Allahın insan imanının həqiqiliyini təkrarən sınaması, onun dul qadınlara, yetimlərə və qəriblərə, cəmiyyətin normal mühitindən kənarda qalanlara qayğı göstərməsidir. Bu, əmrin ikinci tərəfidir. Qonşumuzu özümüz kimi sevmək, onların rifahı, hüquqları və şərəfinə özümüzə olduğu kimi böyük qayğı göstərməkdir. Qonşumuzu özümüz kimi sevmək, qonşumuzun nigahına və onun müqəddəsliyinə (“Zina etməyin”); onun həyatına (“Qətl etməyin”); onun mülkünə (“Oğurluq etmə”); onun nüfuzuna (“Yalan şahidlik etmə”) hörmət etmək və bunu sözdə, düşüncədə və əməldə etmək deməkdir (“Tamah salma”).
Bunun mənası çox aydındır. Çox məhdud bir sferanın xaricində, hökm Allahın sahəsidir. Allahsız bir dövlət, getdikcə Allahın imtiyazlarını daha çox idarə edəcək və bütün həyat üzərində hökmün səlahiyyətlərini əlinə keçirəcək. Biz Allah olmadığımıza görə bizim üçün cəmiyyətdəki həlledici güc Allahın yenilənən gücü və Müqəddəs Ruhun bizdə və bizim vasitəmizlə işi olmalıdır.
İnqilab deyil, yenilənmə, məcburiyyət deyil, dönüşüm bizim dünyamızı dəyişdirmək və Allahın Padşahlığını təşviq etmək yolumuzdur. Məsihçi yenidənqurmasının məğzi də elə budur. Müqəddəs Kitab qanununun məğzi odur ki, o bizi şəxsi və ailə həyatımızda, peşələrimizdə, imanlı cəmiyyətləri və məktəblərimizdə cəmiyyətin əsas idarəçilərinə çevirir. Müqəddəs Kitab qanununda mülki hökumət çox məhdud və kiçik bir idarəetmə və hakimiyyət sahəsidir.
Əgər xalq öz imanında güclü deyilsə, heç bir cəmiyyət sağlam ola bilməz. Güclü dövlət zəif xalq deməkdir. Dünyanın müxtəlif mülki dövlətlərinin hamısı güclüdür və xalqlar imanlarında zəif olduqları üçün gücdə onları üstələyirlər. İnsanların məsuliyyətsizliyi nəticəsində hökumətdə yaradılan boşluğu doldurmaq üçün dövlətin gücü artır. İnsanlar Rəbb haqqında “Bu adamın üzərimizdə padşah olmasını istəmirik” (Luka 19:14) deyəndə, anarxiyanı dəvət edirlər. Hakimlər Kitabı belə bir dövrü təsvir edir. İnsanlar Allahı öz padşahları olaraq inkar etdilər və o günlərdə İsraildə padşah olmadığı üçün Allahdan imtina edildi, “hərə öz gözündə doğru görünən işi edirdi” (Hakimlər 21:25).
İnsanlar öz gözlərində doğru görünən işi görəndə, Padşahımız Məsihi və Onun qanun olan sözünü inkar edəndə onların sözü və dəstəsi onlar üçün səlahiyyət mənbəyinə çevrilir. İnsanlar sonra humanistcəsinə hərəkət edir və Rəbb deyil, öz dəstələri tərəfindən idarə edilirlər. Bizim rəhbərliyə sədaqətimiz Katolik və ya Protestant kilsələrə deyil, İsa Məsihə və Onun hökmranlığına olmalıdır.
İmanımız nadir hallarda sədaqətimizi üstələyə bilər. Əgər bizim sədaqətimiz Presviteriyan, Baptist, Katolik, Metodist və ya hər hansı digər biridirsə, biz həqiqətən də cılız insanlarıq və bizim “imanımız” ən azı təhrif olunub. Kilsələr də bizim həyatlarımızın mərkəzi deyil, insanlar kimi Allahın əlində alətlər olmalıdır. Biz alətlərə hörmət edə bilərik və etməliyik də, lakin əgər biz Allahı əsas tutmuruqsa, onda imanı təhrif edirik.
İngiliscə Mövcuddur: https://chalcedon.edu/resources/articles/the-heart-of-christian-reconstruction
Yenidənqurmasının Kökləri kitabından götürmüşdür, səhifələr 281-282.

Qeyd
| ↑1 | teonomiya – teos (allah) və nomos (qanun) sözündən götürülərək, cəmiyyətin ilahi qanun tərəfindən idarə edildiyi ehtimal olunan Məsihçi təlimidir. |
|---|