İnsanların Allah haqqında başa düşmədikləri çox şeylərdən biri də Rəbbin bəhanələrə əhəmiyyət verməməsidir. Yaradılış 3:9-19-cu ayələrdə Allah bütün bəhanələri yalnız mühakimə və hökm üçün əsas hesab etdiyini açıqladı.
İnsan Allaha kamil iman və itaətdən başqa bir şeylə yaxınlaşa bilməz. İsa Məsih bizim əvəzimizə bunu etdi və bundan əlavə, Ona itaət etmək üçün lütf verdi. Beləliklə, bizdən Ona imanda itaətli olmaq, çağırıldığımızı anlamaq, Allahın qanunlarına itaətsizlik deyil, itaət etmək, həyatımızın hər sahəsində Ona xidmət etmək tələb olunur.
Lakin insan bəhanə yolunu itaət yolundan üstün tutur. Rəbbimiz dəvəti qəbul etməmək üçün bəhanə gətirən istəksiz qonaqlar haqqında məsəlində bəhanələrə istehza etdi və onları qınadı.
Birincisi Ona dedi: “Mən bir torpaq sahəsi almışam, gedib ona baxmalıyam. Səndən xahiş edirəm, məni bağışla”. Digəri isə dedi: “Mən beş cüt öküz satın almışam və onları yoxlamağa gedirəm. Səndən xahiş edirəm, məni bağışla”. Üçüncüsü dedi: “Mən təzə evlənmişəm, buna görə də gələ bilmərəm” (Luka 14:16-20).
Məsih vurğuladı ki, Allah nəinki bəhanələrə qatlaşmır, hətta bəhanələr Onun qəzəbini artırır.
Əmin olun ki, Allah imanın və itaətin olmaması, onda birlərin verilməməsi, bütün yollarımızda Ona xidmət etməməyimiz və ya Onun Kəlamını bilməməyimiz üçün heç bir bəhanə qəbul etmir. Rəbb bəhanələrə əhəmiyyət vermir.
Bəhanələrlə idarə olunan bir dünya təhlükəlidir. Bu o deməkdir ki, günahınızın sizin üçün dəyərli olduğunu hiss edirsinizsə, günah üçün bir bəhanəniz var. Bu, işçinin əmək haqqını bəyənmədiyi təqdirdə işəgötürənin əmlakını məhv etməsinə və ya ona zərər vurmasına bərabər hərəkətdir. Bu o deməkdir ki, uşaqlarımızın itaətsizliyinə yol veririk, çünki onlara görə təəssüflənirik və ya onları sevirik.
Qısacası, bəhanələr Allahın icazə verməyəcəyi, günahlara bəraət qazandıran bir vasitə kimi xidmət edir. Lakin Allah, tövbə edən günahkara ali lütfü ilə bəraət verəcək. Bəhanələr dünyası bəraət qazandırılmış günah aləmidir. Lütf dünyası “Qanunun ədalətli tələbləri artıq… bizlərdə yerinə yetsin” (Rom. 8:4) deyə bəraət qazanmış və yeni yaradılışa döndərilmiş günahkarların aləmidir.
Öz dünyanızı, məsuliyyətsizlik və bəhanələr, və ya məsuliyyət və salehlik dünyasını seçin. Həyatınız seçiminizdən asılıdır.
İlk dəfə Kaliforniya Fermeri jurnalında 239:9 saylı jurnalında nəşr edilmişdir (8 dekabr 1973), səh. 28.
İngilis dilində: https://chalcedon.edu/resources/articles/excuses
R.C. Raşduni (R.J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.