Müqəddəs Kitabın ən dramatik əhvalatlarından biri Həvarilərin İşləri 12:20-23-də verilmişdir. Padşah I Hirod Aqrippa özünü əsl məsih elan etdi və gümüşü paltar geyinmişdi ki, o, camaat qarşısında görünəndə günəş işığı gözqamaşdırıcı şəkildə əks olunsun. Adamlar həm Həvarilərin İşlərinə, həm də İosif Flaviyə görə onu bir tanrı kimi salamlayırdılar və onların yaltaqlıqları coşqu və canfəşanlıqla ifadə olunurdu. Elə həmin saat Hirod Allah tərəfindən vuruldu və tezliklə əzablı bir ölümlə öldü.
Tarix, Həvarilərin İşlərinin qeyd etmədiyi başqa bir həqiqəti də qeyd edir. Hirodun zamanında başçılıq etdiyi qüdrətli və çiçəklənən qürurlu qoşunlar indi ona qarşı çevrildi. Bu yaxınlarda onu tanrı elan edən əsgərlər və mülki şəxslər indi onun sarayını qarət etdilər, onun iki gənc qızını, 10 yaşlı Mariannanı və 6 yaşlı Drusillanı tutdular, onlara dəfələrlə təcavüz etdilər, saraydan götürülən qənimətlə coşğun ümumi bayram etdilər.
Hirod kütləni razı salan idi. O, şəhərləri, ictimai binaları və digər obyektləri yenidən qurmuşdu, ümumi rifah üçün səxavətlə pul xərcləyirdi, qoşunlarına qarşı çox iltifatlı idi.
Hirodun ictimai işlərindən heç biri onun mahiyyətcə bir zalım olduğunu dəyişdirmədi. Kütlənin və qoşunların I Aqrippaya verdikləri bütün alqış və yaltaqlıqlar yalnız diri Hirod Aqrippanın daha çox sovqat verdiyinə inam idi. Ölü Hirod Aqrippa daha sovqatın olmayacağı demək idi və onlar qəddar və degenerativ orgiya ilə sarayı və onun qızlarını məhv etməyə davam etdilər.
“[O] izzəti Allaha vermədi”, – deyə Luka Hirod Aqrippa haqqında deyir (Həvarilərin İşləri 12:23). Hirodun siyasəti onun şəxsi izzətinin qurulmasına və cəmiyyətə xidmət və rifah siyasəti ilə insanları çarmıxa çəkilmiş İsayanın əvəzinə Məsih elan etmək üçün hazırlığa yönəlmişdi. Qısa bir gün ərzində kütlə Hirod Aqrippa haqqında: “Bu bir insanın səsi deyil, bir allahın səsidir!” (Həvarilərin İşləri 12:22) deyə car çəkdi və Allah onu vurdu. Saxta məsihlər həm pis kütlə, həm də mühakiməyə məruz qalırlar.
Dünyamızdakı Hirodların gələcəyi yoxdur. Bəs sən?
“Vaxtında vərilən məsləhət” 3-cü cild, № 46, Chalcedon/ Ross House Books, 2015.
R. C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.