Müqəddəs Yazıların çox əhəmiyyətli, unudulan və ya etinasız yanaşılan ayələrindən biri Mark 4:28-dir. “Torpaq özü bar gətirir. Əvvəl cücərti çıxır, sonra sünbül, daha sonra sünbülün dənləri iriləşib yetişir.” Allahın Padşahlığının tarixdə inkişaf etdikcə zəruri bir böyümə və artıma sahib olduğunu Rəbbimiz bizə söyləyir (Mark 4:26-29).
Taxıl əkib bir anda məhsul gözləmədiyimiz halda, Allahın Padşahlığının böyüməsində də tez və ya dərhal nəticə gözləmək olarmı? Taxıl əkiriksə, onu becərməli, tez-tez sulamalı, tarlanın qayğısına qalmalıyıq və yalnız çox əmək sərf etdikdən sonra məhsul yığmalıyıq. Bunun əksini gözləmək istər əkinçilikdə, istərsə də Padşahlığın işində həm axmaqlıq, həm də ağılsızlıqdır. Əslində, Rəbbimiz sürətli böyüməni yalan kimi təsvir edir (Mat. 13:5-6, 20-21).
İndiki insanların əksəriyyətinin gözləntiləri Rəbbimizin dediklərinə ziddir. Dərhal nəticələr tələb edirlər, sonra isə biçin vaxtının nə üçün heç vaxt gəlmədiyinə təəccüblənirlər.
İmanlılar cəmiyyətinin daxilində dərhal və möhtəşəm nəticələr tələb etmək adi haldır. Unutmamalıyıq ki, bəzən kilsə tarixində əsrlər boyu ən uğurlu təbliğçilər dini irsiliyə inanan və kompromisə gedən insanlar olmuşlar. Karl E. Braaten haqlı olaraq qeyd edib: “Con Tetzel məşhur bir təbliğçi idi. İnsanlara eşitmək istədiklərini söylədi və əldə etmək istədiklərini onlara satdı. O, indulgensiyanın[1]İndulgentia – (latınca indulgeo) “səbr etmək”, “icazə vermək” — katolik kilsələrində günaha görə müvəqqəti cəzalardan azad olunma təbliğçisi idi və bir çox insan onu eşitmək üçün toplaşıb təklif etdiklərini satın aldı.” (İlahiyyat və Missiyalardakı cərəyanlar, cild 14, № 2, aprel 1987, s. 111-112). Hətta bu gün Katolik Ensiklopediyasında Tetzelin “əsassız teoloji görüşləri” haqqında danışılır.
Ancaq Tetzelə qayıtmağa ehtiyac yoxdur.Bu gün hər cür təbliğçilər və kilsə üzvləri inanaraq Allahdan dərhal nəticələr tələb edirlər: toxum səpin və məhsul dərhal yetişənədək geridə durun! Nəticədə, bu cür insanlar tez-tez taxıldan daha çox alaq otlarını yetişdirirlər.
Bu təfəkkür bütün modernist, fundamentalist, sosialist və mühafizəkar dairələrdə adi haldır. 1930-cu illərdə bir tələbə yoldaşı universitet təlimindən imtina etməyə razı salmaq üçün naharda bir saat mənasız vaxt sərf etmişdim. Ehtiraslı və dindar solçu olaraq, çox qısa müddətdə beynəlxalq faşizm qüvvələrinin dünyanı fəth edəcəyinə əmin idi. Buna görə dünya inqilabı partiyası ilə birlikdə gizlənmək və dünyanın azadlığı üçün çalışmaq lazım idi. Tamamilə əmin idi ki, dünya faşizminin qüvvələri qırıldıqdan sonra qütbdən qütbə və dənizdən parlayan dənizə qədər sülh və bolluq çiçəklənəcəkdir. Hesab edirəm ki, ilk dəfə Mark 4:28-dən ciddi şəkildə istifadə etdim, amma faydasız oldu.
1960-cı illərdə bütün dünyada çox sayda tələbə eyni güclü yalanın qurbanı oldu. Onlar inanırdılar ki, kiçik bir hərəkətlə hazır sünbül yığmaq olar. Bir qrup hesab edirdi ki, yalnız reaksiyaçılar avtomatlaşdırılmış, işsiz və müharibədən azad bir dünya şəfəqinin qarşısını almışdır. Bir müxbir qrupdakı bir qızdan işsiz bir dünyanın necə qida istehsal edə biləcəyini soruşduqda, o, təkəbbürlə cavab verdi ki,“Qida sadəcə olaraq var!” Tələbə hərəkatı akademik olaraq yüksək düşüncələrə rəhbərlik edirdi, lakin tarixi inkişaf və böyümə anlayışı yox idi. Allah dərhal nəticə göstərə bilər; O, hər şeyi yoxdan yaratmışdır. Ancaq Allahın Padşahlığı tarixdə hərəkətdədir, Rəbbimiz fərqli bir şəkildə deyir “Torpaq özü bar gətirir. Əvvəl cücərti çıxır, sonra sünbül, daha sonra sünbülün dənləri iriləşib yetişir.” (Mark 4:28).
Son on ildə kilsə, məsihçi məktəbləri, ev məktəbləri və ailələrin azadlıqlarını müdafiə edən bir çox məhkəmə proseslərində iştirak etmişəm. Mütəmadi olaraq məni heyrətləndirir və dəhşətə gətirir ki, bir çox məsihçi məhkəmə iddiası ilə mübarizə aparmaqdan və ya səs vermədən əvvəl (bir çoxları hələ də səs vermirlər) ümiddən vaz keçməyə və ya həddindən artıq tədbirlər və geri çəkilmə barədə düşünməyə hazırdırlar. (Bu, 1960-cı illərin tələbələrinə bənzəyir.) Dünən Vyetnam müharibəsində iştirak edən gözəl bir qazi ilə danışdım, onun pastoru inqilab istisna olmaqla, dövlətə tam itaət etməkdən başqa alternativ görmür; inqilabın əleyhinə olduğundan, məsihçilik borcu olaraq tamamilə itaət etməyi tələb edir. O, arada geniş bir sahəni, yəni səsvermə, qanunverici orqanlara təzyiq, Müqəddəs Kitaba iman edənlərin təhsili (50% səs vermədikləri) və s. nəzərdən qaçırır.
Bu böyümənin zəruriliyini görməməyin müasir bir uğursuzluq olduğunu anlamaq və onun mənbəyini görmək vacibdir. Kilsə ataları Mark 4:28-ə laqeyd yanaşdılar, lakin Kalvin, bu məsəlin məqsədinin bizi səyli və səbirli etmək olduğunu qeyd etdi “çünki … əməyinin bəhrəsi dərhal görünmür.”
Yeni təfəkkürü yaradan Maarifçilik və Romantizm idi. Müqəddəs Yazılara əsasən insanın problemi özüdür: o, günahkardır. Onun orijinal günahı, azadlıq istəməsi, öz tanrısı və qanunu olmaq, özü üçün yaxşını və pisi təyin etməkdir (Yar. 3:5). Ancaq insanın başqa problemlərinə baxmayaraq, öz təbiətinin onun əsas problemi olduğu ilə üzləşməsi qədər az istədiyi bir şey yoxdur. Əslində, insan Allahın ona qarşı irəli sürdüyü iddianın doğru olduğu fikrini kökündən və tamamilə rədd edir. O, “Allaha güvənirik” şüarını bəyənə bilər, amma “Özümə güvənirəm” mənasını verən şərtlər altında yaşayır.
İnsanın öz günahı, ona allah olan şər iradəsi nə qədər böyüyürsə, öz fərmanının gerçək olacağına inanır. Əgər bir dövlətə güvənən adam “Qoy firavanlıq olsun” deyirsə, firavanlıq olmalıdır. Əgər o, “Yoxsulluq, nifrət və zülm aradan qaldırılsın” deyirsə, bunlar yox olmalıdır.
Lakin o, sanki tanrı və yaradıcı olaraq bu yolu nə qədər çox davam etdirsə, ətrafındakı pisliklər də bir o qədər artar. Yaqubun bizə dediyi kimi “Aranızda dava və çəkişmələrin kökü haradandır? Bədənlərinizin üzvlərində mübarizə edən ehtiraslarınızdan deyilmi?” (Yaqub 4:1) İnsanlar pisliklər yaradır, sonra Allahı, ətraf mühiti və digər insanları günahlandırırlar.
Neçə siyasətçi: “Biz, bu xalq, içində olduğumuz qarışıqlığa görə cavabdehik. Biz nəyi niyə istədiyimizi bilmirik. Biz əlimizdə olan çörəyi yemək, amma eyni zamanda onun bitməməsini istəyirik. Biz borcla bağlı və Allahın digər saysız-hesabsız qanunlarına hörmətsizlik etdik və Allahın haqqımızda verdiyi hökmə layiqik” söyləməyə hazırdır?
İnsanın məhz özü əsas problemdir və günahının kiminsə və ya nəyinsə üzərinə atılmasına israr edir. Nəticədə onun problemi daha da mürəkkəbləşir.
Maarifçilik və Romantizm Müqəddəs Kitabın cavabını rədd edir. Maarifçiliyə görə insanın şüuru problemin həlli olduğu təqdirdə, Romantizm isə cavabı insanın iradəsinə əsaslandırır. Hər iki halda problem deyil, məhz insanın özü buna cavabdır.
Belə düşüncə (xüsusən, 1660-cı ildən sonra Avropada) pravoslav xristianlıqla radikal fikir ayrılığında müasir bir dövr yaratdı. Müasir dövr insanı və onun ehtiyaclarını ucaldır və insanın günahkar olduğunu bəyan edən imana qarşı tamamilə zidd mövqedə durur. Tanrı mərkəzli bir imanın təcəssümü, Vestminister Qısa Katexizisində qeyd edilən “İnsanın əsas məqsədi Allahı izzətləndirmək və Ondan əbədi zövq almaqdır” giriş cümləsidir.
Maarifçilik və Romantizmdə belə insan mərkəzli məntiqi düşüncə İnqilaba səbəb oldu. Aristotelin ardınca Con Lokk da insan ağlının və varlığının mənəvi boşluq olduğuna, xeyirə və şərə neytral yanaşdığına israr edirdi. Müasir təhsil Lokkun fərziyəsi zəminində formalaşmışdır: təhsil o zaman mənəvi boş uşağın şərtinə çevrilir.
Bəs mənəvi boş olmayan, lakin məsihçilik, ailə və kapitalizm tərəfindən şər hesab edilən yetkin insanlar haqqında nə demək olar? (Müasir mütəfəkkirlər üçün məsihçilik, ailə və kapitalizm şərin böyük üçlüyüdür.) Pislikdən asılı olan bu xalqlar və mədəniyyətlər necə dəyişəcək? Onların öhdəsindən necə gəlmək olar?
Cavabı təmin etmək üçün bir inqilab keçirilir. İnqilab şəxsi və mədəni şok terapiyası olaraq görünür. Psixiatrların bir müddət elektroşok müalicəsinə müraciət etməsinə təəccüblənməməliyik: bu psixoloji inqilabın bir formasıdır. Keçmiş inanc və vərdişlərdən zehni təmizləmək üçün bütün köhnə izlərin məhv edilməsi iddia edilir; onda yeni, inqilabi dəyişikliklər aşılana bilər. Belə bir “terapiya”nın dramatik bir uğursuzluq olduğu məlum oldu; insanın mənəvi təbiəti olduğu kimi qalır. Xaricdən gələn bir şey insanı çirkləndirə bilməz, əksinə onu çirkləndirən daxildən gələn şeydir.
Siyasi inqilablar şok terapiyasında olduğu kimi sadə düşüncəyə söykənir. Fransız və Rus inqilabları, İspaniyada və digər inqilabda dağıtmanın insanı əsarət zəncirlərindən azad edəcəyinə inanırdılar, amma bütün bu inqilablar insanı yalnız daha çox əsarət altına aldı. İnqilab nə qədər müasirdirsə, o qədər dağıdıcı və amansız olur. Rus İnqilabı kahinlərin böyük hissəsini öldürdü, ailə sistemini məhv etmək üçün çalışdı və əmlakı müsadirə etdi. Kahinlərin öldürülməsi İspan İnqilabında daha vəhşi və şiddətli oldu.
Hesab edilir ki, insanın keçmişini öldürməsi şərəfli bir gələcəyə qovuşmasıdır. Nəticə etibarilə yer üzündə cəhənnəm oldu, lakin inqilabçılar heç vaxt özlərini təqsirləndirmirdilər. Burada daha çox təqsirləndirilməli olan keçmişdən dövrümüzə qədər gələn düşüncə tərzidir. Qorbaçov Sovet İttifaqını “islah etmək” üçün məsihçiliyə qarşı mübarizəni gücləndirdi.
Müasir insan dünyavi[2]Yer kürəsinin həqiqətləri ilə əlaqələndirilmiş və ya məhdudlaşdırılmış olmaqdan imtina edir. İlk kosmik uçuşdan sonra qürurlu Amerika lovğalığı astronavtı yeni doğulmuş bir körpə kimi və onu yer üzərinə bağlayan göbək bağının isə kəsilməsini göstərdi. İndi bu adam ehtimal edildiyi kimi azadlığın “kosmik dövrü”nə daxil olmaq üçün yer üzündən daha üstün bir yerə keçirdi. Bu yeni, ilahi statusla insanlar öz təkamülünə rəhbərlik edər, özünü klonlayar və məkanı, zamanı və ölümü dəf edəcəklərini düşünərdülər.
Pis kilsə üzvlərinin Mark 4:28-ə laqeyd yanaşması təəccüblüdürmü? Rəbbimiz çox aydın deyir: Allahın Padşahlığının nümunəsi, öz bəhrəsini verən yer kimidir. Toxumdan başlayaraq ilk yaşıl cücərtilərin çıxmasına, becərilməyə və nəhayət məhsul yığımınadək qayda və ardıcıllıq var. Həm vaxt, həm də iş vacibdir.
İkinci Dünya Müharibəsindən sonra insanların vaxtını Məsihin daha tez gəlməsi üçün dua etməyə ayırmasını istəyən görkəmli Amerikalı pastora qarşı təəssüf və ikrahımı xatırlayıram. Bütün Padşahlığın inşasının vaxt və pul itkisi olduğunu hesab edərək təkəbbür göstərirdi. O, Məsihçi Padşahlığı fəaliyyətindəki bütün səyləri “batan gəmidə mis cilalamağa” bənzədərək rədd edən başqa bir məşhur təbliğçi ilə razılaşdı. Belə adamlar Mark 4:28 ayəsini təbliğ etmirlər.
Mən, həmçinin, ölümündən bir az əvvəl onu görməyə çağıran çox gözəl və çox varlı bir adamı xatırlayıram. Ailəsi və firmanın direktoru artıq onun bütün var-dövlətinə cavabdeh idi. Təxminən yeddi il əvvəl mən ona təklif etmişdim ki, əgər Amerikanı daha yaxşı bir istiqamətə yönəltmək niyyətindədirsə, ölkə daxilində məsihçi məktəbləri açsın. Cavabımı kəskin şəkildə rədd etdi. İndi isə, ölüm ayağında, o, “cəld qələbə” axtarmaq əvəzinə məsihçi məktəblərinə milyonlarla dollar xərcləsəydi, ölkənin həqiqətən fərqli olacağını söylədi.
O adam inqilabi olan hər şeyin əleyhinə idi. O, səxavətlə bir neçə anti-kommunist fəaliyyətləri maliyyələşdirmişdi. O, gəncliyində tanıdığı daha sadə Amerikanı çox sevirdi. O, orta qərbli gəncliyindəki bir otaqlı məktəb evini və keçmiş zamanların dinindəki mehriban, dostyana imanlıları olan qəsəbədəki kilsəsini çox sevirdi. O, sadə, vicdanlı, çalışqan, köhnə Amerikalı məsihçi idi.
Eyni zamanda, özü bunu bilməsə də və bəlkə bu fikrə qəzəblənə bilərdisə də, o, inqilabçı idi. Nə qədər köhnə dəbli olsa da, bütün inqilabçılarla ortaq cəhəti vardı – “sürətli qələbə” susuzluğu və inancı.
Milyonlarla amerikalı mühafizəkar 1980-ci ildə Reyqanın seçilməsindən az sonra inqilab vasitəsilə qələbə mifinə inandıqlarını nümayiş etdirdilər. Onlar elə hərəkət edirdilər ki, sanki Reyqanın qələbəsi ilə minillik gəlmişdir! Mühafizəkar siyasi hərəkat qrupları maliyyə yardımlarında həyəcanverici bir azalma müşahidə etdilər. Reyqan seçildi, müharibə başa çatdı, qoşunlar indi öz dinc padşahlıqlarında hər zamanki kimi həyatlarını davam etdirməyə getdilər.
Ani nəticələri gözləmək düşüncəsi bizi əhatə edir. Bu müasir dövrün və inqilabın təfəkkürüdür. Problemin özümüzdə deyil, bizdən kənarda, bir seçki, inqilab, pul, təhsil və ya başqa bir oxşar tədbirin sabahı dəyişdirə biləcəyinə olan inamdadır. Bu arada, biz özümüz bizə aid olan yerlərdə dəyişikliklərə ehtiyac görmürük! Biz müasir həyat tərzimizi qoruyub saxlaya bilərik və bir neçə dolları ianə qutusuna ataraq Allahı sevindirə bilərik.
Lakin Allah Öz peyğəmbəri Natan vasitəsilə hamımızdan daha yaxşı bir adam olan padşah Davuda dediyi kimi bizə “O adam sənsən!” (II Şamuel 12:7) deyir. Dəyişiklik bizdən başlayır. Sonra Allahın Padşahlığı üçün yer üzündə Allahın əmrinə uyğun işləyirik: “Əvvəl cücərti çıxır, sonra sünbül, daha sonra sünbülün dənləri iriləşib yetişir.”
“Yenidənqurmanın Köklərin”dən, səh. 374, 1991-ci ildə nəşr edilmişdir.
İngiliscə Mövcuddur: https://chalcedon.edu/resources/articles/first-the-blade
R.C. Raşduni (R.J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya[3]Teonomiya – teos (allah) və nomos (qanun) sözündən götürülərək, cəmiyyətin ilahi qanun tərəfindən idarə edildiyi ehtimal olunan Məsihçi təlimidir. hərəkatına başladı. Buna görə, o, Allahın Qanununu, mədəniyyət tənəzzülünə müasir məsihçinin cavab reaksiyasının əsası olaraq gördü, bunu kilsənin Allahın qanununun Onun lütfünə qarşı çıxdığı ilə bağlı səhv dünyagörüşü ilə əlaqələndirdi. Bu ətraflı məsihçi cavabını o, “Məsihçi Yenidənqurması” olaraq xarakterizə etdi. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir. O, həmçinin mühazirələr oxuyaraq və dini etiqad azadlığı ilə bağlı çoxsaylı məhkəmə işlərində ekspert şahidi kimi xidmət edərək çox səyahətlər etmişdir. Bu gün də davam edən bir çox xidmət və təhsil səyləri öz fəlsəfi və Müqəddəs Kitaba əsaslanan köklərini Onun mühazirələrindən və kitablarından götürmüşdür.
Qeyd
↑1 | İndulgentia – (latınca indulgeo) “səbr etmək”, “icazə vermək” — katolik kilsələrində günaha görə müvəqqəti cəzalardan azad olunma |
---|---|
↑2 | Yer kürəsinin həqiqətləri ilə əlaqələndirilmiş və ya məhdudlaşdırılmış |
↑3 | Teonomiya – teos (allah) və nomos (qanun) sözündən götürülərək, cəmiyyətin ilahi qanun tərəfindən idarə edildiyi ehtimal olunan Məsihçi təlimidir. |