• Skip to primary navigation
  • Skip to main content

Yenidən Qur

Allahın Kəlamını bütün həyatına tətbiq edən Məsihçi üçün vasitələr

  • Ana səhifə
  • Resurslar
    • Hər hansı Resurs
    • Müjdə nədir?
    • Mədəniyyət
    • Ailə təhsil
    • Vaxtında Verilən Məsləhət
  • Haqqımızda
  • Əlaqə
Resurslar Bir dərsdə məsihçi iqtisadiyyatı: Yekun

Bir dərsdə məsihçi iqtisadiyyatı: Yekun

26 Fevral, 2026 əlavə edildi
Qeri Nort tərəfindən

Yekun

 

24-cü fəsildəki yekunda Hezlitt öz tezisini yenidən yazdı: hökumət müdaxilə etməsəydi və “pəncərəsini sındırmasaydı”, bir fərdin öz pulları ilə nə edə biləcəyini başa düşmək üçün pulu izləmənin konseptual zəruriliyi.

Onun tezisi ən vacib sualı vermirdi: “Nə etmək lazımdır?”. Bunu 1902-ci ildə Lenin soruşmuşdu, o, əvvəlki illərin inqilabçısı olan və bunu qırx il əvvəl soruşmuş Çerneşevskinin sözlərini təkrarlamışdı.

1946-cı ildə artıq ediləcək çox şey qalmamışdı. Hezlitt özünün Ön Sözünə 25 mart tarixini qoyanda, yenicə bahar fəsli başlamışdı. Kitabın mövzusunu nəzərə alsaq, bu, Amerika tarixində əvvəllər görülməmiş iqtisadi bahar idi.

Birləşmiş Ştatlar dünyanın iqtisadi nəhəngi idi. Tarixdə heç vaxt heç bir ölkə bu dərəcədə iqtisadi üstünlüyə nail olmamışdı. Kanada və Birləşmiş Ştatlar demək olar ki, vahid ticarət zonası idi. Onlar II Dünya Müharibəsindən fiziki yara almadan çıxmışdılar.

Müharibənin səbəb olduğu idarəetmə dəyişimi 1941-ci ildə gözlənilmirdi. Bu, Amerika sənayesini yenidən strukturlaşdırdı. Müharibə dövrü sənayelərinin kütləvi istehsal texnologiyaları istehlakçı iqtisadiyyatın tələbini qarşılamaq üçün qısa bir müddətdə tam gücü ilə fəaliyyət göstərməli idi.

Əksər analitiklərin öncədən görə bilmədiyi daha bir böyük üstünlük var idi. II Dünya Müharibəsi zamanı Federal Ehtiyat Sisteminin kütləvi inflyasiyası qiymət və əməkhaqqı maksimumları ilə dayandırıldı. Hökumət bölüşdürmə vasitəsi kimi norma tətbiqini qəbul etdi. İlin sonunda bu maksimumların əksəriyyəti ləğv edildi. Qiymətlər artırıldı. Bununla da, 1930-cu illərin qiymət və əməkhaqqı minimumları öz təsir gücünü itirdi. 1946-cı ildən sonra qiymətlər köhnə minimum qiymətlərdən daha artıq oldu. İstehsal yeni tələbə uyğunlaşdırıldı. Böhran təkrarlanmadı, çünki ona səbəb olan şərtlər – minimum qiymətlər – artıq qüvvədə deyildi.

Bu vaxt dünya iqtisadiyyatı bərbad vəziyyətdə idi. Qərbi Avropa dağıntılar içindəydi. Yaponiya da həmçinin. İngiltərə iflasa yaxınlaşmışdı, onun əvvəlki iqtisadi “mən”inin sadəcə qabığı qalmışdı. Artıq idarə etmək iqtidarında olmadığı imperiyasından tezliklə imtina edəcəkdi. Hindistan və Pakistan 1947-ci ildə müstəqillik əldə etdilər. Honq-Konq hələ gələcəkdə olacağı güclü dövlət deyildi. Cənubi Koreya ilə bağlı da eyni sözləri söyləmək olar. Çin yoxsul idi və 1949-cu ildə o, kommunistlərə təslim oldu və tezliklə daha da yoxsullaşdı. Sovet İttifaqı iqtisadi cəhətdən çox zəif idi və 1991-ci ilin dekabrında mövcudluğuna son qoyulana qədər zəif olaraq qaldı. Onun hərbi gücdən başqa heç nəyi yox idi.

Birləşmiş Ştatlar dolları olan istənilən cəmiyyətə məhsul ixrac edə bilirdi. Yeni fərdi və federal kredit müqavilələri Amerika məhsullarını xarici kreditçilərə çatdırmağa başladı. Amerika banklarının borc vermək üçün pulu var idi, Qərb dünyası isə Amerika bank sisteminə sərfəli şərtlərlə borc götürməyə hazır idi.

Bu, yeni dünya nizamı idi. Böyük Böhran geri qayıtmadı. Dirçəliş iqtisadiyyata azadlığın verilməsinin nəticəsi idi. Qiymət və əməkhaqqına nəzarətin böyük hissəsi oktyabr və noyabrda başa çatdı. On illik qiymət və əməkhaqqı minimumunun ardınca gələn beş illik qiymət və əməkhaqqı maksimumundan azad olan iqtisadiyyat çiçəkləndi. Lakin həmin vaxtdan sonra ağıllı gənc keynsçilər və yaşlanmış akademik fərarilər dirçəlişi tamamilə öz adlarına çıxdılar. Onlar iqtisadi partlayışı müharibə vaxtının nəhəng federal borcu ilə izah etdilər, bu borc daha çox Federal Ehtiyat Sisteminin inflyasiyası ilə maliyyələşirdi. Yetkinlik yaşına Böyük Böhrandan əvvəl çatmış və böhran boyunca bir qayda olaraq susmuş, yaşlanmaqda olan professorların yerini tezliklə keynsçilər tutdu. 1948-ci ildə Paul Samuelsonun “İqtisadiyyat” dərsliyi bu yeni dünya nizamının başladığını elan etdi. O, növbəti otuz il ərzində ali təhsildə dominant dərsliyə çevrildi.

1944-cü ilin Bretton Woods müqaviləsi 1946-cı ildə qüvvəyə mindi. Bu qızıl mübadiləsi standartı qızılı dollarla əvəz etdi. Bu, Federal Ehtiyat Sistemində qızıl dövriyyəsi riski olmadan kağız pul çap etməyə icazə verirdi. Hezlitt I Dünya Müharibəsinə qədər mövcud olan qızıl sikkə standartının bu cür bürokratik əvəzedicisini görüb anlamış və bu barədə öz məqaləsində yazmışdı. Bu, ona The New York Times qəzetindəki işini itirmək bahasına başa gəldi.

Hezlitt düzəliş etdiyi əlyazmalarını mətbəəyə göndərəndə, Leonard E. Rid Nyu-York ştatının Irvington-on-Hudson şəhərində kiçik, az maliyyələşdirilən İqtisadi Təhsil Fondunu (FEE – Foundation for Economic Education) açmağa hazır idi. FEE növbəti iyirmi il ərzində Hezlittin iqtisadiyyat brendinin yeganə səsi olacaqdı. FEE-in hələ on il aylıq jurnalı olmadı, sonra isə “The Freeman”i dərc etməyə başladı.

Lüdviq fon Mises hələ 1949-cu ildə işıq üzü görən “Human Action”ı (“Bəşər davranışı”) yazmamışdı. 1946-cı ildə sərbəst bazarı təbliğ edən cəmi bir neçə informasiya bülleteni var idi və onların ümumi abunə bazası yalnız bir neçə min idi. Bu bülletenlərdən ən önəmlisi iqtisadiyyata diqqət yetirməyən Human Events (“Bəşər hadisələri”) idi.

Üç kiçik nəşriyyat var idi: Regnery, DevinAdair və Caxton. Onların poçt siyahıları yox idi. Kitab dükanlarına giriş imkanları yox idi. Onların marketinqi şifahi sözə əsaslanırdı.

Nə etmək olardı? Oxuya biləcək azsaylı insanlar üçün yazmağa davam etmək.

O vaxt belə idi. İndi isə belə deyil.

Keynsçi dövr Hezlittin dövründəki anti-keynsçilərin proqnozlaşdırdığı şeyə gətirib çıxardı: böyük borca, həm hökumət, həm də fərdi borca. Bu borcu ödəyib qurtarmaq mümkün deyil. Bu borc heç vaxt onu yaradanlar tərəfindən ödənilmək üçün nəzərdə tutulmayıb. Keynsçilik – daim artan milli hökumət borcuna və mərkəzi bankın bu borc üçün bazar qiymətlərindən daha aşağı faiz səviyyəsini təmin etmək üçün daim artan inflyasiyasına əsaslanan iqtisadi fəlsəfədir. Bu gün qısamüddətli federal borc mahiyyət etibarilə hökumət üçün havayı başa gəlir: faiz payı. 2009-cu ildən bəri belədir.

Bu da keçib gedəcək.

Keyns 1936-cı ildə “Ümumi nəzəriyyə”də bunu proqnozlaşdırmışdı: sərmayə xərcləri sıfıra bərabər olacaq (səh. 220-221). Bu, onun kitabında dəlicə proqnoz kimi görünürdü, amma budur: sərmayənin – hökumət sərmayəsinin – son həddəki səmərəliliyi sıfıra bərabərdir. Xəzinə vekselləri (dövlət qısamüddətli istiqrazı – DQİ) üzrə faiz dərəcəsi də sıfıra bərabərdir (demək olar ki). Bununla belə, bu, Keyns nəzəriyyəsi üçün böhran yaratdı: dəhşətli “sıfır həddi”. Mərkəzi bankın pul inflyasiyası artıq sahibkarları hətta sıfır faizlə belə, kredit götürmək üçün şirnikləndirə bilmir. Federal Ehtiyat Sistemi öz pullarından çox az səmərə əldə edir və ya heç nə əldə etmir. Bəs iqtisadiyyat 2008-2009-cu illərlə müqayisə edilə biləcək növbəti tənəzzülə uğrasa, o, nə edə bilər? Əgər mərkəzi bankın həll yolları arasındakı yeganə siyasət – indiyədək sahib olduğu tək siyasət – pul inflyasiyasıdırsa, onda tənəzzül əleyhinə siyasətinin aqibəti necə olacaq? O, əbəs yerə tər tökür.

Növbəti tənəzzüldə likvidlik uğrunda mübarizə başlayacaq. Kreditorlar hökumət tərəfindən qaytarılmasına zəmanət verilən sərmayə axtaracaqlar. Onlar sərmayənin gəlirini qurban verəcəklər. Hal-hazırda xəzinə vekselləri ilə belə edirlər. Zəmanətli gəlir axtarışı maniaya çevriləcək. 2016-cı ildə İsveçrənin bütün hökumət istiqrazları mənfi faiz dərəcələrinə malik idi. Almanların 30-illik istiqrazlarında başqa digər istiqrazları da mənfi faizli idilər. Bu vəziyyət Yaponiya hökumət istiqrazlarına da şamil edilirdi.

O zaman sahibkarlığın aqibəti necə olacaq? Keynsçi kapitalizmlə nə baş verəcək? Federal hökumət ölkədə mövcud olan sərmayənin böyük hissəsini ələ keçirsə, iqtisadi artıma nə olacaq?

 

Nə etmək lazımdır?

 Mən keynsçilərdən soruşuram: Nə etmək lazımdır?

2019-cu maliyyə ilində ABŞ hökumətinin kəsirləri təxminən 1 trilyon dollar məbləğində idi. Bu, iqtisadi dirçəlişin onuncu ilinə təsadüf edirdi. Tənəzzül dövründə bu borc iki dəfədən çox artacaq. Bəs nə etmək lazımdır?

Sosial Müdafiə və Tibbi Sığortanın (Social Security and Medicare) maliyyələşdirilməyən öhdəliklərinin cari dəyəri indi 200 trilyon dollara yaxındır. Nə etmək lazımdır?

Keynsin federal kəsirlər və pulun dəyərini itirməsi üçün resepti Amerika iqtisadiyyatını güclə saxlayır. Qərbi Avropa, Yaponiya və Çin də eyni resepti mənimsəyiblər. Hamısı mübarizə aparırlar.

Nə etmək lazımdır?

Keynsçilər – əlində planları olanlardır. Bunlar federal büdcənin kəsirləri və mərkəzi bankın inflyasiyası vasitəsilə mərkəzləşmiş planlaşdırmanın səmərəliliyini elan edənlərdir. Bunlar böyük düşüncələrə inananlardır.

Sərbəst bazar tərəfdarları bizi buradan oraya aparacaq planlar təklif etmirlər. Onlar mərkəzləşmiş planlaşdırmaya etibar etmirlər. Onlar ümumi plana inanırlar: şəxsi mülkiyyət, pul voluntarizmi, mərkəzi bankın ləğvi, aşağı vergilər, hökumət zəmanətlərinin ləğvi, sərbəst ticarət, bank fəaliyyətinə giriş azadlığı və 1835-ci ildə bir möhtəşəm maliyyə ilində olduğu kimi, federal kəsirin sıfıra endirilməsi.

Nə etmək lazımdır? Öz vaxtımızı gözləməliyik. Federal hökuməti kiçiltmək üçün böyük bir plana ehtiyacımız yoxdur. Keynsçilər bütün dünyada Böyük Defoltun əsasını qoyurlar. Nə etmək lazım olduğunu bizə söyləmək onların vəzifəsidir. Onlar təhsil müəssisələrini idarə edirlər. Onlar Konqresə rəhbərlik edirlər. Onlar Federal Ehtiyat Sisteminin sükanı arxasındadırlar. Səlahiyyət və məsuliyyət ayrılmazdır.

Hezlitt 1946-cı ildə heç bir plan təklif etmirdi. Mən də bu gün heç bir plan təklif etmirəm. Mən yalnız nə etmək lazım olduğunu bilməyən keynsçilərə bir sıra şüarlar təklif edirəm.

  • Biz sizə belə demişdik.
  • Biz sizə səbəbini demişdik.
  • Məsuliyyət sizin üzərinizdədir.

 

Soyğun siyasəti

“Oğurluq etmə”.

Bu, etik bir mesajdır. Bu mesaj uzun mülahizələr zənciri tələb etmir. Bu mesaj insanların pulu irəliyə və ya geriyə doğru izləməyini tələb etmir. Bu mesaj onlarda sadəcə həm hökumət məcburiyyəti ilə korporativ şəkildə, həm də fərdi şəkildə əllərini qonşularının pul kisəsindən çəkməyi xahiş edir.

Bütün bunların bir cəhəti var ki, Hezlitt ona etinasız yanaşmağa üstünlük verib: pis əxlaq pis iqtisadiyyat doğurur, o da öz növbəsində pis nəticələr yaradır. Sınmış pəncərə metaforası – əla təhlil vasitəsidir. Amma Hezlitt uğursuzluğa düçar oldu: dövlətin sınmış pəncərələr siyasətini qəbul etməsinin səbəbi siyasətçilərin Keynsin anlaşılmaz “Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi”ni oxuması deyil. Siyasətçilər Bastianın soyğun siyasəti adlandırdığı siyasəti qəbul ediblər.

Bastianın sınmış pəncərə metaforası onun “Qanun”dakı (1850-ci il) soyğun siyasəti təhlilinin davamı idi. O, iqtisadi təhlil üçün əla vasitə təmin etməklə kifayətlənmirdi. O, həm də sınmış pəncərənin etik kontekstini təqdim etmişdi: seçki qutusu vasitəsilə oğurluq. Sınmış pəncərə metaforası hökumət müdaxiləsinin nəticələrini izləməyimizə imkan yaradır. Amma onun soyğun siyasəti ilə bağlı konsepsiyası “Oğurluq etmə, amma əgər səs çoxluğu varsa, olar” məsələsinin məğzinə enir.

Kütlələr dövlətdən özgəsinin sərvətini yenidən bölüşdürmək üçün öz səlahiyyətlərindən istifadə etməsini tələb ediblər. Kütlələr soyğun siyasətini dəstəkləyən siyasətçilərə səs veriblər. Kütlələr dövlətin onları qırxmasına ona görə razılaşıblar ki: “Varlıları daha pis qırxacaqlar”. Amma varlılar özlərinə vəkil və mühasib tuturlar. Onlar ən pis qırxılmadan canlarını qurtarırlar. Kütlələr hesabına öz ciblərini doldurmaq üçün soyğun siyasətindən istifadə edirlər.

Həyatda etik səbəb və nəticə mövcuddur. Əxlaqi cəhətdən pis siyasət pis iqtisadi nəticələrə gətirib çıxarır. Mənim kitabım bu faktı mərkəzə qoymaqla Hezlittin kitabından fərqlənir. O, öz fikrini sınmış pəncərə üzərində cəmləşdirmişdi. Mən isə diqqətimi dövlətin bütün o pəncərələri niyə sındırdığı və daha çox mövzular üzərində cəmləşdirmişəm – Hezlittin yaza bilib yazmadığı fəsillərdə.

Seçicilər, xüsusilə Hezlittin ehtiyatlı bir şəkildə görməzdən gəldiyi Sosial Müdafiənin və hamısından önəmlisi, 1965-ci ildə yaranan Tibbi Sığortanın da daxil olduğu siyasi soyğundan asılı vəziyyətə düşüblər. Bu sosial müdafiə proqramları nə vaxtsa federal hökuməti müflis edəcəklər. Nə vaxtsa Vaşinqtonun çekləri artıq gəlməyəcək. Bu, hesabat günü – haqq-hesab günü olacaq. O gün soyğun siyasəti nəhayət “Oğurluq etmə, amma səs çoxluğu varsa, olar” prinsipi ilə səs verənlərin pəncərələrini sındıracaq.

Biz haqq-hesab gününə Hezlittin 1946-cı ildə olduğundan daha yaxınıq.

Bu gün bu xəbəri insanlara çatdıra bilərik. Amazonda kitabları dərc etmək imkanımız var. WorldPress.com kimi pulsuz bloq səhifələri istifadə edə bilərik. YouTube-da pulsuz videolar yerləşdirə bilərik. Oxumaq və yazmaq üçün çoxsaylı veb-səhifələr var. İndi 1946-cı il deyil.

Soyğun siyasətindən mülkiyyətin müdafiəsi siyasətinə keçid etmək üçün baş plan təqdim etməyimizə ehtiyac yoxdur. Sərbəst bazar bu cür planların hamısını param-parça edir. Vaşinqtonun çekləri gəlməyi dayandıranda insanlar mövcud təşviqedici amillər baxımından münasibət bildirəcəklər. Federal hökumətin qırxmağa qoyunu və daha çox pəncərə sındırmaq üçün vəsaiti qalmayanda, bizim vəzifəmiz başqalarını yerli səviyyədə yeni bir soyğun siyasətini qəbul etməməyə inandırmaq olacaq.

Bu arada insanlara bu dörd sözün mənasını izah etməliyik: Onun. Sənin. Mənim. Etmə. İnsanlar uşaqlarına belə öyrədirlər, amma həyəcan təbilinin mahnısını eşidəndə bunu unutmaq üçün çox şirniklənirlər: “Oğurluq etmə, amma əgər səs çoxluğu varsa olar”.

 

 

-Əlavə-

 

Henri Hezlittin böyük töhfəsi

1946-cı ilin əvvəlində Hezlittin “Bir dərsdə iqtisadiyyat”ı yazmaq üçün üç həftə vaxtı getdi. Həftədə 20 saatı buna həsr etsəydi, təxminən 120 saat edərdi. Mənə isə öz kitabımı yazmaq üçün 100 saatdan az vaxt lazım oldu. Mənim onun bütün kitablarını əldə etmək, eləcə də, onun öz kitabını yazdığı vaxtdan bəri dərc olunan 69 illik materialı oxumaq üstünlüyüm var idi. Böyük sayda material dərc edilmişdi.

Onun kitabının ilk çıxdığı vaxtlarda onu oxuyan varsa da, sayı çox azdır. Sonradan daha çox oxucu əldə etdi, amma başlanğıcda çox deyildi. Hezlittin kitabı və ya Hayekin “Köləliyə aparan yol” əsərinin (1944-cü) nəticəsində 1946-cı ildə libertarian hərəkatına üzv olanlardan bu gün həyatda olanların sayının çox olduğunu düşünmürəm. Buna görə də insanlar Hezlittin 1946-cı ildəki cəhdlərinin diqqətəlayiq xarakterini qiymətləndirmirlər.

Hezlitt öz kitabında toxunduğu mövzularla bağlı yaxşı hazırlanmış materiallar toplusuna istinad edə bilmirdi. Belə bir material toplusu yox idi. Bu gün isə oxuya biləcəyimizdən qat-qat çox var.

Bu gün biz internetdən faydalanırıq. Buraya PDF-lər, veb səhifələr, YouTube, Amazon, Facebook, WordPress.com və digər ünsiyyət vasitələri daxildir. 1999-cu ildən bəri baş verənlər fövqəladə haldır. Mən öz səhifəmlə internetə ilk dəfə 1996-cı ildə çıxdım, o vaxtdan bəri ağlasığmaz dəyişikliklər baş verib.

O, öz kitabını yazanda, demək olar ki, tək idi. Hayek və Mises Birləşmiş Ştatlarda idilər, ancaq Mises demək olar ki, tanınmırdı. Hezlittin öz kitabını yazdığı il Leonard Rid kiçik bir müəssisə olan İqtisadi Təhsil Fondunun əsasını qoydu. Lakin Vaşinqton Beltveydə sərbəst bazar ideyalarını dəstəkləyən heç bir düşüncə mərkəzi yox idi.

Libertarianlar arasında ünsiyyət demək olar ki, yox idi. Bu baxımdan, əslində libertarianlıq kimi tanınan bir şey yox idi. 1946-cı ildəki mühafizəkarlar əsasən 1930-cu illərin sonlarında Franklin Ruzveltin siyasi müxalifətinin qalıqları idilər, lakin heç bir inkişaf etmiş mühafizəkar fəlsəfə yox idi. Heç bir mühafizəkar jurnalı yox idi. “The Saturday Evening Post” bəzən sərbəst bazar tərəfdarlarının məqalələrini dərc edirdi, lakin bu jurnalda heç bir ideoloji məqam yox idi.

1946-cı ildə mühafizəkar bir adam oxumağa material tapa bilmirdi. Bu gün isə o, hər gün internetdə dərc olunan materialların yalnız kiçicik bir hissəsini bir il ərzində oxuyub qurtara bilərdi.

1955-ci ildə Uilyam F. Bakli National Review-nun əsasını qoydu. Növbəti il İqtisadi Təhsil Fondu The Freeman-i dərc etməyə başladı. O vaxta qədər oxumağa demək olar ki, heç nə yox idi. Oxu materialları yalnız məlumat bülletenləri ilə məhdudlaşırdı və bu məlumat bülletenlərinin hər hansı biri haqqında çox az adam eşitmişdi. Siz 1955-ci ildə orada olmamısınızsa, o dövrün qaranlığının necə olduğunu bilmirsiniz, orada olanlar isə 1946-cı ili xatırlamırlar.

1946-cı ilin yanvarında qeyri-iqtisadçıların haqqında eşitdiyi sərbəst bazardan bəhs edən yeganə kitab Hayekin “Köləliyə aparan yol” əsəri idi. Bunun səbəbi isə Reader`s Digest jurnalının 1945-ci ildə qısa xülasəsini dərc etməsi olmuşdu. Həmin qısa xülasəni onlayn oxuya bilərsiniz[1]htpp://www.garynorth.com/HayekRoadRD.pdf.

Keçmiş gözəl günlər yaxşı deyildi. Əgər sərbəst bazarın müdafiəsində istifadə edilə biləcək materiallardan danışsaq, 1946-cı il bomboş idi. Hezlittin kitabı Qobi səhrasının ortasındakı vahə kimi idi.

Keynsçilər hələ də əsas mediada və universitetlərdə üstünlük təşkil etsə də, artıq öz mövqelərini rahatlıqla irəli sürə bilmirlər. Maliyyə haqq-hesabı günü gələndə, quzğunlar başımızın üstündə dövrə vuracaqlar. Onlar keynsçiliyin cəsədini yeyib təmizləyəcəklər.

Əgər biz yerli Amerika müəlliflərindən danışırıqsa, onda Henri Hezlitt 1940-cı illərdə sərbəst bazarın ən mühüm müdafiəçisi kimi diqqətə layiqdir. O, öz dövründə tək idi. Bunun üçün cəsarət tələb olunurdu. Bunun üçün intellekt tələb olunurdu. Yaxşı ki o, maliyyə mediasındakı ən yaxşı müəlliflərdən biri idi. The New York Times onu işdən çıxaracaq qədər axmaqlıq etdikdən sonra Newsweek onu işə götürəcək qədər ağıllı davrandı.

Onunla bağlı mənim ən çox yadımda qalan isə 1970-ci illərin əvvəlindəki gülüşüdür. Bu baxımdan o, Mürrey Rotbarda bənzəyirdi. Mən onunla tanış olanda o, artıq qırx il idi ki, səngərdə idi. Bu təcrübə onu sındırmamışdı.

O, heç vaxt öyrənməkdən əl çəkmirdi. O, həmişə oxuyurdu. O, heç vaxt yazmağı dayandırmırdı. O, öz sözünü nəşrləri ilə deyirdi. The Freeman-in qapısı həmişə onun üzünə açıq idi. Onun məqalələrini buradan oxuya bilərsiniz: www.bit.ly/HazlittArticles

Kitabın əvvəlində də dediyim ki, mənə yol göstərdiyinə görə ona minnətdaram. O, məni ruhlandırırdı. Biz iqtisadi nəzəriyyə haqqında danışırdıq. Ümumilikdə iqtisadiyyat haqqında danışırdıq. O, həmişə öz ideyalarını bölüşməyə hazır idi. Bu ideyalar onun altmış illik ciddi müşahidəsinə və inandırıcı təsvirinə əsaslanırdı.

Onunla mənim ortaq teologiyamız yox idi. Amma mən çox tez bir vaxtda başa düşdüm ki, onun iqtisadi nəzəriyyə və praktika haqqında yazdıqları Müqəddəs Kitabın şəxsi mülkiyyət, könüllü mübadilə və məsihçi iqtisadiyyatının təməl prinsipi olan “oğurluq etmə” ilə bağlı təliminin davamıdır. Müasir dünya bu prinsipi pozub və bunun əvəzini ödəyəcək. O, bunun əvəzini ödəyəcək, çünki seçicilər müasir sosial rifah dövlətinin pəncərə şüşəsinə atılan daş kimi olduğunu başa düşmürdülər. Hezlitt bu cür daş atmaların nəticələrini bizə xatırlatdı.


Qeri Nort (Gary North)

Qeyd[+]

Qeyd
↑1 htpp://www.garynorth.com/HayekRoadRD.pdf

Əlaqəli

bölüştweete-poçt yeniləmələrinə abunə olune-poçt ilə göndərçap edin
/* "function"==typeof InitializeEditor,callIfLoaded:function(o){return!(!gform.domLoaded||!gform.scriptsLoaded||!gform.themeScriptsLoaded&&!gform.isFormEditor()||(gform.isFormEditor()&&console.warn("The use of gform.initializeOnLoaded() is deprecated in the form editor context and will be removed in Gravity Forms 3.1."),o(),0))},initializeOnLoaded:function(o){gform.callIfLoaded(o)||(document.addEventListener("gform_main_scripts_loaded",()=>{gform.scriptsLoaded=!0,gform.callIfLoaded(o)}),document.addEventListener("gform/theme/scripts_loaded",()=>{gform.themeScriptsLoaded=!0,gform.callIfLoaded(o)}),window.addEventListener("DOMContentLoaded",()=>{gform.domLoaded=!0,gform.callIfLoaded(o)}))},hooks:{action:{},filter:{}},addAction:function(o,r,e,t){gform.addHook("action",o,r,e,t)},addFilter:function(o,r,e,t){gform.addHook("filter",o,r,e,t)},doAction:function(o){gform.doHook("action",o,arguments)},applyFilters:function(o){return gform.doHook("filter",o,arguments)},removeAction:function(o,r){gform.removeHook("action",o,r)},removeFilter:function(o,r,e){gform.removeHook("filter",o,r,e)},addHook:function(o,r,e,t,n){null==gform.hooks[o][r]&&(gform.hooks[o][r]=[]);var d=gform.hooks[o][r];null==n&&(n=r+"_"+d.length),gform.hooks[o][r].push({tag:n,callable:e,priority:t=null==t?10:t})},doHook:function(r,o,e){var t;if(e=Array.prototype.slice.call(e,1),null!=gform.hooks[r][o]&&((o=gform.hooks[r][o]).sort(function(o,r){return o.priority-r.priority}),o.forEach(function(o){"function"!=typeof(t=o.callable)&&(t=window[t]),"action"==r?t.apply(null,e):e[0]=t.apply(null,e)})),"filter"==r)return e[0]},removeHook:function(o,r,t,n){var e;null!=gform.hooks[o][r]&&(e=(e=gform.hooks[o][r]).filter(function(o,r,e){return!!(null!=n&&n!=o.tag||null!=t&&t!=o.priority)}),gform.hooks[o][r]=e)}}); /* ]]> */
X/Twitter
This field is for validation purposes and should be left unchanged.
Adınız*
ad soyad
e-poçt ünvanı*
setTimeout(function(){var ct_input_name = "ct_checkjs_0a09c8844ba8f0936c20bd791130d6b6";if (document.getElementById(ct_input_name) !== null) {var ct_input_value = document.getElementById(ct_input_name).value;document.getElementById(ct_input_name).value = document.getElementById(ct_input_name).value.replace(ct_input_value, 'ee490fc8187d79fa04d6e9f1c09a1a3623d066adddd6c5002c20ef3726cf1df4');}}, 1000);
/* = 0;if(!is_postback){return;}var form_content = jQuery(this).contents().find('#gform_wrapper_2');var is_confirmation = jQuery(this).contents().find('#gform_confirmation_wrapper_2').length > 0;var is_redirect = contents.indexOf('gformRedirect(){') >= 0;var is_form = form_content.length > 0 && ! is_redirect && ! is_confirmation;var mt = parseInt(jQuery('html').css('margin-top'), 10) + parseInt(jQuery('body').css('margin-top'), 10) + 100;if(is_form){jQuery('#gform_wrapper_2').html(form_content.html());if(form_content.hasClass('gform_validation_error')){jQuery('#gform_wrapper_2').addClass('gform_validation_error');} else {jQuery('#gform_wrapper_2').removeClass('gform_validation_error');}setTimeout( function() { /* delay the scroll by 50 milliseconds to fix a bug in chrome */ jQuery(document).scrollTop(jQuery('#gform_wrapper_2').offset().top - mt); }, 50 );if(window['gformInitDatepicker']) {gformInitDatepicker();}if(window['gformInitPriceFields']) {gformInitPriceFields();}var current_page = jQuery('#gform_source_page_number_2').val();gformInitSpinner( 2, 'https://yenidenqur.com/wp-content/plugins/gravityforms/images/spinner.svg', true );jQuery(document).trigger('gform_page_loaded', [2, current_page]);window['gf_submitting_2'] = false;}else if(!is_redirect){var confirmation_content = jQuery(this).contents().find('.GF_AJAX_POSTBACK').html();if(!confirmation_content){confirmation_content = contents;}jQuery('#gform_wrapper_2').replaceWith(confirmation_content);jQuery(document).scrollTop(jQuery('#gf_2').offset().top - mt);jQuery(document).trigger('gform_confirmation_loaded', [2]);window['gf_submitting_2'] = false;wp.a11y.speak(jQuery('#gform_confirmation_message_2').text());}else{jQuery('#gform_2').append(contents);if(window['gformRedirect']) {gformRedirect();}}jQuery(document).trigger("gform_pre_post_render", [{ formId: "2", currentPage: "current_page", abort: function() { this.preventDefault(); } }]); if (event && event.defaultPrevented) { return; } const gformWrapperDiv = document.getElementById( "gform_wrapper_2" ); if ( gformWrapperDiv ) { const visibilitySpan = document.createElement( "span" ); visibilitySpan.id = "gform_visibility_test_2"; gformWrapperDiv.insertAdjacentElement( "afterend", visibilitySpan ); } const visibilityTestDiv = document.getElementById( "gform_visibility_test_2" ); let postRenderFired = false; function triggerPostRender() { if ( postRenderFired ) { return; } postRenderFired = true; gform.core.triggerPostRenderEvents( 2, current_page ); if ( visibilityTestDiv ) { visibilityTestDiv.parentNode.removeChild( visibilityTestDiv ); } } function debounce( func, wait, immediate ) { var timeout; return function() { var context = this, args = arguments; var later = function() { timeout = null; if ( !immediate ) func.apply( context, args ); }; var callNow = immediate && !timeout; clearTimeout( timeout ); timeout = setTimeout( later, wait ); if ( callNow ) func.apply( context, args ); }; } const debouncedTriggerPostRender = debounce( function() { triggerPostRender(); }, 200 ); if ( visibilityTestDiv && visibilityTestDiv.offsetParent === null ) { const observer = new MutationObserver( ( mutations ) => { mutations.forEach( ( mutation ) => { if ( mutation.type === 'attributes' && visibilityTestDiv.offsetParent !== null ) { debouncedTriggerPostRender(); observer.disconnect(); } }); }); observer.observe( document.body, { attributes: true, childList: false, subtree: true, attributeFilter: [ 'style', 'class' ], }); } else { triggerPostRender(); } } );} ); /* ]]> */

© 2026 · Yenidənqur.com · Sayt xəritəsi

LimeCuda tərəfindən veb sayt hazırlanması