Bu ilahiyyat sistemi Müqəddəs Yazılarda olan xilas təlimi olaraq 1619-cu ildə Dordt Sinodu tərəfindən yenidən təsdiqləndi. Sistem 1610-cu ildə Arminianın Hollandiya Kilsəsinə təqdim etdiyi Müqəddəs Yazıya əsaslanmayan beş maddəyə cavab olaraq “beş bənd” halına gətirildi.
Kalvinizmə Əsasən
Qurtuluş Özünü üç fərqli simada göstərən yeganə Tanrının hər şeyə qadir gücü ilə əldə edilir. Ata bir xalq seçdi, Oğul onlar üçün öldü, Müqəddəs Ruh Məsihin ölümü vasitəsilə Müjdəyə həvəslə itaət etmələri üçün Tanrı tərəfindən seçilmişləri imana və tövbəyə gətirir. Bütün proses (seçim, geriyə satın alınma, ruhani yenilənmə) Tanrının işidir və yalnızca Onun lütfü ilə mümkündür. Odur ki, insan deyil, Tanrının Özü xilas hədiyyəsini kimin alacağını təyin edir.
Tam Yolunu Azma (Tam Acizlik)
Tamamilə yolunu azmaq çox güman ki, Kalvinizmin ən səhv başa düşülən təlimidir. Kalvinistlər insanlara «tamamilə yolunu azmış olduqlarını söylədikdə, buna intensiv (dar mənalı) bir ifadə kimi deyil, müfəssəl (geniş mənalı) bir fikir kimi baxmaq lazımdır. İnsan üzərində Adəmdən gələn ilk günahın təsiri günahın onun şəxsiyyətinin hər bir sahəsinə – düşüncəsinə, duyğularına və iradəsinə yayılmasında idi. Heç də onun həddindən artıq günahkar olması deyil (ola bildiyi qədər günahkar olması), lakin bu günahın onun bütün varlığına sirayət etməsi idi.
Ruhən yenilənməmiş (xilas olmayan) insan günahlarına görə ölüdür (Romalılara 5:12). Müqəddəs Ruhun gücü olmadan dünyavi insan təbiətcə müjdəli xəbərə qarşı kor və kardır (Mark 4:11). Məhz buna görə də, Tam yolunu azma Tam Acizlikdə adlandırırlar. Yaradanı tanımayan insan Məsih vasitəsilə Ata Allah tərəfindən verilən həyatı almadan heç vaxt bu biliyə sahib ola bilməz (Efeslilərə 2:1-5).
Şərtsiz Seçim
Şərtsiz Seçim Allahın lütf obyektinin göstərdiyi hər hansı bir keyfiyyətə və xoş xəbər təklifini “qəbul edəcək” kəslərin tapılmasını gözləməyə əsaslanmayan, lakin Özü haqqında biliyi açmaq istədiyi insanları Özünün seçdiyini söyləyən bir təlimdir. Allah yalnız Öz istəyi və iradəsi ilə bəzilərini izzət üçün, bəzilərini məhv olmaq üçün seçdi (Romalılara 9: 15, 21). O, bunu dünyanın təməlini qoymazdan əvvəl etdi (Efeslilərə 1:4-8). Bu təlimi insanın Allah Oğulunun satınalma işinə inanmaq məsuliyyətini istisna etmir (Yəhya 3:16-18).
Müqəddəs Yazılar Allahın xilasdakı üstün hakimliyi ilə insanın anlamağa belə çalışmadığına inanmaq məsuliyyəti arasındakı gərginliyi göstərir. Hər ikisi də həqiqətdir – insanın məsuliyyətini inkar etmək Müqəddəs Yazılara zidd olan hiper-Kalvinizmi təsdiq etmək deməkdir; Allahın hökmranlığını inkar etmək Müqəddəs Yazılara zidd olan Armininizmi təsdiq etmək deməkdir.
Seçilmişlər yaxşı əməllər üçün xilas edildi (Efeslilərə 2:10). Beləliklə, yaxşı əməllərin insanla Allah arasında günahın dünyaya gəlməsi ilə yaranan uçurum üzərində körpü olmayacağına baxmayaraq, yaxşı əməllər Allahın xilasedici lütfünün mütləq nəticəsidir. Peter məsihçi oxucusuna “çağırışını” və “seçilməsini” təsdiq etməyi nəsihət verdiyi zaman bunu nəzərdə tutur (2 Peter 1:10). Yaxşı əməllərlə bəhrə vermək, Allahın münbit torpaqda lütf toxumu səpdiyinin göstəricisidir.
Məhdud Kəffarə (Məxsusi Satınalınma)
Məhdud kəffarə “Kimin günahları üçün Məsihin ölümü səmərəli bir ödənişdir?” sualına cavab olaraq təqdim edilən bir təlimdir. Müqəddəs Kitab Məsihin xilas etmək üçün Allahın Ona verdiyi insanlara görə öldüyünü öyrədir (Yəhya 17:9). Məsih həqiqətən də, hamı üçün deyil, bir çox insanlar üçün öldü (Matta 26:28). Xüsusilə də, Məsih gözlə görünməyən imanlılar cəmiyyəti – yəni “Məsihçi” adını daim haqlı olaraq daşıyanların hamısı üçün öldü (Efeslilərə 5:25).
Bu təlimə qarşı çoxları, əsasən də, Məhdud Kəffarə təliminin müjdəçiliyə zərər verdiyini düşünənlər tez-tez etirazını bildirirlər. Artıq gördük ki, Məsih Atanın Ona verdiyi heç kəsi itirməyəcək (Yəhya 6:37). Məsihin ölümü bütün insanlar üçün mümkün olan kəffarə ölümü deyildi. İsanın ölümünün gələcəkdə bəlkə də Onu qəbul edənlərin hamısı üçün mümkün, səciyyəvi ölüm olduğuna inanmaq Məsihin kəffarə əməlini mənasızlaşdıra bilər.
Məsih xüsusi günahkarların xüsusi günahlarını kəffarə etmək üçün öldü. Məsih imanlılar cəmiyyətini müqəddəsləşdirmək üçün öldü. O, bütün insanlar üçün kəffarə deyildi, çünki bütün insanların xilas olmadığı aydındır. Əslində, müjdəçilik bu təlimdə ucaldılmışdır ki, müjdəçi öz toplantısına Məsihin günahkarlar üçün öldüyünü və uğrunda öldüyü insanların heç birini itirməyəcəyini söyləyə bilsin!
Qarşısıalınmaz Lütf
Tanrının qarşısıalınmaz lütfünün nəticəsi Allahın Kəlamının müjdəçi və xidmətçisi tərəfindən xarici çağırış verildiyi zaman seçilmişlər tərəfindən Müqəddəs Ruhun daxili çağırışına mütləq cavabdır. Məsih Özü, Allahın seçdiyi hər kəsin Onu tanıyacağını bizə öyrədir (Yəhya 6:37). Ata onları çağırdıqda insanlar xilasda Məsihə gəlirlər (Yəhya 6:44) və Allahın Ruhu Allahın sevimlilərini tövbə etməyə yönəldir (Romalılara 8:14). Məsihin Müjdəsinin sərt, günahkar qəlblərimizə nüfuz edəcəyini və Müqəddəs Ruhun daxili lütfkar çağırışı ilə bizi heyrətamiz şəkildə xilas edəcəyini bilək nə qədər də rahatlıq vericidir (1 Peter 5:10)!
Müqəddəslərin Dözümlülüyü
Müqəddəslərin dözümlülüyü, izzətləndirilənə və Onunla birlikdə göylərdə yaşayanadək müqəddəslərin (Allahın xilas etdiyi şəxslərin) Allahın əlində qalacağını bəyan edən bir təlimdir. Romalılara 8:28-39 bir insanın həqiqətən Allahda yenidən doğulduğu zaman Onun yanında qalacağını açıqlayır. Allahın Öz seçdiklərində yerinə yetirdiyi təqdis etmə işi əbədi həyatda tamamlananadək davam edəcəkdir (Filip. 1:6). Məsih seçilmişləri onları itirməyəcəyinə və “son gündə” onları izzətləndirəcəyinə əmin edir (Yəhya 6:39). Kalvinist Allahın Kəlamına söykənir və Məsihin bütün seçilmişləri xilas etməkdə Atanın iradəsini mükəmməl şəkildə yerinə yetirəcəyi vədinə inanır.
İngiliscə Mövcuddur: https://reformed.org/calvinism/tulip-an-introduction-by-jonathan-barlow/