Allahın qədimdən seçilmiş xalqı olan İsraillilərin tarixinə nəzər saldıqda görürük ki, Misirdə onlar ağır kölə əməyi və bütün doğulan oğlan uşaqlarının hamısını öldürməyi əmr edən bir hökmdarla qarşılaşdılar. Bu heç də Firon Misirini tərifə layiq görmür.
Buna baxmayaraq, İsraillilər səhrada problemlərlə üzləşəndə onlar Allahın möcüzəli xilasını və ya Misir köləliyinin pisliklərini xatırlamadılar. Əksinə, onlar: “Misirdə müftə yediyimiz balıqları, xiyarları, qarpızları, kəvərləri, soğanları və sarımsaqları…” (Saylar 11:5) yadlarına saldılar. Onlar bütün bunlar naminə Allahdan, Musadan və azadlıqdan imtina etməyə və Misirə qayıtmağa hazır idilər.
İndiki insanlar bundan fərqlidirmi? Məgər biz köləliyin təhlükəsizliyi naminə iman və azadlıqdan vaz keçmirikmi? Hər dəfə ştatın qanunvericilik iclas keçiriləndə və ya Konqres toplananda, bizim azadlığımız daha da azalır, çünki soğan və sarımsaq variantlarımızı bizə verən və azadlığımızı məhdudlaşdıran ölçülərin tətbiq olunmasını xahiş edirik.
Misiri tərk edən nəslin Allah tərəfindən qabaqcadan səhrada ölməsi təyin olunmuşdu, çünki onlar azadlığa yararsız idilər. Məgər biz də iman və azadlıq məsuliyyətini rədd etdiyimizə görə yaratdığımız səhrada həlak olacağıq?
“Vaxtında vərilən məsləhət” 3-cü cild, № 58, Chalcedon/ Ross House Books, 2015.
R. C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.