Yeşua 24:15-də, Yeşua İsraili istər Allah olsun, istər də başqası, kimə xidmət edəcəkləri haqqında qərar verməyə çağırır. O, bu sözlərlə başlayır: “Əgər Rəbbə qulluq etmək gözünüzdə pisdirsə, bu gün kimə qulluq edəcəyinizi özünüz seçin.” Biz bunu başqa sözlərlə belə ifadə edə bilərik: “Əgər bütün varlığınızla Allaha xidmət etmək sizin üçün səhv və ya zərərli görünürsə, onda kimə xidmət edəcəyinizi indi seçin.” Başqa cür desək, iki seçim arasında qərarsızlıqdan əl çəkin.
Əsrlər sonra, İlyas da xalqı buna bənzər çağırışla üzləşdirir: “«Nə vaxta qədər iki tərəfə əyiləcəksiniz? Əgər Rəbb Allahdırsa, Ona xidmət edin, yox, Baal Allahdırsa, onda ona xidmət edin». Xalq onun sözünə cavab vermədi” (1 Padşahlar 18:21). Güzəşt ruhu onlarda dərindən kök salmışdı.
Bugün bizdə də seçim etmək istəyi yoxdur. İnsanların özlərini açıq-aydın şəkildə Rəbbə həsr etmək və ya Rəbbə qarşı durmaq istəyi yoxdur. Onlar iki seçim arasında qərarsız olmağı və heç biri üçün məsulliyyət daşımamağı üstün tuturlar.
Tarix boyu bu cür güzəşt ruhu cəmiyyətin ölümünə təkan vermişdir. İnsanlar öz imanlarının arxasında durmaq istəməyəndə, dərhal əhəmiyyətsizlikdə qeyb olurlar və onların yerini daha səyli olanlar tutur.
Biz mənəvi qərarsızlıq deyil, cəsarət və qətiyyətli seçimlər tələb edən bir dövrdə yaşayırıq. Bizim böhranımız da, çağırışda çox realdır: “Bu gün kimə qulluq edəcəyinizi özünüz seçin.”
İngiliscə Mövcuddur: https://chalcedon.edu/resources/articles/the-choice
(Vaxtında Verilən Məsləhət, 3-cü Cilddən götürülmüşdür)
R.C. Raşduni (R.J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.