[YenidənQur Redaktorunun Qeydi: Bu material İngilis dilli auditoriya üçün yazılmışdır, amma prinsip və perspektivlər hər yerdə tətbiq edilə bilər. Təbii ki, Azərbaycan dilində mümkün olan müəyyən resurslar və tədris proqramı buradakılardan fərqlənəcək.]
Düzünü desəm, övladlarımıza evdə dərs deməyə yoldaşımla qərar verəndə nəyə düşdüyümü bilmirdim. Bu nə qədər çətin ola bilərdi ki? Əvvəl-axır, mən nəinki bir neçə il sinif müəlliməsi olmuşam, lakin həmçinin sinif müəllimələrinə necə dərs deməyi də ÖYRƏTMİŞƏM!
Mən tezliklə Evdə Təhsil Verən Mahir Ana olacağımı gözləyirdim.
Deməli, reallıq budur ki, evdə təhsil tamamilə başqa bir şeydir. Əslində bunun ənənəvi dövlət məktəbləri ilə az ortaq cəhəti yoxdur. Əksinə, o, uşaqlığın ən yaxşı elementlərindən istifadə edərək sevgi bəxş edən yuvanın verdiyi rahatlıq ilə öyrənmə naminə öyrənmək üçün dəyişdirici təcrübə yaradacaq.
Dövlət məktəbi belə deyil.
Bu yola başlamanız və ya məyus olanda sizi ruhlandırmaq üçün bu yolun hər bir mərhələsində evdə təhsil verən ailələrə mənim əsas məsləhətlərim bunlardır:
- Öz evinizdə sinif otağındakı mühiti, məktəb cədvəlini və tədris planını təkrarlamağı yadınızdan çıxarın. Partaların arxasında oturmaqda, hər bir fənn üçün müəyyən vaxtın ayrılmasında və ya yalnız dərsliklərdən istifadə etməkdə heç bir sirr yoxdur. Sözün düzü, qızım 11 yaşı olana qədər dərsliyin nə olduğunu bilmirdi!
- Evdə təhsil alan uşaqların sosiallaşmamasına dair mənasız iddialara fikir verməyin. Eyni yaşda olan 20-30 uşağı doqquz ay müddətinə bir otağa toplamanın rəğbət, özünənəzarət, səbir, səxavət və digər arzuolunan keyfiyyətləri öyrətmək üçün ən yaxşı təhsil metodu olması fərziyyəsinə etiraz edirəm. Çox vaxt bu tam əksinə gətirib çıxarır. Sizin övladlarınız sizi müşahidə edərək, sizin sözlərinizi və davranışınızı örnək götürərək başqaları ilə davranmağı və özlərinə hörmət etməyi daha yaxşı öyrənərlər. Bu, çox təsirlidir.
- Evdə təhsil ilə məşğul olan şəxslərə mənim əsas məsləhətlərimdən biri də bundan ibarətdir ki, əvvəl-axır övladınızın təhsilində sizin rolunuz koordinatorluqdur. Mühazirə oxumağa ehtiyac yoxdur, çox vaxt öz övladınızla birlikdə təzə bir şey öyrəndiyinizi görəcəksiniz. Xahiş edirəm, elə fikirləşməyin ki, məktəbi xoşlamadığınıza görə, yaxşı oxumadığınıza görə, yaxud ali təhsiliniz olmadığına görə evdə təhsil verə bilməzsiniz. Evdə təhsil üzrə rast gəldiyim ən güclü analardan bəziləri mənə dedilər ki, hələ ali məktəbi bitirməkdə belə bəxtləri gətirib. Bəlkə onlar öz neqativ təcrübələrindən öyrəndilər ki, təhsil nə OLMAMALIDIR. Düşündürən bir fikirdir…
- Evdə təhsil verən başqa ailələrlə əlaqə saxlayın. Çox keçmədən onlar sizin sosial həyatınıza daxil olacaq, çünki, sizin kimi, onlar da məktəb cədvəlinə bağlı olmayacaqlar və tədbirlər, ekskursiyalar, şam yeməyi üçün bir yerə gəlməyə vaxtları olacaq. Çünki bu şeyləri etmək üçün sizin vaxt kimi bir nemətiniz var.
- Başqa ailələrlə birlikdə evdə təhsil cəmiyyətinə qoşulduğunuzda, istifadə edə biləcəyiniz resurslara HEYRAN QALACAQSINIZ! Biz Feniks bölgəsində yaşayanda Elm Mərkəzimizdə xüsusi evdə təhsil dərslərinə giriş icazəmiz vardı. Biz şəhərdə balet, opera və muzey turları da daxil olmaqla hər bir mədəniyyət tədbirində iştirak üçün faktiki olaraq inanılmaz dərəcədə aşağı qiymətlər aldıq.
- Əgər mümkünsə, evdə təhsilə dair konfransda iştirak etməyə çalışın. Sizin çoxlu sayda dərs proqramlarına baxmaq, ruhlandırıcı məruzəçiləri dinləmək və başqaları ilə münasibət qurmaq imkanınız olacaq.
- Həmişə eyni proqramdan istifadə edəcəyinizi, yaxud evdə təhsilə dair eyni bir qrupa daxil olacağınızı fikirləşməyin. Siz təhsil fəlsəfənizin necə inkişaf etdiyinə və hər hansı bir qrupun və ya fəaliyyətin sizin ailəniz üçün ən uyğun olmadığına təəccüblənəcəksiniz. İllər keçdikcə, nəhayət orta və yuxarı siniflər üçün Tədris Dərsliyi (Teaching Textbooks) üzərində qərarlaşana qədər 4 müxtəlif riyaziyyat proqramından istifadə etmişik. Dəyişiklik etməkdən qorxmayın.
- Texnologiyadan istifadə edin, amma ondan asılı olmayın. Mən bu il kompüter əsaslı tədris proqramından istifadə etdim və kompüterlə əlaqədar problem yarananda o həll olunmayınca övladlarım dərs edə bilmirdilər! İl ərzində bu problemlə nə qədər qarşılaşdığımıza inana bilmirdim. Bizim Kindle[1]E-kitab növü-da çoxlu kitablarımız var, amma adapteri itirəndə onu unudun!
- Əgər nəsə işləmirsə, bir daha cəhd edin və sonra işinizə davam edin. Bu barədə inadkar bir axmaq olmağın mənası yoxdur. Qızımın gimnastika ilə məşğul olmaq ideyasını çox bəyəndim, amma onu dərsə aparmaq haqqında mübahisə gedəndə, mən fikrimi dəyişdim və biz başqa bir məşğuliyyətə keçdik.
- Dərs ilinin əvvəlində dərsə tədricən başlayın. Birinci həftə ərzində bir fənlə başlayın. O biri həftə ikinci fənni və üçüncü həftə bir və ya iki fənni əlavə edin. Bu, hər kəsə dərs ilinə asanlıqla başlamağa kömək edir.
- Bu, sizin təbiətinizə zidd ola bilər, amma hər gün hər fənni keçməyə ehtiyac yoxdur! Unutmayın ki, dövlət məktəblərində həftədə bir və ya iki dəfə musiqi dərsi keçirilir. Elm dərsi həftədə yalnız iki və ya üç dəfə tədris olunur və eyni şey tarixə, coğrafiyaya, ictimai elmlərə, xarici dilə və bir çox başqa fənlərə aiddir. Hər gün altı dərs keçməyə çalışmaqla özünüzü məhv edəcəksiniz. Dövlət məktəbi sahəsində çox yaxşı qorunan bir sirr var – demək olar ki, heç kim dərsliyi ilin sonuna qədər bitirmir.
- Dərs keçmək üçün nə qədər az materiala ehtiyacınız olacağına təəccüblənəcəksiniz. Mən qızıma “Övladınıza 100 Asan Dərs vasitəsilə Oxumağı Öyrətmək” (Teach Your Child to Read in 100 Easy Lessons) kitabından istifadə edərək oxumağı öyrətdim. Dərslər hədsiz darıxdırıcı idi, amma qızım heyrətamiz oxucudur! Mənim oğluma da eyni dərslər keçildi və günlərin bir günü o, çox yaxşı oxumağı bacardı!
- Qiraətin və riyaziyyatın vacibliyini sözlə ifadə edə bilmərəm. Onlar övladlarınızın öyrənəcyi hər şeyin açarıdır. Güclü qiraətçi və balaca riyaziyyatçılar yetişdirmək üçün əlinizdən gələni edin. Bütün məktəb həyatı boyu, hətta yuxarı siniflərdə belə övladlarıma ucadan kitab oxumuşam. Bu, onlarda güclü söz ehtiyatını və oxumağa sevgini inkişaf etdirməyə kömək edən inanılmaz və çox vaxt gözdən yayınan bir üsuldur.
- Bu, SİZİN məktəbinizdir. Əgər siz bütün gününüzü riyaziyyat oyunları oynayaraq keçirmək, sonra da təbiətdə gəzməyə yollanmaq istəyirsinizsə, elə də edin! Zirəklik və səmimilik macəraların bir hissəsidir.
- HSLDA International ilə tanış olun. Bu, məsihçi təşkilatıdır və əgər sizinlə rayon təhsil şöbəsi, Təhsil Nazirliyi və ya hansısa digər bir qurum əlaqə saxlayıb evdə təhsil haqqında suallar verərsə, lazım olduqda onlar konsultasiya və hüquqi müdafiə yardımı göstərə bilərlər.
- Dünya sizin sinif otağınızdır! Ondan istifadə edin! Mövcud olan bütün mənbələri sonuna qədər araşdırın. Övladlarınızın öyrəndiklərini möhkəmləndirəcək ailə tətilləri planlaşdırın.
Sizin evdə təhsil illərinizin yalnız gözəl bir nağıla bənzəyəcəyinə söz vermirəm. Sizin elə günləriniz olacaq ki, yorğunluq və məyusluqdan oturub ağlayacaqsınız. Bu, ASAN deyil, lakin mükafatdan daha artıqdır və öz rahatlığına, əyləncəsinə və gündəlik kəşflərinə görə xoşunuza gələcək həyat tərzi yaradacaq.
İngilis dilində ilk dəfə 17 iyul, 2019-cu il burada nəşr olunmuşdur: https://thesurvivalmom.com/my-top-16-tips-for-beginning-homeschoolers/
“Həyatda Sağ Qalan Ana” tərəfindən.
Qeyd
↑1 | E-kitab növü |
---|