[YenidənQur Redaktorunun Qeydi: Bu material İngilis dilli auditoriya üçün yazılmışdır, amma prinsip və perspektivlər hər yerdə tətbiq edilə bilər. Təbii ki, Azərbaycan dilində mümkün olan müəyyən resurslar və tədris proqramı buradakılardan fərqlənəcək.]
Siz evdə təhsil haqqında sadə dərslik axtarırsınız?
Sizin, məsələn, riyaziyyat üzrə hansı dərs proqramını, dil öyrənməyin hansı proqramını və hansı kitabları almaq kimi çoxlu suallarınız yaranır.
Beləliklə, siz haradan başlayırsınız?
EVDƏ TƏHSİLƏ NECƏ BAŞLAMALI
QİRAƏT
Evdə təhsilə sadəcə yaşda böyük övladlarınıza hər gün kitab oxutdurmaqdan başlamağınızı məsləhət görürəm.
Siz uşaqlar üçün çox gözəl uşaq ədəbiyyatı siyahısı tuta bilərsiniz, yaxud da onlar sadəcə öz istədikləri kitabı seçə bilərlər.
Kiçik yaşlı uşaqlar oxumağı öyrənməlidirlər. Beləliklə, kiçik uşaqlarınıza oxumağı öyrətməyə vaxt sərf edin.
Çünki qiraət tədrisi daha da asanlaşdırır.
Oxuyan uşaq elmi kitabla bir yerdə bardaş qurub otura bilir.
Oxuya bilən uşaq təlimatları oxuya bilir.
Oxuyan uşaq tapşırıqları sözlə oxuya bilir.
Buna görə də kitab oxuyan uşaq hər cür xoşagəlməz diskussiyalar başlamaq üçün reklam lövhələrini oxuya bilər!
Birinci addım–uşaqlara oxumağı və yaxşı oxumağı öyrətməkdir.
Fonetika Yollar (Phonics Pathways) və ya Oxumanı Öyrətmək üzrə Valideyn üçün Adi Təlimat (Ordinary Parents’ Guide to Teaching Reading), ya da Övladınıza 100 Asan Dərs vasitəsilə Oxumağı Öyrətmək (Teach Your Child to Read in 100 Easy Lessons) vəsaitlərindən istifadə edin.
Oxumanı öyrətmək üçün proqram seçin, yavaş-yavaş və səbirlə onun vasitəsilə işləyin. Nəticədə övladlarınıza oxumağı öyrədəcəksiniz.
Digər tərəfdən, əgər övladlarınız oxuyurlarsa, onları yaxşı kitabları oxuyaraq zövq almaq üçün bol vaxt keçirməyə həvəsləndirin.
Mənim birinci sinif şagirdlərim 2-ci və ya 3-cü sinifdə fəsillərə bölünmüş kitablara keçməmişdən öncə, adətən çox uzun müddət şəkilli kitabları oxumağa üstünlük verirlər.
Yadda saxlayın ki, şəkilli kitablar ucadan oxumaq üçün nəzərdə tutulmuşdur və orada erkən yaş dövrü üçün fəsilli kitablarda olandan daha mürəkkəb sözlərdən istifadə olunur.
Buna görə də, sizin ən kiçik övladınızın fəsilli kitablara keçməsi vaxt alarsa, narahat olmayın.
EVDƏ RİYAZİYYAT TƏHSİLİ VERMƏYƏ BAŞLAYIN
Riyaziyyat dərsini evdə başlamaq üçün riyaziyyat üzrə sizin ailənizə uyğun olan tədris planının tapılmasına üstünlük verirəm.
Bununla övladlarınızın riyaziyyatı öyrənərkən göz yaşlarına boğulmamasını nəzərdə tuturam.
İnanın ki, günün riyaziyyat tapşırığını çıxararkən övladınızın hönkür-hönkür ağlamasını görməkdən pis şey yoxdur.
Riyaziyyatın tədrisi proqramında nəyin və nə üçün öyrədildiyini anlamalısınız. Uşaqlar inkişaf etməlidirlər.
Ləng inkişafdan narahat olmayın, çalışqanlıq və məharətə görə narahat olun.
Axtarmağa başlamaq üçün mən Sakson Riyaziyyat (Saxon Math) vəsaitindən istifadə edirəm və onu sevirəm. Mammos Riyaziyyat (Mammoth Math) da Sinqapur Riyaziyyat və Doğru Başlanğıc (Singapore Math and Right Start) kimi mükəmməl vəsaitlərdir.
Dostlarımın çoxu Dərslikdən Öyrətməyi (Teaching Textbooks) sevir.
Elə ki yaxşı riyaziyyat proqramını tapdınız, hər gün onunla işləyin. Onu öz gündəlik həyatınızın bir hissəsinə çevirin.
Səhər yeməyini yeyin, ev işlərini görün, riyaziyyat dərsini çıxarın.
Riyaziyyatın qeyri-müntəzəm keçilməsi deyil, çalışqanlıq sizi daha çox təkmilləşdirəcək.
Unutmayın ki, sizin ən kiçik övladlarınız gündəlik həyat vasitəsilə də riyaziyyatı öyrənə bilər.
- Övladlarınıza saymağı, toplamanı və çıxmanı öyrədin.
- Onları pulları saymağa həvəsləndirin
- Birlikdə bişirin
Beləliklə, riyaziyyatı həyatınızın gündəlik hissəsi etməyə diqqət verin.
Əlaqəli mənbə:
ANA DİLİNİN TƏDRİSİNƏ NECƏ BAŞLAMALI
Deməli, riyaziyyat dərsi səlis şəkildə gedirsə, ana dili üzrə proqramı tapmağın vaxtı gəlmişdir. Unutmayın ki, ən yaxşısı asta və sabit yanaşmadır.
Evdə təhsilin birinci və ya ikinci ili həmişə ən çətinidir.
Siz təhsili sıfırdan qurmağa və ailəniz üçün ən münasib olanı müəyyənləşdirməyə çalışırsınız.
Övladlarınızın oxuduqlarını nəql etməsi, danışması ilə başlayın.
Onları sadəcə dayanmadan danışmağa deyil, təfsilatları deməyə həvəsləndirin.
Eyni zamanda övladlarınızın baxıb köçürməsi üçün cümlələr və ya paraqraflar seçin. Köçürmə qramatikanı, orfoqrafiyanı və durğu işarələrini mənimsədəcək.
Ana dili proqramını axtarıb tapmaqda tələsməyin.
Ana dilini hissə-hissə, eləcə də hamısı bir arada inkişaf etdirmək üçün mükəmməl proqramlar imkanı mövcuddur.
Övladlarım üçün mənim ana dili proqramım ədəbiyyat və yazı üçün “Lütfün Qobeleni” (Tapestry of Grace), qramatika üçün Əsa və Dəyənək (Rod and Staff) və orfoqrafiya üçün “Orfoqrafiya Çalışması”ndan (Spelling Workout) ibarətdir.
Əgər başlayarkən məktəb üçün etməli olduğunuz elə budursa, övladlarınızı oxumaqda, yazıda və riyaziyyatda inkişaf etdirməyə davam edəcəksiniz.
ƏLAVƏ FƏNNLƏR
Evdə əlavə fənnlər üzrə tədrisi başlamaq haqqında mənim məsləhətim odur ki, bunları öz dərs gününüzə yavaş-yavaş əlavə edin.
Evin hər yerində kitabları səpələmək haqda çox şey demək olar. Səpələmək, sadəcə olaraq yaxşı kitabları hər yerə, hətta hamama da qoymaq deməkdir.
İri həcmli incəsənət kitablarını çay masasında, quşlar haqqında kitabları pəncərəyə yaxın yerdə və uşaq ədəbiyyatını hamamda yerləşdirin.
Uşaqlar darıxanda kitabları kəşf edəcəklər, onları vərəqləyəcəklər və bu davam etdikcə nəsə öyərənəcəklər.
Elmlə asan və əyləncəli tanışlıq üçün təbiətin öyrənilməsindən başlayın.
Heytəramiz tarix kitablarından istifadə edin və övladlarınızla birlikdə onları ucadan oxuyun.
Bunların hər ikisi, evdə təshil alan şagirdlərin sevdikləri kimi, sonsuz sayda faydalı şəkildə mövzudan yayınma imkanını təklif edirlər.
Özünüzü hazır hiss edən kimi, siz rəsmi olaraq tarix və ya təbiət elmləri üzrə tədris planı əlavə edə bilərsiniz.
MÖVZUDAN YAYINMA
Mövzudan yayınma evdə təhsilin ən yaxşı hissələrindən biridir və övladınızın təhsilini fərdiləşdirmək üçün sadə üsuldur.
Sadə dillə desək, siz sadəcə öz övladınızın maraqlarını izləyirsiniz.
Məsələn, mən bu paylaşımı ilk dəfə yazmağa başlayanda, mənim ailəm Viktoriya Dövrünü öyrənirdi.
Mənim böyük qızım bir xanımın hər gün geyinməli olduğu çoxlu paltarlar haqqında oxuyandan sonra onda Viktoriya dövrünün etiket qaydalarına maraq oyandı.
Sonra qızım Viktoriya dövrünün davranış qaydalarını araşdırmağa başladı.
Oğlumu Viktoriya dövrünün davranış qaydaları ilə heç maraqlandırmırdı, amma o, buxar mühərriklərinə heyran olmuşdu. Onun getdiyi mövzudan yayınmalar sizcə nə idi… Buxar mühərrikləri!
Mövzudan faydalı (müsbət) yayınmalar təkcə sizin tarixi araşdırmalarınızdan meydana gəlmir.
Uşaqlar haqqında daha çox öyrənmək istədikləri mövzuları elmdə, uşaq ədəbiyyatında, yaxud baxdıqları sonuncu filmdə tapa bilərlər.
Övladlarınızı bu mövzuları öyrənməyə vaxt ayırmağa həvəsləndirin və onlarda öyrənməyə sevgini artırın.
QEYD KİTABÇASI TUTMAQ
Evdə təhsilə necə başlamaq haqda daha bir tövsiyəm qeyd kitabçası tutmaqdır.
Qeyd kitabçası övladlarınızın dərslərinin və mövzudan yayınmalarının qeydlərini aparmaq üsuludur.
Övladlarınız öyrəndikləri şeylər haqqında cümlə, paraqraf və ya inşa yazırlar.
Aydındır ki, böyük uşaqlar paraqraflar və inşalar yazarkən, 1-ci və 2-ci sinif şagirdləri yalnız bir cümlə yazacaqlar.
Qeyd kitabçalarının səhifələri övladınızın hər il öyrəndikləri haqqında sənədli filmə çevrilir. Siz mövzudan yayınmaları, öyrənilmiş dərsləri və başa çatmış təcrübələri görə bilərsiniz.
Yazmaq həmçinin övladınızın material haqqında anlayışını möhkəmləndirir, eləcə də nənə və babaya göstərmək üçün sizə bir portfolio təqdim edir.
Gündəlik yazı yazmağın övladınızın yazmaq qabiliyyətini yaxşılaşdırmaq üçün ən yaxşı vasitə olduğunu deməyim artıqdır.
Evdə təhsilə necə başlamağın ən böyük sirri bunu asta-asta etməyi yadda saxlamaqdır.
Moskva bir gündə tikilməyib. Buna görə öz gününüzə başqa fənnləri əlavə etməzdən əvvəl diqqətinizi oxuma və riyaziyyatda cəmləşdirin.
Evdə təhsilə başlayanda səbirli olun. Vaxt keçdikcə evdə təhsilin yoluna düşdüyünü görəcəksiniz.
Mənim İş Dəftərim: Building Your Perfect Homeschool in just 13 Weeks övladlarınıza evdə təhsilə başlayarkən sizə hərtərəfli kömək etmək üçün hazırlanmışdır.
13 həftədə övladlarınıza evdə zəngin təhsil vermə xəyallarınızı həyata keçirəcəksiniz!
Sara Dennis tərəfindən.
İngiliscə Mövcuddur: https://classicallyhomeschooling.com/begin-homeschooling/