Allahın bizimlə necə davrandığı açıq aydındır. Rəbbimiz deyir ki, biz Onun meynəsinin budaqları kimiyik və “Məndə olub bəhrə verməyən hər budağı Atam qoparır. Bəhrə verən hər budağı isə budayıb təmizləyir ki, daha çox bəhrə versin” (Yəhya 15:2).
Bu yaxınlarda nə vaxtsa ibtidai və ya orta məktəbin, yaxud kollecin yaxınlığında yerləşərsə, çox yüksək qiymətə malik olan evlərin, bu gün elə həmin səbəbə görə adətən çox aşağı dəyərə malik olduğunu biləndə bu haqda fikirləşdim. Səbəb müasir tələbələrin intizamsız təbiətləri və onların vandalizmə olan meylləridir.
Həyatımız “budama” cəzalandırma və tərbiyələndirmə prosesidir. İntizamsız uşaqlar sevilməyən uşaqlardır, çünki məhəbbət sevdiklərimiz üçün ən yaxşısını istəyir, yumşaqlığı deyil. Çox vaxt uşağın ən az sevdiyi şey onun üçün ən yaxşı olandır, çünki “Səfehlik uşağın qəlbindən yapışar…” (Süleymanın Məsəlləri 22:15).
Rəbb Allah bizimlə başqa cür davranmır. O, necə və harada böyüməli olduğumuzu bilir, Onun həyatımızda tətbiq etdiyi “budama” məhəbbətindən və lütfündən irəli gəlir. “Heç bir hikmət, dərrakə, ibrət Rəbbin qarşısında dayana bilməz” (Süleymanın Məsəlləri 21:30). Buna görə Onda böyüməyimiz üçün lazım olan “budamasına” tabe olmalıyıq.
“Vaxtında vərilən məsləhət” 3-cü cild, № 50, Chalcedon/ Ross House Books, 2015.
R. C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.