Rəbbimiz çox vacib bir cümlədə bizə “…yer üzünün duzu…” olmağımızı söyləyir (Matta 5:13). Bizim üçün duz yeməyə daha yaxşı dad verən bir dadlandırıcıdır. Tarixin əksər dövründə duz xarab olmanın qarşısını alan bir qoruyucu olmuşdur. Bir neçə il əvvəl balığı, mal ətini və digər qidaları daha sonra istifadə etmək üçün duzlu suda konservləşdirdim. Məsihçilər üçün yer üzünün duzu olmaq günahlı insana xas olan korlanmadan qoruma mənasını verir. Bu, o deməkdir ki, Məsihin sözünü və yolunu təsdiqləmək və hər şeyi Onun hökmranlığına tabe etmək üçün onlar hər sahədə fəal olmalıdılar.
Bizim Məsihdə Allahla əhdimiz Müqəddəs Yazıda “duz əhdi” adlanır. Beləliklə, Padşah Aviya 2 Salnamələr 13:5-də bəyan edir: “Bilmirsiniz ki, İsrailin Allahı Rəbb İsrail üzərində padşahlığı əbədi olaraq Davuda və onun oğullarına vermişdir? Bunu duzla əhd etmişdir.”
Biz Məsihdə Ata Allah ilə əbədi sülhə malikik, çünki duz əhdi qorunub saxlanmış sülh deməkdir. Eyni zamanda, bu duz əhdinə görə Məsihdə Ona xidmət etmək, Onun hakimiyyət və sülhünü bütün insanlar və sahələr üzərində qurmaq olan əbədi bir borcumuz vardır. Bax bu səbəbdən Rəbbimiz Öz şagirdlərinə və imanlılar cəmiyyətinə indi Onun əhd əhli, duz əhli olduqlarını söylədikdə dərhal onların vəzifələri haqda danışır. Onlar “dünyanın nuru” olmalıdırlar və bütün insanlar Atanı izzətləndirən “yaxşı əməllərini” görməlidirlər (Matta 5:14-16).
Məsihin xalqı olmaq, həyatın və düşüncənin hər bir sahəsini Məsihə təslim etmək, Onun dünyadakı duzu olmaq, qoruyucu gücünü və Onun nurunu, Onun hökmranlığı, həyatı və fəaliyyəti tərzini qorumaq deməkdir.
“Vaxtında vərilən məsləhət” 3-cü cild, № 56, Chalcedon/ Ross House Books, 2015.
R. C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.