Allahın ən qəti əmrlərindən biri bütpərəst və ya allahsız millətlərlə bağlanan müqavilələrə və ittifaqlara qarşı yönəlmişdir. Bu qanunlar Çıxış 23:32-33 və 34:12-16-da və Qanunun Təkrarı 7:1-4-də yer alır. O dövrlərdə adətən əhd adlanan belə ittifaqlara görə peyğəmbərlər padşahları qınayırdılar.
Bütün bu cür müqavilələrin Allah tərəfindən bu qədər sərt şəkildə mühakimə edilməsinin səbəbi aydındır. Əgər xalq allahsızdırsa, onda onların həqiqət anlayışı Müqəddəs Yazıdan çox fərqlidir. Lenin demişdi ki, sözlər müharibə silahı kimi istifadə olunmalıdır. Beləliklə, dil xalqları aldatma və fəth etmək üçün bir vasitəyə çevrilə bilər.
Allah imanın və ya dinin həyatı idarə edən güc olduğunu dərk etməyimizi bizdən tələb edir. Hər dinin özünə məxsus məqsədi və öz məna sahəsi vardır. Bəzi dinlər üçün həqiqət tamamilə boşluqdur; bizim üçün bu, Məsihdir. Bu iki həqiqət nöqteyi-nəzəri arasında elə böyük bir uçurum var ki, bu hədlər arasında əsas həqiqət müzakirə edildikdə həqiqət fərqli mənalar daşıyır.
Əhdi-Ətiq dövründən indiyədək millətlərin özlərini allahsız xalqlarla qeyri-bərabər boyunduruğa salması və Allahın həm hökmdarları, həm də millətləri də bu cür kafirliklərə görə mühakimə etməsi ilə əlaqədar uzun bir fəlakət tariximiz var.
Rəbb Allahın axır zamanlarda Öz fikrini dəyişdirdiyinə və ya Onun müasirləşdiyinə və qeyri-bərabər boyunduruğa meyilli olduğunu zənn etməyə heç bir səbəb və əsas yoxdur!
“Vaxtında vərilən məsləhət” 3-cü cild, № 59, Chalcedon/ Ross House Books, 2015.
R. C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.