Bu günlərdə əmlak və vergiqoymaya dair Müqəddəs Kitab təlimi haqqında çox az danışılır və bunun səbəbi var: biz Müqəddəs Kitaba əsaslanan həyat tərzindən kifayət qədər uzaqlaşmışıq.
Müqəddəs Kitabda əmlak vergisi yox idi. H. B. Rand “İlahi Qanun Toplusu” kitabında qeyd etdiyi kimi “Torpağa heç bir vergi tətbiq olunmadığına görə Rəbbin Qanunu altında insanları öz miraslarından məhrum etmək mümkün deyildi. İnsanın şəxsi öhdəliklərindən asılı olmayaraq o, torpağından əbədi olaraq məhrum olmaqla ailəsini irs olaraq almaya bilməzdi.”[1]Howard B. Rand, Digest of the Divine Law (Merrimac, MA: Destiny, 1943).
Müqəddəs Kitab təkrar-təkrar deyir: “Yer Rəbbindir” (Çıx. 9:29; Qan. Tək. 10:14; Zəb. 24:1; 1 Kor. 10:26 və s.) və yalnız Allah onun üçün vergi tələb edə bilər. Onda bir yer üzündən istifadəyə görə Allahın təyin etdiyi vergidir; bu, Allaha hədiyyə deyil, tələb olunan vergidir və yalnız onda birdən artıq verilən Allaha hədiyyədir. Bu cür hədiyyələr “könüllü təqdimlər” (Qan. Tək. 16:10-11; Çıx. 36:7; Lev. 22:21 və s.) adlanır, çünki onlar insanın azad iradəsindən asılıdır, halbuki onda bir tələb olunur.
Dövlətin mülki hökuməti torpağa vergi təyin edə bilməz, çünki torpaq dövlətin deyil, Tanrının mülküdür və heç bir dövlətin Allahın mülkünə vergi qoymağa hüququ yoxdur. Mülki hökumətin dəstəyi vergi artımı vasitəsilə, yəni istehsal vergisi hesabına həyata keçirilirdi.
H. B. Klark, Müqəddəs Kitab Qanununda qeyd etdi ki, mülki hökümət özünə dəstək üçün Allahın onda biri qədər tələb etdiyi zaman Şamuel bunun zülmün və pisliyin əlaməti olduğunu bəyan etdi.[2]H. B. Clark, Biblical Law, no. 128, second edition. (Portland, OR: Binfords and Mort, 1944). Şamuel zalım haqqında belə dedi: “Taxıllarınızın və üzümlüklərinizin məhsullarından onda birini alıb xadimlərinə və əyanlarına verəcək… Sürülərinizin onda birini özünə götürəcək və siz onun qulu olacaqsınız” (1 Şam. 8:15, 17). Bu gün mülki hökumət qazancımızın onda bir hissəsindən çoxunu götürür: təxminən 45 faiz!
Bu Müqəddəs Kitab qanunlarına əsasən öz müstəmləkələrini quran məsihçilər Amerikada məskunlaşdı: onlar adamların azadlıqlarını qorumaq üçün əmlakı vergidən azad etdilər. 1774-cü ildə keçirilən ilk iclasda Kontinental Konqres Parlamentin daşınmaz əmlaka vergi qoymasına qarşı çıxdılar. Gottfrid Dietz bəyan etdiyi kimi, “Mülkiyyətə gəldikdə, nümayəndələr hesab edirdilər ki, o, müsadirədən və vergidən azad olmalıdır.”
Mülk vergisi ideyası çox yavaş-yavaş gəldi və belə bir vergi ilk növbədə Yeni İngiltərədə meydana çıxdı. Köhnə Müqəddəs Kitab standartı deizm[3]deizm: Tanrı dünyanı yaratdı, lakin sonra uzaq durdu və tarixin gedişatında iştirak etmədi., unitarianizm[4]Unitarizm: Məsihin ilahiliyini inkar edən və bütün insanların (universalizm) xilas olacağını gözləyən birlik və Amerika tarixinin erkən dövründə xristianlığın bir qolu. və ateizmin yayılmasına yol açdı. Bu cür imansızlar dövləti insanın xilaskarı kimi görürdülər və ona görə də, dövlətin əlinə daha çox gücün verilməsini üstün tuturdular.
Mülk vergisinə qarşı bir çox sahələrdə, xüsusən də, Vətəndaş Müharibəsindən sonrakı “Yenidənqurma”nın köhnə qaydanı dağıtmaq üçün silaha çevirdiyi Cənubda müqavimət göstərildi.
Bu gün Müqəddəs üçlük olan Tanrının Rəbbliyi inkar olunur; onda birlərə laqeyd yanaşılır; dövlətçiliyin gücü artır və vergi insanları əmlakları üçün icarə haqqı ödəməyə məcbur edir. Əmlak Allah tərəfindən insanlara azadlıq yaratmaq üçün təyin edilmişdir; indi o insandan alınır və azadlıq yoxa çıxır.
Əgər insanlar Allahın ali gücünü qəbul edə bilsələr, Allahın onda bir hissəsini həqiqi məsihçilik məsələlərinə yönəltsələr və sonra da torpaqlarını vergi zülmündən azad etməyə çalışsalar, azadlığın böyük dirçəlişi baş verər. Bu işləməyə bir səbəbdir. Özünüzdən başlayın.
İlk dəfə Kaliforniya Fermer jurnalının 227:6 sayında nəşr olunmuşdur: (16 sentyabr 1967), 30.
İngilis dilində: https://chalcedon.edu/resources/articles/god-and-taxes
R.C. Raşduni (R.J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.
Qeyd
↑1 | Howard B. Rand, Digest of the Divine Law (Merrimac, MA: Destiny, 1943). |
---|---|
↑2 | H. B. Clark, Biblical Law, no. 128, second edition. (Portland, OR: Binfords and Mort, 1944). |
↑3 | deizm: Tanrı dünyanı yaratdı, lakin sonra uzaq durdu və tarixin gedişatında iştirak etmədi. |
↑4 | Unitarizm: Məsihin ilahiliyini inkar edən və bütün insanların (universalizm) xilas olacağını gözləyən birlik və Amerika tarixinin erkən dövründə xristianlığın bir qolu. |