1632-ci ildə Elizabet Coselin özünün Ananın öz bətnindəki körpəsinə verdiyi miras adlı əsərində belə bir məsləhət verdi: “Bir insan kimi avaralıqdan utan, amma məsihçi kimi onun qarşısında titrə, … Dünyada bundan daha acınacaqlı vəziyyətnə ola bilər? Birincisi, Allah Onun xidməti üçün yaramayan avara bir axmaq kimi ona nifrət edir; sonra həddindən artıq yoxsulluqla bütün dünya tərəfindən xor baxılmaq.”
Bu sözlər müasir insanlara qəribə gəlir, lakin Puritan vaizləri əməyin qonşu, cəmiyyət, insanlıq və Allah qarşısında bir imtiyaz və borcu olduğunu vurğulayırdılar. Müqəddəs Kitab bizə deyir ki, günaha batmazdan əvvəl insanın işi var idi – Eden bağını becərmək və qorumaq (Yaradılış 2:15). Con Milton bu faktı İtirilmiş Cənnət kitabında iki dəfə vurğulayıb.
1642-ci ildə pastor Edvard Braun işin və şəxsi mülkiyyətin diqqətlə idarə olunmasının “Allahın izzəti və başqalarının rifahı üçün” edildiyi barədə danışırdı. İnsanlar dürüstlüklə işləyəndə onlar öz rifahlarını, yaşadıqları cəmiyyəti və Allahın onların həyatları üçün məqsədlərini təşviq edirdilər. Digər tərəfdən, vaxtlarını boş keçirənlər özlərinə və cəmiyyətə zərər verirdilər.
Bütün bunlar və bir çox başqa şeylər bir vaxtlar adi bir təlim idi. 1645-ci ildə, Hyu Piters Yeni İngiltərədən (müstəmləkə) İngiltərəyə qayıdanda o, Yeni İngiltərə haqda belə dedi: “Mən yeddi il ərzində heç bir dəfə də olsun nə dilənçi, nə and içən və nə də sərxoş görmədiyim bir ölkədə yaşadım: sizin bu qədər çox iş mövcud olan İsrailinizdə nə üçün dilənçilər olmalıdır?”
Hyu Pitersin gedişindən sonrakı illərdə avaralıq və əxlaqsızlığın çox yayılmaması faktı, Amerika müstəmləkələrinin niyə sürətlə dünyanın ən qabaqcıl ticarət və dəniz qüvvəsinə çevrildiyini izah edir. Amerikanın davamlı olaraq dünya miqyasında gücünün artmasının arxasında əməyin imtiyazı və borcu haqqında Puritan təlimi dururdu.
Bu gün eyni təlimin eşidildiyi demək olar ki, yeganə yerlər, çox məhdud sayda reaksiya olsa da, Sovet İttifaqı, Qırmızı Çin (Kommunist Çin) və Yaponiyadır. Başqa yerlərdə istirahətə, təqaüdə, əyləncəyə və oynamağa xüsusi diqqət ayrılır. İş darıxdırıcı hesab edilir.
İşdən yayınma hallarının ən çox bazar ertəsi günlərinə, ən az isə maaş günlərinə təsadüf etməsi faktı insanların işə necə münasibət bəsləmələri barədə çox şey deyir. Getdikcə daha çox gənclər işi verdiyi imkanlar baxımından deyil, təqaüd və təqaüdə çıxmaq planları baxımından qiymətləndirirlər.
İki yüz il bundan əvvəl din xadimləri deyə bilərdilər ki, bu cür meylli insanlar, tənəzzülə, ehtiyaca və fəlakətə məhkumdurlar. Onlar israr edər və tez-tez deyərdilər ki, işi sevməyən insanlar tezliklə həyatlarının və dünyanın yoxsul olduğunu görəcəklər.
Onlar haqlı idilərmi? Sizin cavabınız Allahın yaratdığı gerçəkliyi dəyişdirməyəcək, ancaq bunun sizin gələcəyiniz və millətinizin gələcəyi ilə çox əlaqəsi olacaq.
“Vaxtında vərilən məsləhət” 3-cü cild, № 62, Chalcedon/ Ross House Books, 2015.
R. C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.