Çarlz Körtis bir dəfə məhkəmələrin dilini müzakirə edərkən qeyd etdi: “Hüquqi cəhətdən şərh etmə sözlərin mənasına deyil, yalnız onların sərhədlərinə aiddir”. Başqa sözlərlə desək, hal-hazırda məhkəmələr qanunun adi mənası ilə deyil, ona nə qədər əlavə məna verə bilmək və sərhədlərin nə qədər genişləndirilə bilməsi ilə məşğuldur.
Qanunun bu şəkildə sui-istifadə edilməsinin kökləri yüzilliklərə gedir və Müqəddəs Kitabın sui-istifadəsindən qaynaqlanır. Əhdi-Ətiq dövründə və Əhdi-Cədid zamanda olan ilahiyyatçılar və qanunşünaslar, eləcə də, əsrlər boyu cəmiyyət xadimləri özlərinə uyğunlaşdırmaq üçün Müqəddəs Yazıların sadə mənasını təhrif etmişlər. Beləliklə, Müqəddəs Kitabın tam əksinə, çoxları bu gün Müqəddəs Kitabın abort və homoseksuallığı dəstəklədiyini və ölüm hökmünə qarşı olduğunu iddia edər! Bu azğınlıqda insanların nə qədər dərinə getdiyi barədə sizdə təsəvvür yaratmaq üçün bir misal gətirəcəm. Bir dəfə iddia edilirdi ki, Çıxış 20:17-də onuncu əmrin “Heç kimin arvadına[1]İngilis dili tərcümələrində “qonşunun arvadına” tamah salma” dediyinə görə, əgər o, qonşunun arvadı deyil, yad bir adamın arvadıdırsa, zina deyil!
İnsanlar Allahın Kəlamına qarşı bu qədər qəddar yanaşırlarsa, mülki qanunlarda sözlərin adi mənasına nifrətlə yanaşmaları təəccüb doğuracaqmı? Əgər Allahın Kəlamına ehtiram olunmursa, onda bəşər sözünə niyə hörmət edilməlidir?
Siz qanuna və cəmiyyətə mənanı yenidən qaytarmaq istəyirsinizmi? Onda Allahın ağzından çıxan hər kəlməyə iman və itaət etməklə başlayın (Matta 4:4).
Allah dediyi hər bir kəlməsinin arxasında dayanır. Bütün sözlərin mənasını təhrif etmədən Onun sözlərinə diqqətsiz yanaşa bilmərik. Allahın Kəlamına diqqətsiz yanaşma həyatın bütün sahələrində mənanın və həqiqətin itkisi deməkdir. Həyatın və ünsiyyətin bütün təməlləri dağıdılmış olur.
İlk növbədə Allahın hər bir sözünün mənasına hörmət etmədən dünyamıza və cəmiyyətimizə məna qaytara bilmərik. Rəbbi dinləyin, Onun hər bir sözünə inanın və itaət edin!
“Vaxtında vərilən məsləhət” 3-cü cild, № 11, Chalcedon/ Ross House Books, 2015.
R.C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.
Qeyd
↑1 | İngilis dili tərcümələrində “qonşunun arvadına” |
---|