Həyatın kiçik həzlərindən biri də – “Axı mən sənə demişdim” deyə bilmək imkanıdır (bunu desək də, deməsək də). Bir dəfə belə bir təcrübəm olmuşdu, otelin qabağında avtomobilimi saxlayarkən demək olar ki, eyni vaxtda tanıdığım bir nəfər bir həftədən də az bir müddət əvvəl aldığı öz yeni avtomobilini, mənim, az qala on illik maşınımın arxasında saxladı. Həmişə etdiyim kimi, o, avtomobilimi qıfılladığımı gördü və bunu deyərək güldü: “Nə olub? İnsanlara etibar etmirsiniz?” Mən ona dedim ki, sözün düzü etibar etmirəm, çünki məsihçi olaraq inanıram ki, Allah insanı günaha batmış varlıq, şər iş görən və etibar edilə bilməyən elan etməkdə haqlıdır.
O öz yolu ilə getdi, mən də öz yolumla. Təqribən bir saatdan sonra mən qayıtdım və onu söyüş söyərək və kömək üçün qışqıraraq polisi çağıran gördüm. Otel barından çıxan sərxoş avtomobilinin arxa oturacağınadək sürünmüş, ürəyi bulanmış, sürücü oturacağına söykənib çoxlu qusmuşdu. Oturacaq iyrənc idi və iylənirdi. Polis yuxulu sərxoşu uzaqlaşdırdı, lakin həmin adam sürüb getmədən əvvəl iyrənc oturacağı təmizləməli idi. O, qəzəblə və durmadan təmizləmək üçün əski axtararaq söyürdü. Yaxınlıqdakı yanacaq stansiyası bağlı idi və otel yalnız kağız dəsmal təklif edirdi. Düzü, soruşmaq istədim: “Nə oldu? İnsanlara etibar etmirsiniz?” Bunun əvəzinə, otel barının qapısına ondan bir az yaxın olduğum üçün avtomobilimin qapılarının yaxşı ki, kilidli olduğunu qeyd etdim.
Daha az əyləncəli formada dəfələrlə oxşar təcrübələrlə qarşılaşmışam. Rəbbə deyil, insana güvənməkdə israr edən insanlar imanlarına görə acınacaqlı paylarını alırlar. Həvari Paul Allahsız insan barədə qətiyyətlə qeyd edir: “Saleh olan yoxdur, bir nəfər belə, yoxdur” (Romalılara 3:10). Davudun daha əvvəl verdiyi bəyanat da belədir: “Bir nəfər də olsun yaxşı iş görən yoxdur” (Zəbur 14:3).
Faktiki olaraq iki din var: humanizm və məsihçilik; insana və ya Allaha inam, etibar və arxalanma. Bizim imanımızın əsası ya bu, ya da o biri, ya Allah, ya da insan olmalıdır. Biz iki ağaya qulluq edə bilmərik.
Bugünkü problemimiz imanın çatışmazlığında deyil, amma həddindən artıq yanlış imanda, insana imandadır. Bu səbəbdən Rəbbə deyil, xilas üçün siyasətçilərə və müəllimlərə baxırıq. Biz özümüzü elə aparırıq ki, sanki hər bir siyasətçi hansısa üsulla bizə cənnəti bağışlaya biləcək, halbuki onun bizə verəcəyi daha çox insandan və öz günahından irəli gələn bir şeydir. Biz eyni zamanda Allaha və sərvətə və ya Allaha və insana xidmət edə bilmərik. Bizə bunu bəyan edən Yeşayaya qulaq asmağın vaxtı gəldi: “Nəfəsi burunda olan insandan əl çəkin, onun nə dəyəri var ki?” (Yeşaya 2:22). Əgər insana etibar etməyə davam etsəniz, nə vaxtsa, uğursuz şəraitdə, Allah Özü sizə – Mən Öz Sözümdə sizə demişdim – deyə xatırlada bilər.
“Vaxtında vərilən məsləhət” 3-cü cild, № 19, Chalcedon/ Ross House Books, 2015.
R. C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.