Levililərə şəhrindəki çox təsirli bir parçada R.K. Harrison belə yazır: “İtaət həm Əhdi-Ətiqin, həm də Əhdi-Cədidin məğzidir və bu, məhəbbətdən daha çox Allahın Öz ardıcılları üçün əsas tələbidir. Məsihçi hər düşüncəni Məsihə itaətə yönəltməyə (2 Korinflilərə 10:5) və itaəti müqəddəs bir insanın əlamətlərindən biri kimi nəzərdən keçirməyə çağırılıb (1 Peter 1:2)”. Bu kimi şərhlərə görə Harrisonun araşdırmalarının nə üçün bu qədər məşhur olduğunu görmək asandır.
Əlbəttə, Rəbbimiz də bunu vurğulayır: “Əgər Məni sevirsinizsə, əmrlərimə riayət edəcəksiniz” (Yəhya 14:15). Məhəbbətin sınanması Allahın Kəlamına itaət etməkdən ibarətdir.
İtaət hərəkət tələb edir və buna görə də çox vaxt qeyri-populyardır. Heç bir şey etməyən və ya itaət etməyən itaətkar deyil. Digər tərəfdən, zəmanəmiz sevgini hisslərə və həssaslığa çevirdi və çox vaxt onu əməldən ayırdı. Təxminən yüz il əvvəl Ernest Dauson olduqca təsirli bir şeir yazmışdı. “Küləklə sovrulanlar” romanı öz adını Dausonun cinsi xəyanət haqqında yazdığı şeirdən götürmüşdür. Dausonun şeirdəki fikri bundan ibarət idi ki, yanılmalarına baxmayaraq, “Mən öz tərzimdə sənə sadiq idim, Sinara!” Dauson, Sinaraya sadiq olduğunu sübut etməyə çalışdı, çünki yataqda digər qadınlarla olanda da onu düşünürdü. Əgər Sinara bu cəfəngiyyata aldanmışdısa, Dausonun bu hərəkətlərinə layiq idi.
Rəbbimiz sevgini bu qədər qeyri-sağlam və pis bir şəkildə təyin etmək hüququmuzu inkar edir: “Əgər Məni sevirsinizsə, əmrlərimə riayət edin”. Məhəbbət itaətdir, itaətsizlik isə məhəbbət deyil, amma nifrətdir. Bax buna görə Müqəddəs Kitab üçün itaət bu qədər vacibdir: bu göstərir ki, biz lütf xalqıyıq və Öz Rəbbimizi sevirik.
“Vaxtında vərilən məsləhət” 3-cü cild, № 57, Chalcedon/ Ross House Books, 2015.
R. C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.