Evdə təhsil həyatına yeni başlayan və çox sayda sualları olan bir çox analar vardır. Onlardan bəziləri hələ başlamayıb, planlaşdırma və düşünmə mərhələsindədirlər. Bir çoxları artıq başlamışdır, lakin sanki nə etdiklərini bilmədiklərini hiss edirlər. Və elələri də var ki, bunu bir müddətdirki, edirlər, lakin hələ də bunun içində özlərini tamamilə itmiş kimi hiss edirlər.
Evdə təhsil asan məsələ deyil.
Mənə evdə təhsil haqqında söylənməsini istədiyim çox şey olsa da, bir çox ananın işini sadəcə yaxşı görəcəyini bilməsinin lazım olduğunu anlayıram. Təfərrüatlar özləri qaydaya düşəcəklər.
Bununla da, evdə təhsilin ilk günlərində – bəlkə də, evdə təhsilə başlamazdan əvvəl nəzərdən keçirməli olduğunuz bəzi şeylər var.
1. Nə üçün evdə təhsili seçirsiniz?
Sizə birbaşa demək istəyirəm – bunun cavabı yəqin ki, vaxt keçdikcə dəyişəcək. Mənim üçün belə oldu. Nəticə etibarı ilə, bunu nə üçün etdiyinizi bilməlisiniz. Başqaları sizə suallar verəcək. Hətta özünüzə də suallar verəcəksiniz. Evdə təhsil yağ-bal deyil, ona görə də çətinlik gələndə, möhkəm təməl üzərində durmaq lazımdır.
2. Haradan dəstək alacaqsınız?
Evdə təhsil asan deyil. Sonradan sizə lazım olacaq dəstəyə indidən hazırlaşmağınız vacibdir. Dəstək müxtəlif formalarda gələ bilər: həyat yoldaşınız, ananız, imanlı cəmiyyətiniz, yerli dəstək qrupu, bloqlar, onlayn qruplar. Və heç vaxt unutmayın ki, sizin üçün ən yaxşı dəstək Allahın Kəlamıdır. Hamı sizə qarşıymış kimi görünəndə, Allahın Kəlamı sarsılmazdır və yarışı qaçmaqda və məqsədə doğru can atmaqda sizə kömək edir. Evdə təhsilə hazırlıqsız başlamayın. (Evdə təhsil verən anaya danışan iki kitab Zəbur və Süleymanın Məsəlləridir – onları tez-tez oxuyun!)
3. Gündəlik məqsədləriniz nədir?
Evdə təhsil üzrə səylərinizlə hər gün haraya vardığınızı bilmək vacibdir. Hansı dərsləri keçmək istədiyinizi, öyrətmə üslubunuzun necə olduğunu, günlərinizin necə olmasını istədiyinizi və nəyə nail olmaq istədiyinizi bilin. Bundan savayı, yadda saxlayın ki, həyatda hər şey baş verir və gündəlik məqsədlərinizi həmişə yenidən dəyərləndirməyiniz lazımdır.
4. Son məqsədiniz necədir?
Gündəlik məqsədlər gözəldir, amma əgər onlar daha böyük son məqsədlə əlaqəli deyilsə, mənasını itirir. Övladlarınızın evdə təhsili bitirdikləri vaxta qədər nəyə nail olmağa ümid edirsiniz? Onların Məsihlə münasibətlərdə harada olacaqlarına ümid edirsiniz? Siz universitet, peşə liseyi yoxsa başqa nəysə axtarırsınız? Sonda olmaq istədiyiniz yer üçün indi hazırlaşırsınızmı? Mükafata doğru qaçın – o sizə diqqətinizi cəmləşdirməkdə kömək edəcək.
5. Büdcəniz nə qədərdir?
Evdə təhsilin xərcini hesablamısınızmı? Burada söhbət təkcə maliyyə büdcənizdən getmir, həmçinin sizin vaxt və enerjinizdən, başqa adamlarla, eləcə də ailə üzvlərinizlə münasibətlərinizdən gedir. Evdə təhsil baha başa gəlir. Hətta siz pulsuz (maliyyə xüsusunda) evdə təhsil verməyin yolunu tapsanız belə, yadda saxlayın ki, bununla əlaqədar başqa xərclər də var və bu xərclərə görə də büdcə qurmağı öyrənin.
Övladlarınıza evdə təhsil verməklə çox məşğul olduğunuz üçün nikahınızın dağılmasına yol verməyin.
Ədazil bir müəllimə olduğunuz üçün övladlarınızla olan münasibətlərinizə ziyan dəyməsinə yol verməyin.
Evdə təhsil keçməyən dostlarınız və ailə üzvləriniz tərəfindən etdikləriniz haqqında suallar verilməsinə hazır olun. Yadda saxlayın, həlim cavab hirsi yatırar[1]Sül. Məs. 15:1.
Əldən düşməmiş öz vaxtınızı və enerjinizi planlaşdırmağı öyrənin.
Rəbdə güclü olun!
6. Övladlarınız haqda öyrənməyə davam edin!
Övladlarınız böyüməyə davam edən xeyir-dualardır! Onlar sabit və dəyişməz deyillər, ona görə onlara bu cür tədris keçməyin. Həmin maraq qığılcımlarını axtarın. Yaxşı şeylərlə qidalandırın, xoşagəlməz şeylərlə qidalandırmaqdan qaçın. Onlarla tez-tez söhbət edin. Onların kim olduqlarını və kim olmaq istədiklərini öyrənin. Heç, amma heç vaxt onların Kimin surətində yaradıldıqlarını yaddan çıxarmayın!
Buradan götürülmüşdür: https://www.raisingarrows.net/7-things-a-new-homeschool-mom-needs-to-know/
Qeyd
↑1 | Sül. Məs. 15:1 |
---|