Bu gün tarix boyu bütün dünyada ən güclü, zərərli və dağıdıcı qüvvələrdən biri olaraq dayanmadan fəaliyyət göstərən paxıllıqdır. Müqəddəs Kitab imanı nöqteyi-nəzərindən, sözsüz ki, bu, günahdır, amma müasir dövrdə özünü xeyirxahlıq cildində göstərir. Dövrümüzdə bərabərliyə təkan verən böyük qüvvə qardaşlıq hissi deyil, hər şeyi tarazlaşdırmağa can atan paxıllıqdır. Eləcə də, paxıllıq çox vaxt sosial ədalətə maraqlı cildinə girir və nifrət, inqilab və qətllər təbliğ edərək müqəddəs xarakter olmaq iddiasındadır.
Paxıllıq nüfuza qarşı çıxır, lakin müasir dövrdə hər bir inqilab yeni elitarlığa təkan vermiş və onun sıxışdırıb çıxartdığı quruluşlardan daha sabit, möhkəm və sosial təbəqə anlayışlı ictimai quruluş yaratmışdır. Paxıllıq bərabərlik, ədalət və demokratiyanı artırdığına iddia edir, halbuki, əslində həmin üç şeyi dağıtmağa çalışır. Paxıllıq prinsiplərdən deyil, problemlərdən faydalanır. Dünya günahlı və pozulmuş bir quruluşdur, ən yaxşı cəmiyyətlər düzəlməyə ehtiyacı olan açıq-aşkar çatışmazlıqlara malikdir. Paxıllıq isə qaydalardan qaçaraq bu çatışmazlıqlardan faydalanır. Paxıllıq düzəltmir, o dağıdır.
Paxıllıq günah olduğuna görə o, yaxşılığa və mənliyə qarşı mübarizə aparır. Məsələn, orta təbəqə, həkimlər, texniklər, mətbuat, din xadimləri və sairlərinin zəifliklərindən faydalanaraq, əslində onların mənliyini və gücünü boğmağa və məhv etməyə can atır. Əslində o: “Qoy heç kim məndən yaxşı olmasın” deyir. (Bir neçə il bundan əvvəl, hələ cavan ikən mən bir imanlı cəmiyyətində şər bir ailənin pis xasiyyətli pastoru dəstəklədiyini görmüşdüm. Bir hadisə nəticəsində öyrəndim ki, onu günahlarına görə sevmişdilər, çünki bu onlara “bəraət vermişdi.” Halbuki hər bir mömin insan onlar tərəfindən ləkələnib və bəyənilməyib.) Paxılların ürəklərində yazılmamış qanun odur ki, “Qoy heç kim məndən yaxşı olmasın.”
Paxıllıq şər olduğuna görə, o, xeyirxahlığı bəyənmir və buna görə də, ictimai baxımdan çox dağıdıcıdır. Bu, imanlı cəmiyyətini, dövləti və ictimaiyyəti ən xırda ümumi məxrəcə gətirib çıxarır. Afina dövlət xadimi və generalı Aristid Ədalətli (b.e.ə. 468-ci il) şəhərdən qismən ona görə də qovulmuşdu ki, onun «Ədalətli» adlandırıldığını eşidəndə insanların çoxu acıqlanmışdı. O zaman olduğu kimi indi də adamların əksəriyyəti yaxşı və vicdanlı insan əvəzinə rüşvətxor siyasətçini üstün tuturlar: onlar üstünlüyü və mükəmməlliyi bəyənmirlər.
Bir çox sahələrdə və çox şeylərlə əlaqədə paxıllığın rolunu daha ətraflı şərh etmək olardı, lakin indi bizim dərdimiz paxıllığın əsas sahəsi: sərvət və varislik ilə əlaqədardır. Adətən deyirlər ki, biz çox materialist bir dövrdə yaşayırıq; Pitrim Sorokin onu həmçinin maddi mədəniyyət adlandırmışdı. Sərvət, və ya ən azından, onun təzahürünə istək adi bir haldır. Mebel, avtomobillər və paltar kimi müxtəlif şeylər uzun ömürlü olmasından daha çox qayğısız və fərz edilən müvafiq surətin yaradılmasında faydasına görə satılır.
Bu maddi sərvət istəyi ilə birlikdə varlılara qarşı nifrət yaranır. Bunun altında yatan gizli fərziyyə isə budur ki: əgər biz varlı ola bilmiriksə, qoy heç kim varlı olmasın. Buna görə də, üsyankar istək sərvəti məhv etməkdən, sonra da onu hamı üçün yenidən yaratmağa cəhd etməkdən ibarət xəyali ümiddir. Nəticə isə əvəzində öz hakimiyyət və nüfuzunun heç bir insan tərəfindən üstələnməsinə imkan verməyən zəngin ictimai planlayıcılar qrupunun yaranmasıdır.
Eyni zamanda varislərə qarşı güclü paxıllıq və nifrət müşahidə olunur. Kimsə var-dövlət varisi olmağa necə cəsarət edə bilər! Mən uzun illərlə professorlardan, tələbələrdən və çox sayda müxtəlif insanlardan varisliyə qarşı ifadə olunmuş radikal düşmənçilik eşitmişəm. Əmlak və miras vergilərimiz bu nifrət haqqında şəhadət edir və bu gün də vərəsələrin idarəolunmaz paxıllıqları dulların və yetimlərin qarət edilməsini dövlət siyasəti məsələsinə çevirmişdir. Atanın əmlakı məhdud və yalnız inflyasiya baxımından əhəmiyyətli hesab olunsa da, paxıllıq getdikcə yalnız ən yüksək iqtisadi təbəqədə deyil, orta və aşağı təbəqədə də hiss olunur. Gəlir vergisi də paxıllığın nəticəsidir.
İmanlı cəmiyyəti üzvlərinin çoxu bu paxıllıq dünyasının təsiri altındadır və bunu Müjdə kimi təbliğ edirlər. “Varlı” sözü (məndən varlı mənasını verən) çoxları üçün ən son təhqirdir. Bizim Chalcedon[1]Məsihçi təhsil təşkilatı fondunun məktub alanlar siyahısından olan dostlarımız bunu bəzi nümunələrini nümayiş etdirirlər. Bir xidmətçi kahin dedi ki, bir insan üçün il ərzində 20.000 dollardan artıq gəlirə malik olmaq əxlaqsızlıqdır; bir neçə yüz kilometr uzaqlıqda olan digəri isə dedi ki, 40.000 dollardan artıq illik gəlirin olması qeyri-məsihçilik və günahdır. (Onların öz maaşlarının nə qədər olduğunu təxmin etmək üçün güclü təxəyyül tələb olunmur!)
Əgər yaxşı gəlir günahdırsa, bu adamların gözündə miras ondan da pisdir! Bizə deyirlər ki, varis özünün qazanmadığı pulları alır və ona görə də buna layiq deyil. Belə pullar varislərdən alınmalı və “ehtiyacı olanlara” verilməlidir. Əslində varlılardan pulun alınması, onun ehtiyacı olanlara deyil, daha zəngin dövlətə verilməsi deməkdir. Bundan savayı, əgər pulu qazanmaması varisin problemidirsə, onda nə üçün heç biri qazanmadığı təqdirdə bu pulları dövlətə və ya ehtiyacı olanlara vermək münasibdir? Hər bir paxıllıqda və onun sosial proqramlarında ikili standartımız var.
Yeganə və çox vacib bir məqamla razılaşmalı və razılaşmaqda israr etməliyik ki, varisin pulları qazanılmamış pullardır. Bunun teoloji baxımdan vacib bir məqam olduğunu görəcəyik. Lakin bu fakta keçməzdən əvvəl gəlin, mühüm bir fərqi vurğulamaq üçün ayaq saxlayaq. Qazanılmamış sərvət və haqsızcasına əldə edilmiş sərvət arasında çox böyük bir fərq var. Mənim atam yoxsul pastor idi və ondan mənə pul qalmadı, lakin o mənə bəzi kitabları qoydu (mənim üçün sərvətin vacib bir forması budur). Mənim 25-30.000 kitabdan ibarət şəxsi kitabxanam var ki, bu kitabların çoxu mənə öz atamdan və iki başqa pastordan miras qalıb (və bir çoxunu özüm almışam). Mən bu kitablardan çoxunu qazanmamışam (çoxunu qazandığıma baxmayaraq). Mən haqsız olaraq qazanılmamış kitabların sahibkarıyam? Bu kitablar mənə məhəbbət və lütf olaraq hədiyyə edilmişdi və mən xoşbəxtəm və şükür edirəm ki, onların indiki sahibiyəm. Mənim kitablarım mənim üçün, eləcə də, onları öz tədqiqatları üçün istifadə edən dostlarım və həmkarlarım üçün sərvət formasıdır. Amma əgər mənim kitabxanamda oğurlanmış hansısa kitablar olsaydı, bu, sərvətin qanunsuz forması olardı. Qanuni və qeyri-qanuni sərvət arasındakı fərq qaranlıq qalmamalıdır.
İndi biz əsas məsələ – sərvətin irsən keçən, zəhmətlə qazanılmamış təbiəti məsələsinə qayıda bilərik. Məsihin əleyhdarı olan müasir dünya varisliyə qarşı çox ədavətlidir, halbuki məsihçi bunu öz imanının əsası hesab etməlidir. Burada geniş teoloji mənalar var. Bunun tam mərkəzində lütf haqqında təlim durur.
“Hüquqlar” dili eyni zamanda çox vaxt insan hüquqları naminə tarixin ən öldürücü dövrü olan bizim humanist əsrimizin əsasını təşkil edir. Müasir insan çox şeylərə hüququ olduğunu güman edir və hər onilliklə hüquqlar kataloqu və hüquqlar naminə zülm və totalitarizmin miqyası da böyüyür.
Lakin ilahiyyat baxımından, insan Allah qarşısında heç bir hüquqa malik deyil. Malik olduğu hər nə varsa, bu lütfdən, ali lütfdən irəli gəlir. Həm insan, həm də onun aləmi Üçvahidlikdə olan Allahın əsəridir. Heç bir insan boş dünyada doğulmur; biz hamımız tariximizin varisləri kimi doğulmuşuq və əcdadlarımızın sərvətini və viranəliklərini irs almışıq. Biz Allahın lütfünə və ilahi müdaxiləsinə görə olanlarıq. Həvari Paul əsas bir ayədə: “Axı səni kim başqalarından fərqləndirir? Səndə nə var ki, onu Allahdan almamısan? Əgər Allahdan almısansa, nə üçün özündə olan kimi öyünürsən?” (1 Kor.4:7) deyərək insanın iddiasını sarsıdır.
Müqəddəs Peter deyir ki, həyat özü lütfdür, Allahın hədiyyəsidir (1 Pet.3:7). Biz nə həyatın müəllifləri, nə də onun şərtlərini müəyyən edənlərik. Həyat lütfdür, Allahdan olan hədiyyədir və hamımız istər yaxşı, istərsə də pisin varisləriyik. Bizim mirasımıza günahın ucbatından çox vaxt zərər dəyir, amma buna baxmayaraq, biz istər satın alınaq, istər alınmayaq varislərik. Əgər Allahın lütfünü və niyyətlərini qəbul etməsək, yaxud Onun hökmranlığı qarşısında səcdə etməsək, onda biz mühakimə olunacaq və irsdən məhrum ediləcəyik.
Amma əgər satın alınmışıqsa, bizə dəfələrlə deyilir ki, (Rom. 8:17; Qal. 3:29, 4:7; Ef. 3:6; İbr. 6:7; Yaq. 2:5 və s.) Allahın Padşahlığının varisləriyik, təsdiqlənmiş varislərik, Məsihlə birlikdə varislərik.
Müqəddəs Kitab lütf və irs həqiqətini qəbul etməyimizi tələb edir. Onlar xilas haqqındakı təlim, eləcə də Müqəddəs Kitaba uyğun həyat tərzi üçün çox vacibdir. Olduğumuz, aldığımız və varlığımız bizə məxsus deyil (1 Kor. 6:19). Heç bir səbəbdən, nə başqa bir insanla, nə də xüsusilə özümüzlə, “Eləcə qoy heç kim insanlarla öyünməsin” (1 Kor. 3:21). Biz sadəcə Rəbb tərəfindən yaradılmamışıq, həmçinin Məsihin qanı bahasına geri qaytarılmış və satın alınmışıq (1 Kor. 6:20).
Paxıl bu gün bütün bunları görmək istəmir. Dünya onun üçün təsadüf məhsuludur və bu təsadüflər padşahlığında insan mübarizə etdi, döyüşdü, sağ qaldı və özünü inkişaf etdirdi. O elə bir yerə çatıb ki, indi gələcək inkişafını özü şüurlu şəkildə idarə edə və yönəldə bilər. Bu bizim bütün tarix boyu malik olduğumuz ən radikal əsərlər doktrinasıdır. Daxil olan əsərlər “Dişləri və caynağı qırmızı”dır. İnsan hesab edir ki, arzuolunmaz və potensial qüsurlu doğulmamış uşaqları abort etmək daxil olmaqla kiçik formaları dağıdaraq inkişaf edir.
Bu paxıl humanist insan öz sosial inkişaf və ədalət anlayışını təşviq etmək üçün doğulanlara da, xüsusilə də, varislərə vurduğu zərbələrdə özünü haqlı hesab edir. Allah ilə müharibə vəziyyətində olduğuna görə bu humanist insan ilahiyyatdan ictimaiyyətə qədər bütün sahələrdə lütf və varisliyi qəti şəkildə rədd edir. Onu sadəcə rədd etmir: onunla mübarizə aparır və bu, tam bir müharibədir.
Bəzi alimlər yazırlar ki, Sosial Darvinizm keçmişdə qalıb. Onların işləri sadəcə dələduzluqdur. Keçmişdə qalan Karneqi dövrü və kateqoriyasından olan insanlarının Sosial Darvinizmi, yəni nüfuzlu və əsasən öz məqsədləri naminə dövlətin manipulyasiya olunmasına inanan qeyri-məsihçi və ya Məsih əleyhdarları sənayeçilərinin Darvinizmidir. Onların əvəzində Sosial Darvinizm və müasir demokratiyalar, onların cildini dəyişmiş, lakin yenə də real olan forması durur. Xeyirxahlıq pərdəsi arxasında müasir dövlət hamıya, xidmət üçün yararsız hesab etdiklərinə hüquqi gilyotinitətbiq edir.
Belə vəziyyətdə məsihçilərin lütf və varislik haqqındakı Müqəddəs Kitab təlimini yenidən bərpa etmələri əvvəl olduğundan daha vacibdir. Lütf aləmində biz hamımız varislərik: biz hansısa bir iş görmədən qazanılmamış sərvəti almışıq. Varislik əsas məsələ olan idarəetməni bizim üzərimizə qoyur. Allahın Qanunu lütf varisləri üçün bizə idarə etmənin nümunəsini göstərir. Rəbbimiz bütün bunları bu dörd sözdə cəmləşdirir: “Müftə aldınız, müftə verin” (Mat.10:8).
Bu əmr şagirdlərə və bizə verilmişdi. Bu, insanın fikrincə istər zənginə, istərsə də yoxsula, hamıya aiddir. Bu gün biz sərbəst və ya səxavətlə vermək vəzifəsinin varlılara aid olduğunu və almaq vəzifəsinin də yerdə qalanlarımıza aid olduğunu düşünməyə çox meyl edirik! Əslində paxıllıq edilənlərin verməsini tələb etdiyinə və paxıllıq edənin ona verilənin ya alınması, ya da onun təfərrüatlarına nəzarəti əsasdır. Biz özlərini zəruri alanlar hesab edən çox müxtəlif adamlar görmüşük. Müxtəlif azsaylı qruplar inanırlar ki, onların hədiyyələrə haqqı var. Eyni şeyi yaşlı adamlar da edir və dövlət məktəblərinin heyəti ilə birlikdə onlar bizim ən güclü siyasi lobbimizi təşkil edirlər. Əlbəttə, sənaye, kənd təsərrüfatı və işçi qüvvələrinin hamısı maddi yardım və ya hədiyyə güdürlər. Paxıllıq məcburiyyət dünyasına gətirib çıxarır.
Amma Müqəddəs Kitab deyir ki, insanların hamısı həyat lütfündən başlayır. Satın alınmışlar lütfü ikiqat alanlardır və onlar Məsihdə hər şeyin seçilmiş varisləridirlər. Onlar müftə aldılar və müftə də verməlidirlər.
Beləliklə, məsihçi mövqeyi varislik və lütf üzərində qurulub. Biz müftə aldığımızı və Rəbbin Allahın qanuni sözünə uyğun olaraq hər şeyin yenidən qurulması üçün işləməyimizi tələb etdiyini dərk etməliyik. Həmin yenidən qurulma buna həyatımızı, vaxtımızı, fikrimizi, səyimizi və pulumuzu sərf etməyi tələb edir. Yaqub bizim haqqımızda varislər (Yaq. 2:5) və Padşah Məsihlə müştərək varislər, lütf şahzadələri kimi danışanda, o bizi padşahlıq qanununu yerinə yetirməyə və ya onu icra etməyə çağırır: “qonşunu özün kimi sev” (Yaq. 2:8).
Bizə deyilib: “Unutmayın ki, bu sərvəti qazanmaq qabiliyyətini sizə verən Allahınız Rəbdir” (Qan. Tək. 8:18). Bizə deyilib: “mütləq öz ölkənizdəki kasıb və möhtac soydaşınıza qarşı əliaçıq olun” (Qan. Tək. 15:11).
Paxıllıq ayırıcı və dağıdıcıdır. O, münaqişə və nifrət dünyası yaradır. Zənginlərə qarşı nifrət, eynilə yoxsullara olan nifrət kimi günahdır. Allah bizə qonşumuzu sevmək əmrini verəndə zəngin və ya kasıb, qara və ya ağ olduğu təqdirdə bizi onu sevməkdən azad edən heç bir şərt verilməmişdir. Biz onu icra etməli, yəni nikahının, həyatının, şəxsi əmlakının və nüfuzunun müqəddəsliyinə, sözdə, düşüncədə və əməldə hörmət edərək ona münasibətdə əmri yerinə yetirməli (Rom. 13:8-10) və onu Allah tərəfindən verilmiş qonşumuz kimi görməliyik.
Həqiqətən də bəzi qonşular problemli olacaq, bunda heç bir şübhə yoxdur! Amma yadımızda saxlamalıyıq ki, bu lütf və varislik dünyasında çox vaxt irs aldığımız şeylər arasında problemlər olur. Onları Allah bizim şikayət etməyimiz üçün deyil, Onun lütfü və qanuni sözü ilə öhdəsindən gəlməyimiz üçün təyin etmişdir. Biz onları Romalılara 8:28-dəki kimi, həqiqətən, hər şeyin birlikdə Allahı sevənlərin, Onun məqsədinə görə çağırılanların xeyrinə işlədiyinə əminliklə qarşılamalıyıq. Amma Allah tərəfindən çağırılan olmaq Onun çağırışını yerinə yetirməyimiz deməkdir.
Əgər hər şey lütfdəndirsə, paxıllığa yer yoxdur. Biz lütfü qəbul etməklə varislər olmuşuq ki, Allahın sadiq xalqı və üzvü olmaq üçün aldıqlarımızdan başqalarına verə bilək.
Gəlin paxıllıq dünyasını lütf və varisliyin zənginliyinə görə tərk edək.
Yenidənqurmanın Kökləri, səh. 129; Chalcedon Position Paper No. 27 götürülmüşdür
İngilis dilində mövcuddur: https://chalcedon.edu/resources/articles/wealth-and-heirship
R. C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya[2]teonomiya – teos (allah) və nomos (qanun) sözündən götürülərək, cəmiyyətin ilahi qanun tərəfindən idarə edildiyi ehtimal olunan Məsihçi təlimidir. hərəkatına başladı. Buna görə, o, Allahın Qanununu, mədəniyyət tənəzzülünə müasir məsihçinin cavab reaksiyasının əsası olaraq gördü, bunu kilsənin Allahın qanununun Onun lütfünə qarşı çıxdığı ilə bağlı səhv dünyagörüşü ilə əlaqələndirdi. Bu ətraflı məsihçi cavabını o, “Məsihçi Yenidənqurması” olaraq xarakterizə etdi. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir. O, həmçinin mühazirələr oxuyaraq və dini etiqad azadlığı ilə bağlı çoxsaylı məhkəmə işlərində ekspert şahidi kimi xidmət edərək çox səyahətlər etmişdir. Bu gün də davam edən bir çox xidmət və təhsil səyləri öz fəlsəfi və Müqəddəs Kitaba əsaslanan köklərini Onun mühazirələrindən və kitablarından götürmüşdür.