Müqəddəs Kitab bizim dövrümüzdə çox vaxt insanlar tərəfindən etinasızlıq göstərilən iqtisadi hikmətlə doludur, çünki həyatın hər bir sahəsinə aid olan Müqəddəs Kitab çox vaxt gündəlik ibadət kitabçasına çevrilir və bütün “ruhani olmayan” həqiqətlər rədd edilir. Məsələn, Süleyman bizə deyir:
Çörəyini suların üzünə burax, çünki uzun müddət sonra yenə onu taparsan” (Vaiz 11:1).
Burada söhbət düyü əkinindən gedir. Düyü sanki olduğu kimi su tarlalarına səpilir, ailənin “çörəyi” və ya qidası müəyyən mənada tullanılır, amma gələcək günlər üçün məhsul yalnız bu şəkildə mümkündür. Məzmur 126:5-6-da eyni fakt daha açıq şəkildə ifadə olunur:
Göz yaşı ilə əkənlər sevinc harayı çəkərək biçəcək. Ağlaya-ağlaya toxum torbasını daşıyıb-gedən sevinc harayı ilə dərzləri daşıya-daşıya gələcək”.
Burada qıtlığı nəzərdə tuturuq; qiymətli taxıl göz yaşları ilə əkilir, çünki həyat onun məhsulundan asılıdır. Hər iki mətndə də ilk vurğu odur ki, indiki faydalar gələcək mənfəət üçün qurban verilməlidir; bu gün əkin yoxdursa, sabah məhsul olmayacaq. Toxum əkmək gələcəyə yatırımdır.
İkincisi, toxum əkən insanın ən ilkin və elementar səviyyədə gələcəyə ümid bəslədiyi aydındır. Ümidsiz cəmiyyət indiki zamanla yaşayır. Bu, istehlakçı cəmiyyətidir; o, gələcək məhsulunu planlaşdırmaq əvəzinə toxumu yeyir. Beləliklə, bu, qənaətcil və əkən bir cəmiyyətdən Allahın qınadığı borclara yönəlmiş cəmiyyətə çevrilir. O, borcun nə altı illik məhdudiyyətinə, nə də Allahın məqsədinin bir-birini sevməkdən başqa heç kimə borclu olmamaq prinsipinə məhəl qoymur (Rom. 13:8). Borclu bir cəmiyyət ölümə köklənir; o, iqtisadiyyatı, qənaətcilliyi və gələcəyə yönəlmiş planlaşdırmanı çətin və ya gəlirsiz edir, çünki o istehsalı deyil, istehlakı təşviq edir. Borclulara faiz ödənişləri üçün “vergi güzəşti” verilir; həm əmanətlər (hesablanmış faizlər üzrə) həm də istehsal və mənfəət (və ya məhsul) vergiyə cəlb olunur. Bizim dövrümüzün vergi strukturları çox ciddi şəkildə Müqəddəs Yazılara qarşıdır. Bundan başqa, mənəvi qayda alt-üst olub; borc, bu dövlətçi humanistlərin aktivinə, var-dövlət isə öhdəlik və pisliyə çevrilir. Bu gün pullara qızıl və ya gümüş deyil, borc zəmanət verir. 1981-ci il, iyunun 1-də qüvvəyə minmiş 1980-ci ilin Valyuta Tənzimi haqqında qanunu ABŞ-ahəm yerli, həm də xarici olmaqla Federal Hökumətin borclarından başqa borcları dövriyyəyə buraxmağa imkan verir. Bu, bizim çörəyimizi və buğdamızı yeməkdir, onu suya buraxmaq deyil!
20-ci əsrin şüurundakı məşhur ekzistensializmin[1]ekzistensializm — 19 və 20-ci əsrlərdə Kierkegaard, Nietzsche, Dostoyevski, Kamyu və Sartr kimi kişilər tərəfindən inkişaf etdirilən fəlsəfi bir hərəkat, fərdi şəxsin iradə … Continue reading gücü onun indiki zamana yönəlmiş iqtisadi nəzəriyyəsində təzahür edir. Ekzistensializm üçün bütün əxlaq normaları və dindən, keçmiş və gələcəyə dair bütün düşüncələrdən məhrum olan inkidi məqam hər şeydir. Bu da Keynsçilik[2]Keynsçilik (ing. Keynesian economics) — ABŞ-da Böyük Depressiyaya qarşı iqtisadi nəzəriyyənin reaksiyası kimi yaranan sosialist makroekonomik cərəyan. iqtisadiyyatının bütün müxtəlifliyinin məğzidir. Keyns gələcəyə nifrət edirdi; onun ilkin şərtləri belə idi: “Nəticədə biz hamımız ölüyük.” Ölümə olan bu diqqət müasir iqtisadiyyatı xarakterizə edir və o, allahsızı göstərir. Süleymanın Məsəlləri 8:36-da deyildiyi kimi: “Məni əldən verən canına qəsd edər, mənə nifrət edənlərin hamısı ölümü sevər.”
Müqəddəs Kitab bizdən diqqətimizi özümüzə deyil, Məsih, müjdə və Allahın Padşahlığı nöqteyi-nəzərindən gələcəyə yönəltməyimizi tələb edir. Rəbbimiz deyir: «Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənimlə Müjdə uğrunda canını itirirsə, onu xilas edəcək» (Mark 8:35; Mat. 10:39, 16:25; Luka 9:24; Mat. 6:33). Rəbbimiz burada “canını itirməkdən” danışanda, şəhidlikdən deyil, Ona və Onda özümüzə məhsul gətirmək üçün “toxum səpməkdən”, öz həyatını imanla suya buraxmaqdan danışır.
Üçüncüsü, bizə deyilir ki, bizim gələcəyə, Allahdan olan gələcəyə yatırımımız mütləq bəhrə gətirəcək: “Öz çörəyini sulara at; çünki sən onu bir müddətdən sonra tapacaqsan.” Bir daha: “Qiymətli toxumları daşımağa çıxan və ağlayan şübhəsiz ki, yenidən öz dərzlərini gətirərək sevinəcək.” İnsan təbiri ilə desək, səpin olmadan məhsul olmadıqca, məhsulun olmasına əminlik olmayacaq. Quraqlıq, xəstəliklər, daşqın, həşəratlar, müharibələr və başqa fəlakətlər potensial məhsulu məhv edə bilər. Amma əgər biz bütün yollarımızda Allaha xidmət etməyə və Onu izzətləndirməyə can atırıqsa, bizə qeyd-şərtsiz və mütləq məhsul vəd edilir: “Biz bilirik ki, hər şey birlikdə Allahı sevənlərin, Onun məqsədinə görə çağırılanların xeyrinə işləyir” (Rom. 8:28). Elə həmin bu fakt güclü şəkildə və bütün təfsilatı ilə Qanunun Təkrarı 28-də şərh olunub.
Qanunun Təkrarı 28 Allaha olan sədaqətsizliyin əxlaqi və iqtisadi nəticələrini elə vurğulayır ki, onları anlamamaq mümkün deyil. Qaçılmaz lənətlər və xeyir-dualar şərh edilir: Allahın qanununu inkar etməyin (və indiyə və insana baxmaq) dini, siyasi, iqtisadi, şəxsi və təsərrüfata dair nəticələri çox aydın şəkildə yazılıb.
Humanizmin iqtisadi dünyası indiki imkanlar və gələcəyə heç bir əminlik olmayan dünyadır. Buna görə də, ekzistensial iqtisadi təcrübələr həm mümkün, həm də zəruri hesab edilirlər. Belə olan halda biz Allah rolunu oynayan və bütün imkanları öz iradəsinə görə müəyyən etməyə can atan bir adamı olan öz kefinə görə olan pul[3](ing. “fiat money”) “Fiat” pulu, qızıl və ya gümüş kimi fiziki bir əmtəə ilə deyil, əksinə onu verən hökumət tərəfindən dəstəklənən dövlət … Continue reading və iqtisadiyyata malikik. Səbəbiyyət dünyası məntiqsiz imkanlar dünyası ilə əvəz edilmişdir. Bu cür perspektiv ölüm iqtisadiyyatına aparır: həyat iqtisadiyyatını yürütmək üçün iqtisadi ölümün min bir üsulu təcrübədən keçirilir, çünki yalnız ölüm iqtisadiyyatı insanın qətiyyətini qoruyur. Qanun dünyası insanın öz istəyi ilə əvəz olunur.
Nəticədə 1980-ci ilin 31 mart tarixinədək Martin D. Vaysın öz “Böyük pul çaxnaşması” kitabında[4]1981, Arlington House. “Borc Canavarı” adlandırdığı şey milli korporasiyalar üçün 1.5 trilyon dollar ölçüdə borc; 949 milyardlıq Federal borc; evlər, ofis binaları və ticarət mərkəzləri üçün isə 1.362 milyard dollarlıq ipoteka borcu demək idi. Eyni zamanda nağd pul likvidliyi ən aşağı səviyyədədir; ABŞ-da və xaricdə işsizlik artmaqdadır və getdikcə daha çox düşünülən“çıxış yolu” inflyasiyadır. Bu, alkoqol aludəçisinə daha da çox spirtli içki vermək kimidir!
Bütün bunlarla, biz əxlaqi intizamda çevrilişin baş verdiyinin şahidi olduq. Bu yaxınlarda hətta bir “Elmlər Namizədi olan Pastorun” mənə yazdığı kimi “gey” yaxşıdır, heteroseksuallıq isə günahdır (bütün “naturallar”ı isə konslagerə yerləşdirmək lazımdır deyə düşünürdü!) Həmçinin o da bəyan edir ki, abort yaxşıdır, aborta qarşı çıxmaq faşizmdir. Borcu gələcəyə yatırım və iqtisadi aktiv hesab edən bir dövr üçün bu cür mənəvi pozğunluq gözləniləndir.
Müasir iqtisadiyyatın böyük bəlalarından biri onun fərz edilən elmi əsasıdır. Bir növ riyaziyyat və elm əxlaqı əvəz edir. Bizim dövlətçilərə onların iqtisadiyyatının qanuni oğurluq olduğunu demək yersizdir; onların qrafikləri və statistikaları iqtisadi əxlaqı, iqtisadi “elm” ilə əvəz etmək üçün hazırlanmışdır.
Nə vaxtsa iqtisadiyyatı bir “mənəvi fəlsəfə” bölməsi kimi tədris edirdilər. Adam Smitin özü mənəvi fəlsəfə üzrə professor idi (təəssüf ki, onun iqtisadiyyatının “Görünməz Əli” fərz etdiyinə baxmayaraq, onun etikasının, Yumu təqlid etdi). Bu gün əxlaqi mülahizələr saxta elm naminə kənarlaşdırılmışdır.
Nəticədə iqtisadi problemlər xarakter, əmək və gələcək istiqamət tələb edən əxlaqi mülahizələr nöqteyi-nəzərindən deyil, “ehtiyaclar” və “çatışmazlıqlar” nöqteyi-nəzərindən gözdən keçirilir. Biz bu səbəbdən Piter F. Drukerin Növbəti İqtisadiyyat Yolunda və Başqa Esselərdə[5]1981, Xarper və Roy; səh. 64. haqqında xəta dediyi “zəif inkişaf etmiş” ölkələr haqda danışırıq: o bəyan edir ki, heç bir ölkə ehtiyatları olmadığına görə inkişafdan qalmır; əksinə, o, öz ehtiyatlarından istifadə etmir; bu formalarda onun kapitalı səmərəli surətdə istifadə olunmur. Onun nə insani, nə də fiziki resursları məhsuldar şəkildə istifadə olunmur.
Biz əlavə etməliyik ki, məhsuldar istifadə gələcəyə, eyni zamanda inkişaf edən və hökmranlıq yönümlü cəmiyyət görüntüsünə köklənmiş iman və xarakter tələb edir. Əgər belə iman oyanmasa, tezliklə bütün millətlər “inkişafdan qalmış” millətlər olacaqlar. Süleymanın Məsəlləri 29:18-də ümumiləşdirildiyi kimi: “İlahi söz nazil olmayanda xalqda hərc-mərclik olar. Qanuna əməl edən nə bəxtiyardır!”
İstənilən sahədə, iqtisadiyyat da daxil olmaqla, əxlaqi və ilahi mülahizələrdən imtina etmək reallıq və mənadan imtina etməkdir. Bu, biliyi inkar etməkdir. Druker biliyin yeni tərifə keçidini “faydasız və çətin ki tətbiq edilə bilən” kimi şərh edir.[6]səh. 49 Əlavə etmək olar ki, belə “biliklər” uğurla tətbiq oluna bilməz. Bu, şübhəsiz ki, müasir ölüm və intihar iqtisadiyyatını əhatə edərdi.
Mülki hökuməti öz şıltaqlığına əsasən idarə edəndə və onun iqtisadiyyatı əxlaqi qayda pozuntusu olanda bunun nəticəsi ya anarxiya, ya da əxlaqi qaydanın ən konservativ formalarının qaytarılması və ya dirçəlişi olur, yaxud da, bir qayda olaraq, hər ikisi olur. SSRİ-də anarxiya az deyil; çoxları üçün bu bir həyat tərzidir. Bir çox başqaları üçün çox qədim ailə həyatı və nizam formaları oxşar məna verir. Nəticədə hətta levirat[7]levirat — qədim yəhudi xalqına aid qardaşının dul arvadı ilə evlənmək adətidir. SSRİ-nin hüdudlarında davam edir.[8]Elen Karrere Di Enkosse: İmperiyanın tənəzzülü, Sovet Sosialist Respublikalarının Üsyanı; Newsweek Books, 1979, səh. 256.
Lyuis E. Lerman dediyi kimi[9]“Beynəlxalq valyuta qaydasının yaradılması”, Devid P. Kalleo, redaktor: Pullar və Gələcək Dünya Qaydası, səh. 71; N.Y.U. Press, 1976. müasir milli iqtisadi siyasətlərin əsasında “işsizlik və inflyasiya problemləri” durur. İqtisadi nizamın pozulmasından sonra milli iqtisadi siyasətlərin nəticələri nizamsızlıq və artan problemlərdir.
Bütün bunlara baxmayaraq, iqtisadi qanunsuzluqlar barədə imanlı cəmiyyətinin susması son dərəcə heyrətamizdir. Nəinki bu, çox vaxt ağır borc problemi haqqında istənilən bir fikrə belə qərəzli yanaşır. Son on ildə şəxsən mənim və Geri Nortun Müqəddəs Kitaba aid olmayan borc xüsusunda qeydlərimiz narazılıq yaratdı. Bu yaxınlarda bəzi Kalsidon Mövqe Sənədlərində borc haqqında olan suala istinada görə bu kağızların surətləri təqdim olunmuş bəzi insanlardan çox emosional və qəzəb dolu məktublar gəlmişdir. Bu, təəccüblü deyil. Belə hallarda biz çox aydın fakta malik oluruq. İmanlı cəmiyyətindən olan həmin adam böyük borc içindədir və çox-çox illər hələ borclu olacaq. Onlar həm də çox ciddi iqtisadi “çətinlik” içindədirlər. Borclarının Rəbbin qanununu pozmaq olduğunu Ona etiraf etmək və öz həyatlarını dəyişdirmək üçün Onun köməyini axtarmaq əvəzinə, onlar “xeyir-dualar” üçün, yəni hansısa möcüzə sayəsində və cəzasız şəkildə borcdan qurtulmaq haqqında dua edirlər. Onların günahda olduqlarını və günahın da əvəzinin həmişə ölüm olduğunu demək (Romalılara 6:23), onlarda qəzəb və isteriya yaradır. Onlara, “nazları ilə oynayan” allah lazımdır.
Məzmur 126:5, 6 ayələrinin dini, mənəvi və iqtisadi mənalarının dördüncü aspekti var: gələcəyə köklənmiş və Rəbbə ümid bağlayaraq əkənlər, şübhəsiz ki, “… Sevinc harayı ilə dərzləri daşıya-daşıya gələcək“. Nəticə təkcə məhsuldarlıq deyil, həm də sevincdir. Məzmur 144:12-15-də Davud itaətkar, sadiq xalq üçün, öz əhd Allahına və Onun qanununa sadiq olan xalq üçün dua edir:
Qoy yeniyetmə oğullarımız sağlam fidan kimi boy atsın, qızlarımız oyulmuş saray sütunları kimi gümrah olsun. Anbarlarımız müxtəlif nemətlərlə dolub-daşsın, otlaqda qoyunlarımız minlərlə, on minlərlə çoxalsın. Naxırlarımız çoxlu balalar versin, hasarlarımız dəlmə-deşiksiz olsun. İnsanlarımız əsir düşməsin, meydanlarımız şivən səsinə bir daha bürünməsin. Nə bəxtiyardır belə xeyir-dua alan xalq! Nə bəxtiyardır Allahı RƏBB olan xalq!”
Belə cəmiyyət sizin və mənim sadiqliyimizdən başlanır. Belə deməyin vaxtıdır: «Amma mən və mənim evimdəkilər RƏBBƏ qulluq edəcək» (Yeşua 24:15).
“Yenidən qurmanın kökləri”ndən götürülüb, s. 1060; Kalsidon Hesabatı № 192, Avqust 1981-ci il.
İngilis dilində mövcuddur: https://chalcedon.edu/resources/articles/the-economics-of-death
R. C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya[4] hərəkatına başladı. Buna görə, o, Allahın Qanununu, mədəniyyət tənəzzülünə müasir məsihçinin cavab reaksiyasının əsası olaraq gördü, bunu kilsənin Allahın qanununun Onun lütfünə qarşı çıxdığı ilə bağlı səhv dünyagörüşü ilə əlaqələndirdi. Bu ətraflı məsihçi cavabını o, “Məsihçi Yenidənqurması” olaraq xarakterizə etdi. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir. O, həmçinin mühazirələr oxuyaraq və dini etiqad azadlığı ilə bağlı çoxsaylı məhkəmə işlərində ekspert şahidi kimi xidmət edərək çox səyahətlər etmişdir. Bu gün də davam edən bir çox xidmət və təhsil səyləri öz fəlsəfi və Müqəddəs Kitaba əsaslanan köklərini Onun mühazirələrindən və kitablarından götürmüşdür.
Qeyd
↑1 | ekzistensializm — 19 və 20-ci əsrlərdə Kierkegaard, Nietzsche, Dostoyevski, Kamyu və Sartr kimi kişilər tərəfindən inkişaf etdirilən fəlsəfi bir hərəkat, fərdi şəxsin iradə hərəkətləri ilə öz inkişaflarını təyin edən azad və məsuliyyətli bir agent kimi varlığını vurğulayır. Məsələn, Kierkegaard irəli sürdü ki, cəmiyyət və din deyil – hər bir fərd həyata məna vermək və onu ehtirasla yaşamaqdan məsuliyyət daşıyır. |
---|---|
↑2 | Keynsçilik (ing. Keynesian economics) — ABŞ-da Böyük Depressiyaya qarşı iqtisadi nəzəriyyənin reaksiyası kimi yaranan sosialist makroekonomik cərəyan. |
↑3 | (ing. “fiat money”) “Fiat” pulu, qızıl və ya gümüş kimi fiziki bir əmtəə ilə deyil, əksinə onu verən hökumət tərəfindən dəstəklənən dövlət tərəfindən buraxılmış bir valyutadır. |
↑4 | 1981, Arlington House. |
↑5 | 1981, Xarper və Roy; səh. 64. |
↑6 | səh. 49 |
↑7 | levirat — qədim yəhudi xalqına aid qardaşının dul arvadı ilə evlənmək adətidir. |
↑8 | Elen Karrere Di Enkosse: İmperiyanın tənəzzülü, Sovet Sosialist Respublikalarının Üsyanı; Newsweek Books, 1979, səh. 256. |
↑9 | “Beynəlxalq valyuta qaydasının yaradılması”, Devid P. Kalleo, redaktor: Pullar və Gələcək Dünya Qaydası, səh. 71; N.Y.U. Press, 1976. |