Müqəddəs Kitab bu cümlə ilə başlayır: “Başlanğıcda Allah göyləri və yeri yaratdı” (Yaradılış 1:1). Hər şey buradan irəli gəlir. Allah hər şeyin Yaradıcısı olduğuna görə, O, onların hökmdarı, qanunvericisi və Xilaskarıdır.
Bu yaxınlarda nəşr olunan bir kitab “Başlanğıcda təbiət var idi” cümləsi ilə başladı və məntiqi olaraq bu fikri inkişaf etdirərək qanun və əxlaqı, nizamı, həyatın mənasını və məqsədini inkar etdi.
Burada iki seçim vardır, lakin çox az adam məntiqə uyaraq bu və ya digər mövqeyin ardınca getmək istəyir. Ancaq başlanğıclar çox vacibdir: onlar bizi bir müəyyən istiqamətə yönəldirlər.
Bir ekzistensialist yazıçı Allahı rədd etdiyi üçün şəri öz həyat tərzi olaraq seçdiyini söylədi. O, öz əsas öhdəliklərinə dair dürüst idi.
Həvarilərin dövründən sonra birinci əsrdə məsihçilər vəzlərində “iki yolu” çox güclü tərzdə vurğulayırdılar. Roma imperiyasının pozulmuş mühitində həddindən artıq sayda insanlar hər şeyin ən yaxşısını, məsihçi imanı bilik və rahatlığını, habelə Romanın pozulmuş rifah və mədəniyyətində iştirak etmək istəyirdi. Bir çox vəzlərin israr etdiyi mövzu iki yolun təsviri və çağırışı: “…bu gün kimə qulluq edəcəyinizi özünüz seçin” (Yeşua 24:15) idi.
Biz də oxşar dövrdə yaşayırıq və qarşımızda eyni seçim durur.
“Vaxtında vərilən məsləhət” 3-cü cild, № 35, Chalcedon/ Ross House Books, 2015.
R. C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.