan olduğu üçün mədəniyyətin sabit təməli kimi fəaliyyət göstərə bilməz və nəticədə başqa bir dini təməl üçün yer açmalıdır. Mədəniyyəti həqiqi, sabit və davamlı bir təməllə yalnız Məsihçilik təmin edə bilər. XX əsrdə Məsihçiliyin ictimai həqiqət olaraq rədd edilməsi dünyanı xaosa sürüklədi. Ona görə də müasir dünyanın üzləşdiyi xaosa cavab olaraq, Məsihçilik ictimai həqiqət kimi yenidən dirçəlməli, mədəniyyətimizin dini təməlinə çevrilməlidir; həm ayrı-ayrı fərdlər, həm də bütöv dövlətlər öz vətəndaş hökumətləri ilə birlikdə bütün həyatlarını Müqəddəs Kitabın əmr və təlimlərinə müvafiq şəkildə dəyişdirməlidirlər. Başqa sözlə desək, Məsihçilik bütün millətlərin təməl dini kimi bərqərar olmalıdır. Böyük Tapşırığın bizə verdiyi göstəriş məhz bunu nəzərdə tutur.
Lakin bunun baş verməsi üçün, həm hər bir məsihçinin, həm də bütün millətlərin arasındakı məsihçi icmalarının həyatında Allahın Padşahlığı konkret ictimai quruluş kimi təzahür etməli, həqiqi cəmiyyətin nümunəsi dünyaya göstərilməli, bununla da bütün dünya tövbəyə və Rəbb İsa Məsihə imana çağırılmalıdır. Peyğəmbərliyin nəzərdə tutduğu bu ictimai quruluş yer üzündə real şəkildə təzahür etmədən dünyanı Məsih üçün qazanmaq qeyri-mümkün olacaqdır. Məsihçi icması dünyanın nuru olmalıdır. Yalnız bu nur göründüyü zaman, yəni məsihçilər insanın bütün həyatını dəyişdirən real ictimai quruluşda yaşadıqlarını nümayiş etdirdikləri zaman, bu işıq dünyanı cəlb edəcəkdir:
Axır zamanda Rəbbin evi olan dağ Dağların zirvəsində möhkəm duracaq, təpələrdən yuxarı ucalacaq. Bütün millətlər ona sarı gələcək. Çox xalqlar gəlib deyəcək: “Gəlin Rəbbin dağına, Yaqubun Allahının evinə qalxaq, qoy Rəbb bizə Öz yollarını öyrətsin, biz Onun izləri ilə gedək”. Siondan Rəbbin təlimi, Yerusəlimdən Onun kəlamı yayılacaq. Millətlər arasında Rəbb hakim olacaq, çox xalqlar haqqında qərar çıxaracaq. Onun qılınclarından kotan, nizələrindən isə dəryaz düzəldəcək. Millət millətə qarşı qılınc qaldırmayacaq, artıq dava etməyi öyrənməyəcək” (Yeş. 2:2-4).
Məsihçilər öz aralarında Allahın padşahlığından tez-tez bəhs edirlər, ancaq heç vaxt onun tərifini verə bilmirlər. Bunun səbəbi isə odur ki, əksər məsihçilər dualist[3]dualist: gerçəkliyi iki hissəyə ayıran dünya görüşünə sahibdirlər və onların iman anlayışında üstünlük təşkil edən ruhanilik əslində bir növ məsihçiləşdirilmiş qnostisizmdir. Pietizm[4]pietizm: məsihçilikdə dualist dünya görüşü, həyatı (səhvən) əsl “ruhani” və təbii / ümumi sahələrə ayırır. Pietizm diqqəti şəxsi ruhanilik üzərində cəmləşdirir, … Continue reading deyilən anlayış elə budur. Lakin pietist/dualist dünya görüşü Allahın padşahlığını real, gözə çarpan formada qurmağın qeyri-mümkün olduğunu hesab edir, bu səbəbdən də məsihçilər həmişə Allahın padşahlığı barədə danışırlar, amma heç vaxt onun nə olduğunu izah edə bilmirlər. Hər hansı bir məsihçidən Allahın padşahlığının nə olduğunu soruşun. Çox güman ki, ağlabatan bir cavab ala bilməyəcəksiniz, ən yaxşı halda padşahlığın dəyərləri və prinsipləri haqqında çoxlu möminsayağı cümlələr və yüksək dərəcədə ruhani cəfəngiyyat eşidəcəksiniz. Bu isə məharətlə gizlədilmiş dualizmdən başqa bir şey deyil.
Allahın padşahlığı dualist/pietist dünya görüşü ilə heç bir şəkildə uyğun gəlmir. İmanlılar cəmiyyətinin həyatında isə bu dünya görüşü üstünlük təşkil etdiyinə görə, İmanlılar cəmiyyəti Allahın padşahlığının nə olduğunu müəyyənləşdirə və gerçək və ya aydın bir şəkildə qura bilmir. Ən yaxşı halda İmanlılar cəmiyyəti sadəcə bu padşahlığın bəzi aspektlərini həyata keçirir. Lakin bu çərçivədən çıxıb irəli getməyi bacarmır. Əlbəttə, bunun başlıca səbəblərindən biri dominantlıq, ruhanilərin ayrıca bir sinif kimi mövcudluğudur, lakin bu barədə növbəti məqaləmizdə danışacağam.
Beləliklə, Allahın padşahlığı nədir?
Allahın padşahlığı lütf əhdi ilə qurulmuş əks-inqilabi peyğəmbərlik ictimai quruluşudur – Allahın bəşəriyyət üçün nəzərdə tutduğu həqiqi cəmiyyətdir. Bütün məsihçilər yer üzündə hər şeydən öncə bu ictimai quruluşu axtarmalıdırlar. Bu, dirilmə zamanı baş verməsini gözlədiyimiz bir şey deyil, hal-hazırda yer üzündə gerçəkliyə çevirmək üçün çalışmalı olduğumuzdur. Həyatımızın mərkəzində dayanan məqsəd bu deyilsə, məsihçi birlikləri, yəni İmanlılar cəmiyyəti sadəcə məsihçi dini təriqətinə çevrilir – əfsuslar olsun ki, bu günkü vəziyyət məhz belədir. Ona görə də biz məsihçilərin bu həyatdakı ən ümdə vəzifəsi bu ictimai quruluşu gerçək bir icma, gerçək bir cəmiyyət kimi bərqərar etməkdir. İsanın fikrincə bu həyatda bundan daha önəmli heç nə yoxdur, çünki O, bizə ilk öncə Allahın padşahlığını və Onun salehliyini axtarmağı tapşırır.
Salehlik möminlik deyil, ədalət deməkdir. Amma unutmayın ki, bu padşahlığın bütövlükdə hamısı İmanlılar cəmiyyətindən təşkil olunmayıb, biz onun yalnız bir hissəsiyik. Dualist təriqətin baniləri olan ruhanilərin bu padşahlığı mənimsəməsi nəticəsində padşahlığın qurulması belə problemlərlə üzləşib və üzləşməyə davam edir, Allahın padşahlığının hüdudları İmanlılar cəmiyyəti səviyyəsinə endirilib və ruhanilər tərəfindən idarə edilir. Başqa sözlə desək, Allahın padşahlığı, məsihçi dini təriqəti çərçivəsinə endirilib, bunun nəticəsində dünyanı dəyişdirən real amil kimi öz təsirini itirir.
İngilis dilində nəşr edilmişdir:
https://www.kuyper.org/blog-parekbasis-content/2017/1/20/oru1dn6us5otzrc09y0owmzwsm1xii
Stephen C. Perks (Stiven C. Perks) Kuyper Foundation fondunun direktoru və fonda məxsus Christianity & Society jurnalının redaktorudur. O, teologiya və məsihçi dünya görüşü, iqtisadiyyat, siyasət, təhsil, hüquqi tarix və musiqiyə dair məruzələrlə çıxış etmişdir və on bir kitabın müəllifidir, məs.: The Christian Philosophy of Education Explained (1992); Baal Worship Ancient and Modern (2010); və The Politics of God and the Politics of Man (2016). Stiven evlidir və üç yetkin yaşda övladı var, hal-hazırda İngiltərənin Somerset əyalətində Taunton şəhəri yaxınlığında yaşayır.
Qeyd
↑1 | dünyəvi humanizm: dini/fövqəltəbii amilləri istisna edən, insan üzərində cəmləşən dünya görüşü |
---|---|
↑2 | relyativist: nisbi, təməlində universal həqiqətlər / gerçəkliklər olmayan |
↑3 | dualist: gerçəkliyi iki hissəyə ayıran |
↑4 | pietizm: məsihçilikdə dualist dünya görüşü, həyatı (səhvən) əsl “ruhani” və təbii / ümumi sahələrə ayırır. Pietizm diqqəti şəxsi ruhanilik üzərində cəmləşdirir, lakin məsihçiliyin cəmiyyətə/mədəniyytə tətbiqini inkar edir. |