Səfillər kimlərdir? Biz bu sualı verməliyik, çünki Müqəddəs Kitab Vəhy 21:8-də bizə onların kim olduğunu deyir. Siyahıda çox güman ki, bəzi pis obrazları – “iyrənclər”, qatillər, əxlaqsızlar və oraya aid olan digərlərini görəcəksiniz, lakin siyahının başında olan ilk ikisi çox vacibdir. Onlar “qorxaqlar və imansızlar”dır və mahiyyətcə eyni mənanı ifadə edirlər.
Qorxaq olmaq Allahın vədlərindən şübhə etmək və dünyanın vəd və təhdidlərinə Allahın vəd və təhdidlərindən daha çox qiymət vermək deməkdir. Qorxaq olmaq insana və onun gücünə inanmaq, eləcə də, Allaha və Onun qüdrətinə inanmamaq deməkdir.
Biz qorxaq və imansız nəsilik. Biz həmişə lazım olmayan yerdə qorxur, Allah və Onun gücü və Sözünə laqeyd oluruq. Bütün Müqəddəs Yazı bizi Rəbbə inanmağa çağırır. İnanmaq – Amin demək, bütün həyatımızı Allahın Kəlamı uğrunda təhlükəyə atmaq deməkdir. Əgər biz Allaha inanmırıqsa, insana və bu dünyaya inanırıq və bizim həyatımız insan və insan qorxusu ilə idarə olunur.
Hər bir insanın özünə, dövlətə, digər insanlara, nəyəsə imanı var. Əgər insanın imanı Rəbbdən başqasınadırsa, o, Allahın gözündə qorxaq olacaq və Rəbbə inanmadığı üçün insanlardan qorxacaq.
Rəbbdə qorxusuz olmaq, bizdən böyük və güclü insanlar olmağımızı deyil, sadəcə böyük və qüdrətli Allaha inanmağımızı tələb edir. O bizim köməyimiz və sipərimizdir (Məz. 33:20). Buna görə də Allah qorxaqlar üçün heç bir bəhanə gətirməyə izn vermir. Ehtiyatlı olun ki, bəhanə gətirməyəsiniz.
Vaxtında Verilən Məsləhət -dən 1-ci Cild
İngiliscə Mövcuddur: https://chalcedon.edu/resources/articles/fearfulness
R.C. Raşduni (R.J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.