Titə Məktubunda Paul bəyan edir:
Qoy bizimkilər də [bizim adamlar, bütün məsihçilər] təcili ehtiyacları ödəmək üçün xeyirli işlərlə məşğul olmağı öyrənsinlər ki, bəhrəsiz qalmasınlar” (Titə 3:14).
Paulun sözlərinə görə, bizim adamlar “dürüst peşə ilə məşğul olmağı”, (bir şərhçinin məharətlə dediyi kimi), “bəhrəsiz” və ya avara olmamaq üçün öz vəzifələrinin öhdəsindən yaxşı gəlməyi öyrənməlidirlər. Burada Paul 2 Saloniklilərə 3:10 ayəsində yazdıqlarını başqa sözlə təkrarlayır: “Hətta biz sizinlə olarkən sizə bu əmri verdik: kim işləmək istəmirsə, yemək də yeməsin”.
Erkən imanlılar cəmiyyəti ehtiyacı olan üzvlərə, dullara və yetimlərə qayğı göstərirdi (Həvarilərin İşləri 6:1-6), lakin işləməkdən imtina edən üzvlərə qarşı səbirli deyildi. Velfarizmin iki dövrü Roma İmperiyası və iyirminci əsrin dünyası idi. Paul allahsızlar haqqında fikir söyləmir; o, onlardan yaxşılıq gözləmir. Amma o israr edirdi ki, məsihçilər Allahın qanunlarına tabe olmalıdır, bu da məsuliyyətli iş və həyat deməkdir.
Məsihçilər avara deyil, işçilər olmalıdır və öz işlərində Məsihin cəmiyyətinə və özlərinə hörmət gətirən dürüstlük və məsuliyyət nümayiş etdirməlidirlər.
Paul üçün dürüst iş vacib idi, çünki bu, Allah üçün də vacib idi və vacib olaraq qalır. Başqa cür desək, riyakar iş Allaha qarşı nəzakətsizlikdir. O, səndən inciyibmi?
“Vaxtında vərilən məsləhət” 3-cü cild, № 54, Chalcedon/ Ross House Books, 2015.
