12Kimsə cübbəsinin ətəyində təqdis olunmuş ət gəzdirən zaman ətəyi ilə çörəyə, şorbaya, şəraba, zeytun yağına və yaxud hər hansı bir ərzağa toxunarsa, bunlar təqdis olunarmı?”» Kahinlər bu suala «xeyr» deyə cavab verdi. 13Haqqay dedi: «Bəs ölü cəsədə toxunub murdarlanan bir adam həmin ərzaqlardan birinə toxunarsa, bu ərzaq murdar olarmı?» Kahinlər cavab verdi: «Murdar olar». 14Haqqay sonra belə dedi: «Rəbb belə bəyan edir: “Bu xalq – bu millət Mənim gözümdə belədir. Onların hər əməli belədir. Mənə təqdim etdikləri hər şey murdardır. 15İndi rica edirəm, bu gündən etibarən nə olacağını dərindən düşünün. Rəbbin məbədinin daşı daş üstünə qoyulmazdan əvvəl işləriniz necə gedirdi? 16O zaman hər kim iyirmi kisə məhsul gözləyirdisə, on kisə olurdu. Şərab çənindən kim əlli qab şərab çəkmək istəyirdisə, iyirmi qablıq şərab tapırdı”. 17Rəbb belə bəyan edir: “Özünüzü və əllərinizin bütün zəhmətini səmum küləyi, kif və dolu ilə vurdum. Yenə Mənə sarı dönmədiniz. 18Rica edirəm, dərindən düşünün. Bu gün doqquzuncu ayın iyirmi dördündən – Rəbbin məbədinin təməli qoyulan gündən sonra nə baş verəcəyi barədə yaxşı düşünün. 19Anbarda toxum qalıbmı? Məgər üzüm, əncir, nar, zeytun ağacı bar gətirməyib? Bu gündən etibarən sizə bərəkət verəcəyəm!”»
Haqqay 2:12-19-da Allah Peyğəmbərə çox ifşaedici bir məqamı açıb göstərir. Əgər biz natəmiz bir şeyi təmiz bir şey ilə birlikdə qoysaq, birinin təmizliyi digərinə keçməyəcək. Əgər mən çirkli və mürəkkəbə bulaşmış əllərimi təmiz dəsmal ilə silərəmsə, dəsmalın təmizliyi mənim əllərimə keçməyəcək: əksinə, ötürülən elə çirkdir və dəsmal çirklənir.
Beləliklə, Rəbb Haqqaya və Yəhudaya başa saldı ki, günah keçicidir, salehlik isə keçici deyil. Biz sadəcə yaxşı imanlılar cəmiyyətinə, yaxşı ailəyə və ya yaxşı icmaya aid olduğumuza görə məsihçi deyilik. Bundan əlavə, imanın yaxşı peşəsi bizi müqəddəs və ya mömin etmir.
Günah və ədalətsizlik bizi əhatə edir və əgər biz ehtiyatlı olmasaq onlar asanlıqla bizə bulaşırlar. Buna qarşı durmaq iman tələb edir: bu, o deməkdir ki, yenidən doğulmuşlar olaraq biz kütlənin təzyiqi ilə deyil, Allahın gücü ilə idarə olunuruq. Biz axınla birlikdə deyil, axına qarşı gedirik, çünki bizim dövrümüzün axınları ədalətsizliklə və allahsızlıqla doludur. Danışığımızın qeybətçilik və cəfəngiyat ilə deyil, lütf və hörmət ilə idarə olunmasına izin veririk.
Bu gün biz kütlənin hisslərini Allahın səviyyəsinə yüksəltmişik. «Kütlənin dinamikası» əxlaqı əvəz etdi və həddindən çox adam Allahın qanun olan sözünə deyil, lakin ətrafdakıları tərəfindən olan təzyiqə tabe olurlar. Belə adamlar üçün qanun Allahın dediyi deyil, insanların nə fikirləşdikləridir. Bəzi imanlı cəmiyyətləri gəncləri cəlb etmək üçün bir vasitə olaraq musiqini, dəbi və dünya cərəyanlarından istifadə edərək “kütlə dinamikasından” xeyir götürmək istəyirlər. Onlar unudurlar ki, iman bu günahlı dünya ilə birləşməyi deyil, lakin ondan qopmağı nəzərdə tutur. İman bu dövrün ruhu ilə birləşməklə deyil, Allahın gücü ilə gəlir.
(Vaxtında Verilən Məsləhət -dən, Cild 7)
İngilis Dilində Mövcuddur: https://chalcedon.edu/resources/articles/the-contagion-of-sin
R.C. Raşduni (R.J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.