Oğrular son zamanlar zərgərlik əşyaları və pullardan tutmuş avtomobil və daşınılan yüklərə qədər müxtəlif böyük və kiçik əşyaları oğurlayırlar. Oğrular ikiqat maneə altında fəaliyyət göstərirlər: birincisi, onların oğurluqları qanuna ziddir, ikincisi isə, bugünkü əsl oğurluqlar nöqteyi-nəzərindən bunlar maksimum risk və minimum qazanc olan kiçik oğurluqlardır. Bu gün həqiqi oğurluq, geniş miqyaslı qanunidir.
Bu qanuni oğurluqların ən ölümcül olanlarından biri, millət üçün çox vacib olan kiçik təsərrüfat sahiblərini məhv etdiyinə görə ölümcül olan təsərrüfat oğurluqlarıdır. Bəzi siyasətçilər dəfələrlə bir-birinin ardınca ölkələrdə kiçik təsərrüfatların aradan qaldırılmalı olduğunu söylədilər. Kiçik təsərrüfatları məhv etmək üçün açıq şəkildə müsadirə etmədən iki metoddan istifadə oluna bilər. Birincisi, həqiqətən böyük fermer təsərrüfatlarını daha çox dəstəkləyəcək və kiçik sahibkarların azalmasını sürətləndirəcək bir fermer dəstəyi və qrant proqramı təsis edilə bilər. İkincisi, kiçik fermerləri aradan qaldırmaq və torpaqları getdikcə daha az əllərdə cəmləşdirmək üçün vergi qoymadan istifadə edilə bilər. Amerika tarixinin ən başlanğıcında məhkəmələr göstərdi ki, “vergi qoyma səlahiyyəti məhv etmə səlahiyyətidir”, biz isə buna oğurlamaq səlahiyyəti də əlavə edə bilərik.
Əgər vergi ədalətin bərqərar edilməsi fəaliyyətində, qanun və asayişin və ümumi müdafiənin qorunub saxlanmasında mülki hökuməti dəstəkləyirsə, bu vergi ədalətli və hamı üçün faydalı olar. Amma əgər vergi müsadirəyə çevrilərsə, ev sahiblərini, kiçik fermerləri və kiçik sahibkarları məhv edərsə, onda həmin vergi sadəcə oğurluqdur. Bu gün vergilərin qoyulması getdikcə mülki hökuməti maliyyələşdirmək üçün deyil, sosial inqilabı maliyyələşdirmək məqsədilə cəmiyyəti yenidən təşkil etmək və yenidən qurmaq üçün daha çox istifadə olunur. Kimsə zarafatla bizim sosial təminat və yoxsulluqla mübarizə proqramlarımızı bu sözlərlə təsvir etmişdi: “Yoxsulluğu ağılsızcasına istifadə edənlərin əlindən alıb ona sahib olmayanlara vermək niyyətindəyik”.
İstər onu qanuniləşdirin, istərsə də, istədiyiniz bütün yüksək adlarla adlandırın, oğurluq elə oğurluq olaraq qalır və Allahın qanununa ziddir. Əgər tapançanın gücü ilə bir adamın əlindən pulunu almaq yanlışdırsa, onda dövlətin bütün gücü ilə insanın təsərrüfatını qarət etmək nə dərəcədə yanlışdır?
Musanın Qanununda əmlak vergisi yox idi. Mülki hökumət iyirmi və yaşca daha artıq kişilərdən adambaşına bərabər miqdarda alınan vergi ilə dəstəklənirdi. Beləliklə, vergi nə yoxsullar üçün çox ağır ola, nə də, varlılardan da çox tələb edə bilməzdi.
Bu dövrdə vergi artıq qanunun və asayişin təmin olunmasına yönəlməyib; vergi nə qədər çox artırsa, qanun və asayiş bir o qədər azalır. Vergilər indi dağıdıcı qüvvədir, bu isə oğurluqdur.
“Vaxtında vərilən məsləhət” 3-cü cild, № 33, Chalcedon/ Ross House Books, 2015.
R. C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.