Nə qədər uzaq getdiyimiz bu yaxınlarda mənə məlum oldu. Kommunist bölgələrdəki gizli imanlılar cəmiyyətinin nümayəndəsi pastor Riçard Vurmbrand, şərti olaraq (pul ödənilərək) azad edilib Amerikaya aparılmazdan əvvəl on dörd ilini həbsxanada keçirdi. O, gizli məsihçilərdən bəhs edərək deyir: onlar xilas olunmaq üçün Amerikaya ümid bağlamırlar. Amerika kiçik Vyetnamda müharibədə qələbə çalıb, öz adamlarını Pueblodan[1]ABŞ-ın hərbi gəmisi azad edib, onun hökumətini kommunistlərdən qurtarıb və ya küçələrində asayişi qoruya bilməz. Bu, kimisə necə xilas edə bilər? Bu təqib olunan məsihçilərin yeganə istəyi – onları təqib edənləri yedizdirib içizdirməkdən əl çəkməyimizdir.
Amerikanı və onun əzəmətli məsihçi iman və azadlıq mirasını sevən hər kəs üçün bu iyrənc bir həqiqətdir. Lakin xəbərlər bunu təsdiqləyir. 1812-ci ildə paytaxtımız Vaşinqton ingilislər tərəfindən talan edilmiş və yandırılmışdı, amma biz döyüşdük və müharibəni qazandıq. 1968-ci ildə Vaşinqton yenidən, bu dəfə isə hökumətdən sosial müavinət və təminat alan bir çox adamlar tərəfindən talan edildi və yandırıldı. Lakin biz məhvimizi hədəfə alan həqiqi müharibə apardığımızı qəbul etmirik.
Amerika Birləşmiş Ştatları müharibə vəziyyətindədir, ölüm-dirim mübarizəsindədir və bu müharibədə Birləşmiş Ştatlar özü özünün ən qatı düşmənidir, çünki o nə öz pisliyi ilə üzləşəcək, nə də problemlərinin səbəbini etiraf edəcək. Axav padşah bütün problemləri öz üzərinə özü gətirdi və özünə heç bir düşmənin vurmadığı qədər zərər vurdu, amma Axav yeganə ittihamçısı ilə öz düşməni kimi davrandı. İlyas peyğəmbər Axavı günahı ilə qarşılaşdıranda Axav cavab verdi: “Məni tapdınmı, düşmənim?” (1 Padşahlar 21:20). İlyas ona Allahın mühakiməsi barədə dediyinə görə düşmən oldu! Bizim həyatımızda da çox vaxt belə olur.
Allahın vədi bizə aydındır:
…əgər Mənim adımla çağırılan xalqım özünü aşağı tutarsa, dua edib Məni axtararsa və pis yollarından dönərsə, o vaxt göydən eşidib onların günahını bağışlayacağam və torpaqlarını sağaldacağam” (2 Salnamələr 7:14).
Bizim diyarımızın Allahın şəfasına ehtiyacı var. O, müxtəlif şarlatan və xeyriyyəçilərin tətbiq etdiyi bütün əlaclardan bezib. Bu yaxınlarda bir nəfər qeyd etdi ki, uzun illər davam edən pisliklərdən sonra hələ də mövcud olmağımız möcüzədir. Səbəb sağlamlığımızın və qüvvəmizin dərin və güclü olmasından ibarətdir; bizim yaxşı köklərimiz var idi. Qısa müddət yaşadığım 75.000 nəfərlik bir şəhərdə uzun zaman yaşayan bir xanım qeyd etdi:
On il əvvəl heç kim evlərinin qapılarını kilidləmirdi. İndi həyat yoldaşım qaranlıq düşəndən sonra maşın sürməyimə icazə vermir”.
Biz bu sülhü yenidən nə vaxt tapacağıq? Əlbəttə ki, Müqəddəs Kitab imanına və ilahi qanun və asayiş qayıtmadan bizdə belə olmayacaq. Biz sülh üçün susamışıq, amma mömin bir cəmiyyət yaradan iman olmadan bunu edə bilmərik. “Evi Rəbb tikməzsə, bənnaların zəhməti boşa gedər” (Zəbur 127:1).
“Vaxtında vərilən məsləhət” 3-cü cild, № 34, Chalcedon/ Ross House Books, 2015.
R. C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.
Qeyd
↑1 | ABŞ-ın hərbi gəmisi |
---|