Kanadalı alim və Müqəddəs Kitab üzrə elm adamı Dr. Artur K. Kastans tez-tez ikili mənaya malik olan – “cəzalandırmaq” və “qayğısına qalmaq” ibrani sözü paquadh sözünün diqqətə layiq mənasına istinad edir. Davud: “İnsan kimdir ki, onun haqqında düşünürsən? Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən?” (Zəbur 8:4) deyə soruşanda o, paquadh sözündən istifadə etdi ki, bu da “qayğısını çəkmək” kimi tərcümə olunur. Bu: “İnsan kimdir ki, onun qayğısına qalırsan?” və ya “İnsan kimdir ki, onu cəzalandırırsan?” mənasını verə bilər.
Kastans qeyd etdi: “Çərpələngin uçuşu məhdudlaşdırılmasa, o uçmayacaq. İpini buraxdığınız an uçurulan çərpələng enir. Əks əsən külək də vacibdir. Bütün bu vəziyyətlərdə prinsip eynidir. İrəli hərəkət etmək üçün məhdudiyyət vacibdir. İnsan üçün kamil azadlığın son nəticədə kamil qanuna qüsursuz itaətdən ibarət olduğu tamamilə doğrudur”.
Dövrümüzün problemi odur ki, çoxları bunu görmür və faktiki olaraq yalnız tam azadlığın irəliləyişə gətirib çıxardığına inanırlar. Bir həftə əvvəl balaca bir oğlan yaxınlıqdakı təpədə çərpələng uçurdurdu. İp onun əlindən sürüşdü və o, öz dostuna qışqırdı: “O uzaqlaşır!” Əlbəttə, bunun əvəzinə o, yerə çırpıldı və parçalandı.
Hətta bu erkən yaşında belə, bu oğlan uçurtduğu çərpələngin heç bir məhdudiyyət olmadan uçacağına və parçalanmayacağına inanırdı. Bizim dövrümüz məhdudiyyətlərin olmamasının insanların daha yaxşı uçmasına imkan verəcəyinə dair dərin və əsassız bir imanın əsarəti altındadır. Bir çox gənclər mütəmadi olaraq bu ağılsız imanla məhv edilirlər.
Həvari Paul daha yaxşı bilirdi. O bəyan edir: “Rəbb sevdiyini tərbiyələndirər, qəbul etdiyi hər oğulu döyər”, sonra isə əlavə edir: “Hər kəs üçün ümumi olan tərbiyədən məhrum olsanız, deməli, siz oğul yox, qeyri-qanuni övladsınız” (İbranilərə 12:6, 8). Valideyn övladına məhdudiyyətlər qoyanda və onu cəzalandıranda bu, sevginin və qoruyucu qayğının göstəricisidir və eynisini Allah haqqında da söyləmək olar.
Beləliklə, Allahdan gələn düzəlişlər cəza deyil, əksinə xeyir-duadır. Eyni ilə necə düzgün qayğı, cəza və məhdudiyyət qoymağı bilən mömin valideynləri olanlar, bunun sayəsində daha zəngin və güclü olduğu kimi, biz də Allahdan gələn düzəlişlərindən daha yaxşı olacağıq.
Buraxılmış çərpələng azad uçan çərpələng deyil. O, yerə çırpılır. Allah sevgisindən irəli gələn məhdudiyyətlər həqiqi azadlığımızdır.
“Vaxtında vərilən məsləhət” 3-cü cild, № 51, Chalcedon/ Ross House Books, 2015.
R. C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.