1 Timoteyə 6:15-də Paul İsa Məsih barəsində belə deyir: “O, bəxtiyarlıq mənbəyi olan tək Hökmdar, şahların Şahı və ağaların Ağasıdır”. Ernest Qordon bu ayənin sonuncu hissəsini belə tərcümə etdi: “Onlara padşahlıq edənlərin Padşahı, onlara ağalıq edənlərin Ağası”. Başqa cür desək, tarixin bütün qüvvələrinin arxasında Böyük Padşah İsa Məsih dayanır.
Bu Böyük Padşah, insanlara və millətlərə pis xəyallarının ardınca getməyə və günahlarını davam etdirməyə izn verir. Beləcə, insanların pis xəyallarında insan problemlərinin həlli olaraq gördükləri, zamanla onların lənətinə çevrilir. Tarixi fırtınalar öz vaxtında Qayaya əsaslanmayan hər şeyi süpürüb aparır. İbranilərə Məktub 12:22-29-da Paulun dediyi kimi, bizi əhatə edən şeylər və biz özümüz elə sarsılırıq ki, yalnız sarsıla bilməyənlər daim var olsun.
Buna görə də bizi sarsıdacaq böhranlar gözləməliyik. Onlar bizi sınamaq və bizə kim olduğumuzu sübut etmək üçün Böyük Padşahdan gələcəklər. Allahın bizə yonulmuş kövrək şüşə kimi yanaşacağını gözləməyə haqqımız yoxdur.
İshaq Uots öz möhtəşəm “Mən çarmıxın əsgəriyəm?” (1724) himnində soruşmuşdu: “Başqaları mükafat uğrunda mübarizə apararkən və qanlı dənizlərlə üzərkən mən rahat yüngül yataqda göylərə aparılmalıyam?”
Sonra Uots demişdi: “Əlbəttə, əgər hökm sürmək istəyirəmsə, mübarizə aparmalıyam” və Məsihin yaxşı əsgəri kimi tab gətirməyə cəsarət üçün dua etdi.
Biz sarsıntı zamanında yaşayırıq. Böyük Padşah adamlara və xalqlara ölümcül sonlarına qədər öz yollarını izləməyə imkan verir. Biz sarsılacağıq. Özümüzə verməli olduğumuz sual bax budur: biz zəlzələyə davamlıyıqmı? Yəni biz Məsihdə elə kök salmışıqmı, bizi sarsıtmaq mümkün olmasın?
“Vaxtında vərilən məsləhət” 3-cü cild, № 2, Chalcedon/ Ross House Books, 2015.
R. C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.