Evdə təhsili bu gün və ya bir ay sonra başlamağınızdan asılı olmayaraq, yayın sonunda əhəmiyyətli bir şey baş verir…
Evdə təhsil alan uşaqlardan savayı məktəb yaşlı uşaqların hamısı siniflərə qayıdacaq!
Siz bir il daha evdən təhsil vermək öhdəliyini üzərinizə götürdüyünüzü anlayırsınız … və əgər siz evdə təhsil verən analara bənzəyirsinizsə, özünüzü tərəddüdlü və bacarıqsız hiss edirsiniz.
Övladlarınızın tədris alması üçün evdə təhsilin nə üçün MÜKƏMMƏL seçim olduğunu sizə xatırlada bilərəmmi?
Evdə təhsilin MÜKƏMMƏL olmasının 5 əsas səbəbi:
1. Şagirdlik
Övladlarınızın təhsilində ən vacib olan şeylərə diqqətinizi cəmləşdirirsiniz –Allahı və başqalarını sevmək.
Heç bir şey valideynin şagirdi olmaqla müqayisə olunmaz!
Övladlarınıza Allah Kəlamını öyrətmək, başqalarına xidmət etməyi təcrübədən keçirmək, İsaya səcdə etməyi və Onun ardınca getməyi öyrənmək üçün evdə təhsil sizə daha çox vaxt verir!
2. Münasibətlər
Ailə bağlarının və münasibətlərin inkişafı üçün daha çox vaxt olur.
Kənar dostluqlar əyləncəlidir, amma ailə bağları bütün ömür boyu sürür.
Əgər övladlarınız öz bacı-qardaşlarını həqiqətən sevməyi öyrənə bilərlərsə (səbirlə, bağışlamaqla, sədaqət və lütflə), onlar evdən kənarda da sağlam münasibətlərə necə malik olacaqlarını biləcəklər.
Əgər onlar anaya və ataya hörmət və itaət etməyi öyrənə bilsələr, onların böyüdükdə işə götürənlərə münasibətdə hörmətlə yanaşacaqlarıdaha çox mümkündür.
3. Fərdiləşdirilmiş təlimat
Evdə təhsilin unikallığı ondan ibarətdir ki, dərsi övladınızın tələbatlarına və maraqlarına uyğun olaraq onların müvəffəqiyyəti üçün yaxşı təşkil olunmuş mühitə uyğunlaşdırılmasına imkan yaradır.
Sinif məşğələlərinin qaydalarının öyrənilməsinə vaxt sərf etdim və biz məktəb müəllimlərinin uşaqlar üçün artıq evdə mövcud olan öyrənmək, müvəffəqiyyətsiz olmaq, yenidən cəhd etmək və böyümək kimi təhlükəsiz və ruhlandırıcı bir yer yaratmaq üçün nə qədər səy göstərdiyimizə təəccübləndim!
Evdə təhsil hər tələbənin həm zəifliklərində, həm də qabiliyyətlərində tələbatını qarşılamağa unikal şəkildə qabildir.
Uşaqtəhsilin fənləri və səviyyəsi üzrə irəliləyə bilər, amma yəqin ki, sinif otağı şəraitində bunu illərlə gözləməli idi.
Qızınız və ya oğlunuz çətinlik çəkəndə, siz sürəti azaldıb yeni təlim metodlarını sınaqdan keçirməkdə sərbəstsiniz.
Bu fərdi hazırlanmış tədris bariz elmi uğura gətirib çıxaran gözəl bir hədiyyədir!
4. Həyati bacarıqlar
Evdə təhsil ilə yalnız həyati bacarıqları öyrənməyə deyil, həmçinin, paltar yuma, ev-eşiyi yığışdırma, yemək hazırlama, evə qulluq və həyətdə iş bacarıqlarının həyatımızın ikinci təbiəti kimi təcrübədən keçirilməsinə vaxt vardır.
Övladlarınız yetkin həyata girərkən onlara necə də dəstək verirsiniz!
5. Çalışma və asudə vaxt
Məktəblərdə tənəffüs vaxtları qısaldılır, amma evdə təhsil alanlar arasında o, kifayət qədər çox davam edir.
Tədqiqatlar sıra ilə fiziki tapşırıqların və uşaqlar üçün sərbəst oyunların vacibliyini təsdiqləyir –həm fiziki, həm də psixi sağlamlıq üçün!
Evdə təhsil gözləmə vaxtını və yola sərf olunan vaxtı qısaltdığına və ya aradan qaldırdığına görə uşaqların çalışmaq və oyun oynamaq üçün daha çox vaxtları olur!
Düzgün seçim etdiyinizdən hələ də əmin deyilsiniz?
Aşağıdakı 5 səbəbə əlavə edin:
- Ekskursiyalar
- Yaşıdlarla kooperativlərdə[1]Evdə təhsil kooperativləri (ingilis dilindən, «kooperativlər») müxtəlif forma və ölçülərdə olur. Kooperativ həftədə bir dəfə səhər vaxtı 3-4 saatlıq evdə, cəmiyyət … Continue reading (qruplarda) və ya siniflərdə vaxt
- İncəsənət, musiqi, qiraət və dram kimi maraq göstərilən sahələr üçün əlavə vaxt
- Hər yaş, milliyyət və mədəniyyətdən olan insanlarla vaxt keçirmək imkanı!
- Dünya Sizin evdə təhsil sinifinizdir!
Beləliklə, yaşadığımız bu heyrətamiz dünyada daha bir həyəcanlı birlikdə araşdırma və öyrənmənin dadını çıxarın!
İngilis dilində ilk dəfə olaraq burada çap edilmişdir: https://christianemerginghomeschooler.wordpress.com/2018/08/25/when-school-begins/
Qeyd
↑1 | Evdə təhsil kooperativləri (ingilis dilindən, «kooperativlər») müxtəlif forma və ölçülərdə olur. Kooperativ həftədə bir dəfə səhər vaxtı 3-4 saatlıq evdə, cəmiyyət binasında və ya sosial mərkəzdə evdə təhsil ailələrinin yığışmasına bənzəyir. Burada onlar valideynlərlə (adətən analarla) yaş qruplarına əsasən təşkil olunmuş müxtəlif tədris tədbirlərinin keçirilməsiüçün toplaşırlar. |
---|