Bir dəfə axşam məşhur bir vəkil televiziyada çıxış edərək abortlara, narkotik maddələrə, cinsi əxlaqsızlıqlara və bir sıra digər şeylərə qarşı olan qanunları ləğv etməyi xahiş etdi. “Siz sadə əxlaq qaydalarını qanuniləşdirə bilməzsiniz və bunu etmək cəhdlərindən əl çəkməyin vaxtıdır.” Həmin insan yalan danışırdı və o bunu bilirdi, çünki bütün qanunlar sadə əxlaq qaydalarına aiddir. Siz qətlə, oğurluğa, böhtançılığa və bu kimi şeylərə qarşı qanun qəbul edəndə siz əxlaqı qanuniləşdirirsiniz. Yol hərəkəti qaydalarını təsis edəndə siz yenidən sadə əxlaqi qaydaları qanuniləşdirirsiniz: siz başqa bir insanın həyat və əmlakına təhlükə yarada bilən yol hərəkətini cəzalandırırsınız.
Başqa sözlərlə desək, siz Allahın xüsusi qanun formalarını qüvvəyə mindirirsiniz: qətl etmə və oğurluq etmə. Məhkəmə prosedurunun formaları haqqında qanunvericilik yalandan şahidlik etməyi qadağan edən qanunla əlaqədardır; bu cür qanunların məqsədi doğru şahidliyi artırmaqdır. Hətta dövlət işçilərinin əmək haqqı da əxlaqi əhəmiyyətə malikdir: “İşçi öz haqqına layiqdir” (Luka 10:7; 1 Tim. 5:18).
Hər məqamda qanun ya birbaşa əxlaqa, ya da onun tətbiqi formaları ilə əlaqədar olur. Qanunun hamısı əxlaqdır. Hər cinayət qanunvericiliyində nəyinsə düzgün, nəyinsə də, yanlış olduğu deyilir. Beləliklə, hər bir qanun qanuniləşdirilmiş əxlaqın bir hissəsidir. Bundan başqa, bütün əxlaq bir dini təmsil edir, belə ki, hər hüquq sistemi dinin əsasıdır. Beləliklə, Rəbbin cəmiyyəti və dövlət bir-birindən ayrıla bilər, amma din və dövləti bir-birindən ayırmaq olmaz, çünki hər bir hüquq sistemi qüvvədə olan din və əxlaqdır.
Əslində vəkil məsihçi hüquq sisteminə nifrət etdiyini və onu humanist hüquq sistemi ilə əvəz etmək istədiyini deyirdi. Bu məhz bu gün bizim hüquqi inqilabımızın təbiətidir. Məhkəmələr qanunun arxasında duran dini dəyişərək qanunları dəyişirlər.
Bütün qanunun qanuniləşdirdiyi məhz əxlaqdır və oyanıb inqilabın qurtardığını və yeni əxlaqa, yeni qanuna və yeni dinə görə yeni fərari olduğunuzu aşkar etməmiş, gec olmadan yaxşı olar ki, buna inanasınız. Bu, başqa yerdə baş vermişdi və burada da baş verir.
Vaxtında Verilən Məsləhət-dən götürülüb: Həyatın Hər bir Sahəsi Üçün İman Haqqında Gündəlik Kəlamlar, 3-cü Cild, səh. 66
İngilis Dilində Mövcuddur: https://chalcedon.edu/blog/legislate-morality
R.C. Raşduni (R.J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.