Bizim dövrümüzdə Allahın qanununa münasibətimiz çox qüsurludur. Günahlı təbiətimizdən irəli gələrək qanunu insan üçün bir növ məhdudiyyət kimi qəbul edirik, halbuki Allah ilə əhd qanunu insana Onun məhəbbəti və lütfünün əlaməti olaraq verilmişdir. Allahın qanunu şər əməl etmək istəyən günahkar adam üçün məhdudiyyətdir, amma satın alınmış şəxslər üçün salehlik yoludur.
119-cu Məzmurda Allah Özü bizə Onun Qanununa necə baxmağı öyrədir. O, Məzmurçu vasitəsilə Allahın qanununun həssaslığını bizə təsəllimiz, Allahın mərhəməti, Onun həqiqəti və bir çox digər şeyləri kimi təsvir edir. Amma Məzmur 119:54 xüsusilə mənalı bir ayədir: “Sənin qaydalarını bu qürbət eldə ilahi tək oxuyuram”.
Bu heyrətamizdir! Qanun nəğmə kimi, şən nəğmə kimi qəbul edilir! Bu yaxınlarda vəfat edən, az qala doxsan yaşına qədər fəal və enerjili olan sadiq bir məsihçini xatırlayıram. Bir dəfə o, bir il əvvəl öz gənclik həyatını təsvir edirdi. Heç kim qapıları kilidləmirdi; cinayət çox yad və qəribə bir şey idi və onun əhatəsindən olan demək olar ki, hamı ibadətə gedirdi. “O günlərdə Amerika haqqında nəğmələr söylənilən bir yer idi” – deyirdi. Amerika Allaha məqbul və qanuna itaətkar olduğuna görə haqqında nəğmələr söylənilən bir yer idi.
Məzmurçu Allahın qanunlarından nəğmə kimi danışır, çünki məhz iman və itaət insana sülh, sevinc və nəğmə verir. Məzmur 119:54-də işlədilən İbrani sözü zemir mədh mahnısı deməkdir. Məzmurçu Allahın qanunlarına görə Onu mədh edirdi, çünki Allahın qanunu bizim sülhümüz, sevincimiz və Onda, Onun vasitəsilə ünsiyyətimiz üçün təyin olunub. Günah Allah və insan arasındakı ünsiyyəti dağıtdığı kimi, mömin insan da Allahın qanununa sədaqətlə itaət etməklə Rəbblə və eyni zamanda insanla da ünsiyyətində böyüyür. Beləliklə, Allahın qanunları və qaydaları haqqında nəğmələr oxunmalıdır.
Əslində qanunla bağlı mahnılar imanlı cəmiyyətində nə vaxtsa daha çox oxunulurdu və mən bunlardan bəzilərini xatırlayıram:
Qanunun əmrləri doğrudur
və qəlbi böyük sevinclə doldurur.”
Əgər biz onu yenidən bütün qəlbimizlə oxuya bilsək, bəlkə də sevincinin günahda deyil, lakin möminlikdə olduğu bir diyarı görə bilərik.
“Vaxtında vərilən məsləhət” 3-cü cild, № 13, Chalcedon/ Ross House Books, 2015.
R.C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.