1974-cü ilin 26 avqust tarixindən 31 avqust tarixinədək olan bir həftə ərzində Kaliforniya ştatının Senatı öz işini bitirməyə tələsərkən 496 qanun layihəsi müzakirə olunmadan tez bir zamanda qəbul edildi. Bunlar iyirmidən altmışa qədər olmaqla qanun layihələri şəklində heç bir müzakirə olmadan təsdiqləndi. Bu tədbirlər mənimsəmə və tənzimləmə tədbirləri idi. Bunlara görə hər bir kaliforniyalı bir az kasıb və daha nizam-intizamlıdır.
Baş verənlər nə Kaliforniya, nə də digər ştatlar üçün qeyri-adi deyildi. Bütün qanun layihələrinin təxminən dörddə biri Kaliforniyada müzakirə edilmədən qəbul edilir və bəzi ştatlarda bu nisbət daha yüksəkdir. Əlbəttə, komitə dinləmələrində müzakirə və mübahisələr olur.
Nə üçün belə hallar baş verir? Əsas günah senatorlarda deyil, xalqdadır. Bütün bu qanun layihələri çoxlu sayda insanların bunların qəbul olunmasını tələb etməsinə və yeni qanunun dövləti daha böyük addımla cənnətə yaxınlaşdıracağına inanmasına səbəb oldu.
Əgər bu insanların bir komitə qarşısında şahidlik etdiyini heç eşitməmisinizsə, siz çox şey itirmisiniz. Bu, qədim dirçəliş coşğusunun yaxşı bir nümunəsidir. Müxtəlif qruplar başqalarını idarə etməyə və ya bəzi məqsədlərlə pul xərclənməsinə dair qanunların qəbul edilməsini insanın xilası hesab edirlər. Onlar “Ey Baal, bizə cavab ver!” deyə (1 Padşahlar 18:26) qışqıran Baalın peyğəmbərləri kimidirlər. Onlar dövlətini, öz Baalını oyatmağa və bununla da ölkəni xilas etməyə gəlirlər.
Gələn il də eyni şəkildə 596 qanun layihəsi qəbul edilə bilər, çünki tələb olunan qanun hər hansı bir qanunverici orqanın müzakirəsi üçün çox böyükdür. Nəticədə bizim azadlığımız hər il bir qədər daha azalacaq və bir qədər daha çox vergiyə cəlb olunacağıq və beləliklə, nə qədər ki, Baala ibadət edirik belə davam edəcək.
İnsanlar xilas üçün dövlətə deyil, yalnız İsa Məsihə baxmayanadək bu meyl dəyişməyəcək. İnsanlar Allah tərəfindən idarə edilməyincə dövlət tərəfindən daha az idarə edilməyə can atmayacaqlar. İnsanlar yalnız iman və itaət vasitəsi ilə daha çox güc əldə etdikcə, gücü hökumət qanunları ilə yaratmaq cəhdlərindən əl çəkəcəklər.
Tək İlyasa qarşı Baalın 450 peyğəmbəri var idi, amma İlyas qalib gəldi. Çünki İlyasın Allahı yaşayan Allah idi və yaşayır, peyğəmbərlərin Baalı isə onların xəyallarının məhsulu idi. Yaşayan Allahı inkar edən adamlar dövləti və ya insanı özlərinin Baalı, ya da ağası edəcəklər. Sizin Rəbbiniz və Xilaskarınız kimdir?
“Vaxtında vərilən məsləhət” 3-cü cild, № 23, Chalcedon/ Ross House Books, 2015.
İngilis dilində: https://chalcedon.edu/resources/articles/baal-worshippers
R. C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.