Bu yaxınlarda verilən son xəbərlərdə deyilirdi ki, Böyük Britaniyanın Kirbi şəhərindəki məhkəmə təkərli konki ilə piyada keçidindən keçən 10 yaşlı Amanda İqana qarşı qərar çıxardı. Onu yük maşını vurmuşdu, lakin Amanda təkərli konki sürdüyü üçün o, piyada hüquqlarını itirmişdi və nə piyada keçidindən keçmək, nə də dəymiş ziyana görə hüquqa malik deyildi.
Əlbəttə, əgər Amanda küçənin başqa bir yerində konki sürsəydi maşın onu vuranda o yenə uduzardı, çünki məhkəmə onun küçəyə çıxmaq hüququnun olmadığına qərar vermiş olardı.
Bu halda məhkəmə təkərli konkiyə, texniki detallar səbəbindən Amanda İqanı ədalətdən məhrum etdi. Məhkəmə qanun naminə qanunsuz idi. Qanunun məqsədini təhrif etmək üçün qanundan istifadə edildi. Buna təəccüblənmək lazım deyil.
Keçən ay bir dövlət məmuru mənə dedi ki, qanunun özünün az əhəmiyyəti var. O dedi:
Əgər mən sənə min dollar borcluyamsa, buna görə mənim imzalı sənədimə və ya sadəcə, sözümə malik olub-olmağının fərqi yoxdur. Sənədim mənim sözümün dəyəri qədər dəyərlidir. Məni məhkəməyə verdiyin təqdirdə eyni məbləğdə və ya daha çox qazanacaqsan və qazanmaq onu ala biləcəyinə zəmanət deyil. Sənəd və qanun sənin və mənim xarakterimizdən yaxşı deyil”.
Əsas məsələ budur. Əgər insanlar mömin deyillərsə, ən yaxşı niyyətli qanunlar pis və qanunsuz məqsədlərə xidmət edə bilər. Bu Amanda İqanın hadisəsində və digər bir çox hadisələrdə belə idi. İnsanlar və məhkəmələr allahsız olduqda qanun qanunsuzluğun qüvvəsinə çevrilir.
Yeni qanunun cavab olduğuna inanmaq və ya ümid etmək axmaqlıqdır. Hər cür problemləri həll etmək üçün yeni qanunların təbliğatını aparmaq yolunda illərini və pullarını xərcləyən və vəziyyətin nə üçün pisləşdiyini başa düşə bilməyən insanlar tanıyıram. Onlar daha bir seçkinin və daha bir qanunun problemi necəsə həll edəcəyinə inanmaqda israrlıdırlar.
Məzmurçu bu problemi müdrikliklə gördü: “Evi Rəbb tikməzsə, bənnaların zəhməti boşa gedər. Şəhəri Rəbb qorumazsa, keşikçilər boş yerə orada gözlər” (Zəbur 127:1). Yeni və mömin insanlarsız yeni və yaxşı qanunlar damları olan evlərə bənzəyir, amma divarları və təməlləri yoxdur: onlar dayana bilmirlər.
Bizim Amerikada bəzi pis qanunlarımız var, amma minlərlə yaxşı qanunlar da var. Biz bu qanunlardan bir çoxunu qəbul etməmişdən əvvəl mömin bir xalq idik; bunlar bizi daha da yaxşı etmədi və allahsızlıqlardan qorumadı.
Qanunlar öz yerində yaxşıdır. Amma ilk və son olaraq bizim mömin insanlara və tezliklə ehtiyacımız vardır. Ey Allah, bizə insanlar ver!
“Vaxtında vərilən məsləhət” 3-cü cild, № 64, Chalcedon/ Ross House Books, 2015.
İngilis dilində: https://chalcedon.edu/resources/articles/lawless-law
R. C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.