Sözlər öz mənasını dəyişir və çox vaxt bu dəyişiklik yaxşılığa doğru deyil. Belə sözlərdən biri “təhlükə[1]İng. danger”dir. İndi bu, bizim üçün problem və ya potensial fəlakətlərlə qarşılaşmaq imkanı deməkdir. Sözün özü Latınca “dominium“dan irəli gəlir, bunun mənası isə “hökmranlıq” və ya “güc”dür. Təhlükə özünün ilkin orijinal mənasında “ağa tərəfindən idarə olunmaq” və ya Rəbb Allahdan başqa kiminsə səlahiyyəti altında olmaq deməkdir.
Beləliklə, onun ilkin mənası baxımından biz borclu olanda, dövlət bizim üzərimizdə çox böyük səlahiyyətə malik olanda, yaxud kimsə bizim üzərimizdə Müqəddəs Yazıların icazəsi hüdudlarından kənara çıxan hansısa bir iddiaya və ya səlahiyyətə malik olanda, təhlükə altındayıq. Bu, o deməkdir ki, biz Vergilər Nazirliyinə, federal və ştat bürokratiyalarına və bir çox başqa səbəblərdən təhlükədəyik. Bu təhlükə onun ilkin mənasıdır.
Yeşaya 26:13-da “Ey Allahımız Rəbb, Səndən savayı başqa ağalar üzərimizdə hökm sürürdü, lakin biz yalnız Sənin adını tanıyırıq” deyə bəyan edəndə bu barədə söyləyir.
Biz yalnız Allahın və Allahdan qorxan səlahiyyətlilərin hakimiyyəti altında olduğumuz zaman təhlükədən kənarda oluruq. O zaman yeganə həqiqi Ağamızın əlindəyik və təhlükəsizlikdəyik. Rəbb İsa Məsihə tabe olmayan hər bir hakimiyyət və səlahiyyət, təhlükə deməkdir, təhlükə isə ölümə və məhvə aparır.
“Baal” sözü ağa və ya hökmdar deməkdir. Baal insanın tabe olduğu istənilən allahsız bir ağa və ya hökmdar idi. Allah aydınlıq gətirir ki, Baala bütün ibadətlər təhlükə və mühakimə gətirir. Cəmiyyətimiz bu gün Baala səcdə edir, çünki onun Rəbb İsa Məsihdən başqa digər tanrı və hökmdarları vardır. Ona görə də, bu, yalançı ağaların idarə etdiyi təhlükəli dünyadır.
Siz təhlükədəsinizmi?
“Vaxtında vərilən məsləhət” 3-cü cild, № 20, Chalcedon/ Ross House Books, 2015.
R. C. Raşduni (R. J. Rushdoony) (1916-2001), aparıcı ilahiyyatçı, kilsə/dövlət mütəxəssisi və Müqəddəs Kitab qanunlarının cəmiyyətə tətbiqi ilə bağlı çoxsaylı əsərlərin müəllifi olmuşdur. 1965-ci ildə “Chalcedon” fondunun əsasını qoymuşdur. Onun Müqəddəs Kitab Qanununun Əsasları (1973), Müqəddəs Qanunun etibarlılığını Allahın hamı üçün itaət standartı kimi qəbul edən müasir teonomiya hərəkatına başladı. O, müasir məsihçi məktəbini və 20-ci əsrin ortalarından sonlarınadək evdə təhsil hərəkatlarını təşviq edən hesab edilir.
Qeyd
↑1 | İng. danger |
---|