Çox vaxt həqiqətən də insanlar bizim üçün problem olurlar. Əksəriyyətimiz bir dəfədən çox insan axmaqlığının və günahının kədərli və bizə baha başa gələn təcrübəsini yaşamışıq. Bu fakta bunu da əlavə edə bilərik ki, öz şəxsi axmaqlığımız və günahımız tez-tez bizim üçün problem olur.
Nəticədə, bir çox insan əsassız və yersiz olaraq özlərini, fəaliyyətlərini, qruplarını, klublarını, imanlı cəmiyyətlərini və ətraflarını axmaqlardan və fırıldaqçılardan qorumaqda yersiz narahat olurlar. Müəyyən dərəcədə diqqət vermək lazımdır, lakin həddindən artıq həddə çatdırılarsa, təhlükəlidir. Belə adamları kənarda saxlamaq üçün tamamilə effektiv bir sistem mövcud deyil. Nə qədər ki, insan hər hansı bir qrupdadır, günah və axmaqlıq ehtimalı var. Müdafiə xüsusunda həddindən artıq narahat olmaq günah və axmaqlıq ola bilər.
Erkən imanlılar cəmiyyətində təqiblər arasında bu məsələ meydana gəldi. Roma tərəfindən ölüm təhdidi ilə üzləşən bir çox üzvlər və pastorlar Məsihdən və Onun imanlılar cəmiyyətindən imtina etdilər. Bu səbəbdən imanlılar cəmiyyəti bölündü: bu cür adamlar yenidən qəbul edilməli idilər, yoxsa imanlılar cəmiyyəti bu cür adamların hamısını ortadan qaldırmağa çalışmaq üçün tələblərini artırmalıdır?
Bir çox imanlılar cəmiyyəti sərt mövqe tutdu və problemli adamların hamısını kənarlaşdırdı. Bütün bu imanlılar cəmiyyəti dağıldı. Onlar problemləri aradan qaldırmadılar, çünki bu bir üzv qaldıqca günah və axmaqlıq üçün potensial var idi.
Yalnız iman etirafının tələb olduğunu və günahın və axmaqlığın Allahın Kəlamı əsasında cəmiyyət intizamı tərəfindən həll olunmasını gözlədiklərini söyləyən cəmiyyətlər sağ qaldı və çiçəkləndi. Onlar kamilliyi insandan deyil, Allahdan gözləyirdilər və özlərini insanlardan qorumaqdan daha çox Məsihə sadiq xidmət haqqında düşünürdülər.
Hər iki tərəf Məsihə səmimi qəlbdən inanmış və hər ikisi də təlim və Müqəddəs Yazılarda razılığa gəlmişdilər. Sual başqa idi və müdafiə deyil, amma hərəkət etmək cavabı Allahın xeyir-duasını aldı.
Biz bu həyatda heç vaxt özümüzü insanlardan tam müdafiə edə bilmərik, çünki biz özümüz də insanıq. Günah və axmaqlığa dair zəruri müdafiə tədbirlərinin görülməsi ikinci dərəcəli məsələdir. Etməli olduğumuz ən vacib şey bütün qəlbimizlə, ağlımızla və bütün varlığımızla Allaha xidmət etməkdir. Həvari Paul demişdi: “Beləliklə, nə yeyirsinizsə, nə içirsinizsə, nə edirsinizsə, hər şeyi Allahın izzəti üçün edin” (1 Korinflilərə 10:31). Allaha xidmət etmək və Onu izzətləndirmək əsas məsələdir.
Bizim qayğımız Allah qarşısındakı borcumuzu yerinə yetirmək və Onun Padşahlığının tələblərini həyatın bütün sahələrinə yaymaq olmalıdır. Nəticədə, Rəbb bizim ən etibarlı qorumamız və müdafiəmizdir və ən əsas şeyi birinci yerə qoymağın qayğısına qalanda O, bizi hər şeydən çox qoruyacaq.
Ona görə də siz əvvəlcə Allahın Padşahlığını və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək” (Matta 6:33).
“Vaxtında vərilən məsləhət” 3-cü cild, № 18, Chalcedon/ Ross House Books, 2015.
İngilis dilində: https://chalcedon.edu/resources/articles/protection-against-men
R. C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.