Artıq istifadə olunmayan müxtəlif adlar altında ilk günlərindən “Kaliforniya Fermer”i yaxşı xatırlayıram. Bir abunəlik üçün adətən bir toyuq ödənilirdi! Birinci Dünya Müharibəsindən sonra yaşayan fermerlər onu başdan ayağa oxumuşdular. Çox fərqli bir dünya idi – yoxsa elə deyildi? Hər şey dəyişilib, bu doğrudur, lakin bəşəriyyətin problemləri mahiyyətcə eynidir və bunları bir sözlə ifadə etmək olar ki, bu da günahdır.
İkinci Dünya Müharibəsi bitdikdən qısa müddət sonra ən yadda qalan hadisələrdən biri görkəmli bir insanın yeni atom bombası erası haqqında danışması idi. Mən onun adını Samuel Moffet olduğunu xatırlayıram və o, fikrini belə bitirdi: atom bombasının ixtirası insanın əsas problemi Allaha sadiq qalmaq və pisliyi tərk etmək istəməməsi baxımından saç üçün sancağı ixtira etməkdən daha böyük əhəmiyyətə malik deyil.
Bəşəriyyət özü özünə problem yaradır və insanların ətrafında heç bir şey günahları qədər onlara zərər vermir. Bu yaxınlarda problemli bir adama məsləhət verən bir pastor yoldaşım tez bir zamanda gördü ki, həmin insan özünün deyil, amma dünyasındakı hər şeyin dəyişməsini istəyir. Biz yoldaşımızı, xanımımızı, qonşumuzu, işə götürənimizi və ya başqasını dəyişdirə bilmərik, amma Allahın lütfü ilə özümüz dəyişə bilərik və bu, bizim məsuliyyətimizdir.
“Bu, çox gözəl bir vəz idi, pastor. Bunu eşitmək üçün kaş ki, ərim burada olaydı, çünki bu, ona lazım idi” kimi şərhləri eşitmək qədər pastorları çox az şey kədərləndirir. Həmişə başqasının günahını xatırlamaq daha asandır! Bizim əsas vəzifəmiz özümüzü islah etmək, lütfdə böyümək və istər 1919-cu ildə, istərsə də, 1991-ci ildə yaşamağımızdan asılı olmayaraq, bunun Allahın dünyası və Allahın vaxtı olduğuna və Onun hər şeyi yaxşı etdiyinə görə minnətdar olmaqdır.
“Vaxtında vərilən məsləhət” 3-cü cild, № 39, Chalcedon/ Ross House Books, 2015.
İngilis dilində: https://chalcedon.edu/resources/articles/change
R. C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.