Həqiqətən də maraqlanmayan adamlara məsləhət verməkdən çəkinin. Mən illər ərzində öyrəndim ki, məsləhət alan insanların əksəriyyəti əslində onu istəmirlər. Onlar artıq nə edəcəklərinə qərar veriblər və sizin yanınıza zidd fikir üçün deyil, təsdiq üçün gəlirlər. Əgər hər şey yaxşı gedirsə, onlar özlərinin “müdrik” olduqlarını qəbul edirlər. Əgər işlər düz getmirsə, onlar sizi pis məsləhət verməkdə günahlandırırlar.
Bu yaxında, bir hərəkətə haqq qazandırmaq üçün həm mənim, həm də başqa bir adamın adından istifadə olunduğunu eşitdim. Heç birimiz belə bir məsləhət verməmişdik! Həmin adam sadəcə bizə nə edəcəyini söylədi və biz də onu nəzakətlə dinlədik. O, tənqidlə qarşılaşdığında, bizi öz məsləhətçiləri və ona haqq qazandıranlar kimi göstərdi!
Lakin hamımızın məsləhətə ehtiyacı var və bunu əldə etməyin ən yaxşı mənbəyi yalnız Müqəddəs Kitabdır. Hamımızın dinləməsi üçün vacib olan və ürəyimizə yaxın almalı olduğumuz söz Allahın Kəlamıdır. Bütün axmaqlar haqqında Allah belə deyir: “Nəsihətimi istəmədilər, hər məzəmmətimi rədd etdilər” (Sül. Məs. 1:30). Əgər adamlar Allahı dinləməsələr, onlar şübhəsiz ki, bizi də dinləməyəcəklər.
Bax buna görə bizim dövrümüzdə yaxşı məsləhətin heç bir faydası yoxdur. Allahın Kəlamını təcrid edən adamlar yalnız allahsız və axmaq tövsiyələrə açıq olurlar. Bu, hər nəsildə, nəhayət, pis adamların və zalımların süqutunun səbəbidir. Avşalom öz üsyanında məğlub oldu, çünki Allah onun müdrik məsləhətçilərə qarşı kor etdi və o, Davud üçün işləyən adamı həvəslə dinlədi (2 Şam. 17:1-23).
Allahı və ya mömin insanları dinləməkdən imtina etməyimizin səbəbi öz iradəmizə və öz yolumuza olan böyük sevgimizdir. Biz əslində deyirik ki, mənim iradəm yerinə yetsin və istəyimizə zidd olan hər hansı bir tövsiyə rədd edilir. Biz öz sözümüzü yerinə yetiririk və sonra çətinliklə qarşılaşanda Allahı günahlandırırıq!
Ən pis məsləhət üçün iradənizi və ürəyinizi dinləyin. Sağlam məsləhət üçün Rəbbi dinləyin.
İlk dəfə çap edilmişdir: “Kaliforniya Farmer”-də, 252:8 (19 Aprel, 1980), səh. 35.
Mövzular: Mədəniyyət, Hökmranlıq, İslah olunmuş Düşüncə
İngilis Dilində Mövcuddur: https://chalcedon.edu/resources/articles/advice
R.C. Raşduni (R.J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.