Mənim atam, R.C. Raşduni tez-tez qeyd edərdi ki, “mədəniyyət dinin təcəssümüdür”; o, dini imanın təzahürüdür. Bununla əlaqədar biz həmçinin qeyd edə bilərik ki, təhsil – mədəniyyətin dini imanı nöqteyi-nəzərindən bir təlimdir. Yalnız həqiqət baxımından deyil, həqiqətin bəlli olması barədə fərziyyələr (iman) baxımından təhsil. Təhsil faktlar və ya məlumatlar barədə deyil və heç vaxt belə olmayıb; o, düşüncə tərzi, anlayış və məlumatların şərhinə yönəlmədən ibarətdir. Təhsil müəllimin dini inancı vasitəsilə diktə edilir. Dəyişən iman mənanı dəyişir və sinifdə yeni bir təhsil ehkamı yaradır.
Azadlıq və Təhsil
Qərb təhsilinin çox hissəsi “liberal elmlər”[1]liberal elmlər – 3 sahəni əhatə edir: təbiət elmləri, incəsənət və humanitar elmlər. tədris planı üzərində cəmləşir. “Liberal” sözü “azad” sözünün sinonimidir. Beləliklə, “liberal elmlər” azadlıq ilə əlaqədar sahələrdir. Belə bir tədris planı yalnız azadlığın mənasının müəyyənləşdirilməsini deyil, lakin həmçinin azadlığın nə üçün dəyərli bir məqsəd olduğuna dair daha əsaslı dini anlayış tələb edir. Beləliklə, liberal elmlər təhsili dini bir dünya və həyat baxışı tələb edir.
Azadlıq, demək olar ki, qədim dünyada məlum deyildi. Yunanlar (və onları təqlid edən Romalılar) üçün, təhsilin məqsədi azadlıq deyil, lakin dövlətin ehtiyaclarına xidmət etmək idi. Fərdi hüquqlar və ehtiyaclar dövlətin hüquq və ehtiyaclarına tabe idi. Afinanın sözdə “demokratiyasının” “hüquqları”, əslində, onun oliqarxlarının imtiyazları idi. Hətta Həvari Paulun Roma vətəndaşlığı belə onun iki il ittiham olmadan həbs olunmasının qarşısını almadı və nəticədə dövlətə narahatlıq gətirdiyi üçün başı kəsildi.
Məsihçilik Roma iddialarına qarşı çıxdı, lakin itaətsizliklə deyil. Məsihçilər, sadəcə Məsihin Sezar üzərində Hökmdarlığını qəbul etdilər. Onlar hətta Romadan «Xoş xəbər» terminini mənimsəmişdilər. Roma bu termindən imperatorun hakimiyyətə məsih sayağı gəlişini təsvir etmək üçün istifadə etmişdir. Beləliklə, Xoş xəbər, sadəcə, yaxşı xəbər deyildi; bu, qanuni Rəbb və Xilaskarın Öz Padşahlığına gəlməsi haqda yaxşı xəbər idi. Erkən məsihçilər, sadəcə: «Sezar – ağadır» deyə bəyan edərək əhv olunmaq əvəzinə, ölümə getdilər.
Məsihçilik Romanın həyatın və təhsilin mərkəzi olması üçün dünyəvi Roma və onun bütün tələbləri qarşısında yıxılmadı. Dindar Roma, atamın dediyi kimi, hökmranlığa və nəzarətə yönəlmiş «yeni humanizm»i təmsil edirdi. Onun ziyalılığı Müqəddəs Yazılar deyil, Aristotelə əsasən Yunan düşüncə tərzinə qayıtmanı əks etdirirdi.[2]R. J. Rushdoony, A Christian Survey of World History (Ross House Books, Vallecito, CA), ch. 14, “The New Humanism.”
16-cı əsrin Protestant Reformasiyası Roma ilə radikal ayrılma idi, lakin təkcə bəraət təlimləri və ya Roma Kilsəsinin hökmranlığına əsasən deyil. Reformasiya Müqəddəs Yazılarda Allahın Sözünün vəhyi nöqteyi-nəzərindən cəsarətli adamların etirazı idi. Allahın Özünü insanlara açması fərziyyəsi yalnız Qərbdə bir neçə ideyanı dəyişmədi; onun təsir etdiyi mədəniyyətləri dəyişdi. Müasir elm öz intibahını protestant reformasiyasına borcludur. Texnologiya insanın hökmranlıq etməyə can atdığı dünya və həyata baxışının nəticəsi idi. Dindar zülmdən azadlıq siyasi mühitdə tətbiq edilirdi; padşahların öz qanunlarına deyil, Allahın qanunlarına tabe olması bəyan edilirdi.
Maarifçilik dövrü 18-ci əsrin qədim Yunan humanizminə və rasionalizminə şüurlu dönüşü təmsil edən fəlsəfi hərəkat idi. Reformasiyanın təsiri o qədər çox yayılmışdı ki, bu əks-hərəkatda o qədər çox davam etdirilməli idi. Maarifçiliyin erkən uğuru Avropada oldu. Fransız inqilabı və Avropa rasionalizmi onun bəhrələri idi. Amerika Birləşmiş Ştatları daha çox davam gətirdi.
Amerikanın kökləri
Birləşmiş Ştatlaröz mənşəyini Reformasiyadan sonra öz nəsil-kökünün təməlini qoyan və bir neçə nəsillər davam etdirən geniş dini mühacirətlərə borcludur. İlk illərdə hakim dini qüvvə bəlkə də, cəmiyyətdə protestantlıq təfəkkürünün ən yaxşı tətbiqini hasil edən ingilis puritanlığı idi. Bu da, bəlkə, cəmiyyətdə protestantlıq təfəkkürünün ən yaxşı tətbiqinə gətirib çıxardı. Puritan təfəkkürü Yeni İngiltərəni idarə edirdi və digər müstəmləkələrin çoxunda presviterianlıq vasitəsilə güclü təsirə malik idi. Çox sonralar Amerikanın birinci böyük qərbi miqrasiyası (Ohayo çayının vadisinə) bu puritan atalarının nəslindən idi. Avropadan təcrid olunaraq, Amerika güclü protestant, Müqəddəs Yazıya əsaslanmış mədəniyyət yaratdı. Novator cəmiyyəti olaraq Amerikanın təbiəti Avropanın istənilən mədəniyyətindən daha çox Müqəddəs Kitaba əsaslanmış mədəniyyətin təməlini qoydu. Əslində Birləşmiş Ştatlar Protestant Reformasiyasının ən uca zirvəsi idi. Maarifçilik təfəkkürünün təsiri Amerikada 18-ci əsrin əvvəlində humanizm haqqında yaxşı oxumuş və onun təsir etdiyi insanlarda aşkar oldu, lakin başqaları onun Məsihçi düşüncəsinin tam əksi olduğunu anladılar və rədd etdilər. Amerika mədəniyyəti kütləsi Avropanı əhatə edən Maarifçilik dövrünün rasionalizminin təsirinə az məruz qaldı.
Amerikanın Maarifçilik təfəkküründən təcrid olunması tam deyildi və onun müqaviməti başlanğıcda ləng olsa da, dağılmağa başladı. Təəccüblü deyil ki, açılışa Yeni İngiltərə, köhnə Puritanlıq mərkəzində başlamış dini tənəzzül zəmanəti verilmişdi. Unitarianlıq[3]unitarianizm – Ata, Oğul və Müqəddəs Ruh Üçlüyünü qəbul etməyən hərəkat. formasındakı kafirlik orada kök saldı. Məsihçiliyin pietizm[4]pietizm— məsihçilikdə dualist dünya görüşü, həyatı (səhvən) əsl “ruhani” və təbii/ ümumi sahələrə ayırır. Pietizm diqqəti şəxsi ruhanilik üzərində cəmləşdirir, … Continue reading və digər «ruhaniləşdirilmiş» formaları (daha doğrusu, məhdudiyyətlər) Rəbbin Cəmiyyətinin şüurlu şəkildə mədəniyyət qayğısından uzaqlaşması, bu cərəyanın da 19-cu əsrin sonlarına yaxın aşkar olmasına səbəb oldu. Məsihçilər öz müstəqil anklavlarına[5]anklav (ing. Enclave ) – Bir dövlətin ərazisinin hamısı başqa bir və ya bir neçə dövlətin quru ərazisi ilə əhatə olunmasına deyilir. çəkildilər və müxtəlif növ humanist ideologiyaları tələsik şəkildə həmin boşluğu doldurdu.
Məsihçi imanına və onun Amerika sosial strukturuna meydan oxuyan ideyaların çoxu bir-biri ilə mübarizə aparırdı. Bu gözləniləndir. Günah və üsyan həmişə dağıdıcı olub. Təbiət (və təbii qanun) Allaha və Onun qanununa seçim olaraq təqdim edilmişdi. Darvin bu naturalizmə guya ki, elmi şərh verdi, lakin bu prosesdə onu tam təsadüflə idarə olunan edərək təbiəti qanun mənbəyi kimi məhv etdi. Təbiət özbaşına idi, bu da onda qanunun olmaması demək idi; qanun insanın praqmatik yaradılışı oldu.
Əlbəttə, sərbəstliyin yeni tərifi yarandı. Sərbəstlik əxlaqi mütləqlərdən azadlığa çevrildi. 19 və 20-ci əsrin ən görkəmli yazıçılarından bəziləri məsihçiliyi azadlığın əsl düşməni adlandırmağa başladılar. Məktəb və ailələr məsihçi düşüncələrinin dayağı kimi tanınanda məktəblərin mütəxəssislərin «mütərəqqi» rəhbərliyi altına keçirilməsi ictimaiyyət üçün zəruri hesab olundu. Müqəddəs Yazılara möhkəm və əməli iman olmadan, Amerika ilk növbədə pedaqoji kolleclərdə və nəhayət tədris proqramının və idarəetmənin bütün sahələrində təhsil üzərində getdikcə nəzarəti artıran siyasətçi və pedaqoqlara etibar edirdi. Amerikanın ictimai məktəblərinin getdiyi yol onların dövlət məktəbləri olaraq nəticələnməsi ilə bitdi.
İctimai məktəbləri “islah etmək” kimi təsadüfi gecikmiş çağırışlar istisna olmaqla, məsihçilər tərəfindən az sayda etirazlar eşidildi. Məsihçi Cəmiyyətlərinin əksəriyyəti modernizm formasında Maarifçilik rasionalizminə aldandılar. Hətta konservativ məsihçiliyin pietizmə və antinomianizmə[6]antinomianizm – açıq şəkildə və ya dolayısı ilə Allahın qanununun etibarlılığını, səlahiyyətini və ya tətbiq olunmasını inkar edən hər hansı bir mövqe gedərək uzaqlaşmasının ardınca onun dünyaya əzabın gəlməsindən əvvəl, məsihçilərin qeybə çəkilmə esxatologiyasını faktiki olaraq kütləvi şəkildə qəbul etməsi baş verdi. Məsihçi mədəniyyətindən qalan yalnız XX əsr inkişaf etdikcə onun tez qarşısı alınan ənənəvi atributları oldu. Dünyanın tənəzzülündən tezliklə qeybə çəkilmə intizarında olan Amerika məsihçilərinin əksəriyyəti məsihçi müqavimətini və ya əks tədbirlərini kafirlik hesab edirdilər. «Bütün bu şərə görə Allaha şükür olsun, bu da İsanın tezliklə qayıdacağı deməkdir» deyə çoxları təkrar edirdi. Özlərini konservativ və Müqəddəs Kitaba inanan hesab edən Amerika məsihçilərinin böyük kütləsi dünyəvi humanizmə qarşı mübarizəyə girməkdən imtina etdilər.
Beləliklə, humanizm qüvvələri Amerika məsihçiliyinin mədəniyyətinin geri çəkilməsindən sonra boşluğu tez doldurdular. 20-ci əsrin məsihçi məktəblərində ilk dəfə Lüteran və Holland Reformasiya olunmuş etiqadları tərəfindən başlanmış əks tədbirlər 1960-cı illərdə kütləvi şəkildə artmağa başladı. Onlar dövlətdən, eləcə də, aralarından bəzilərinin Məsihçi təlimçilərinə Müjdənin düşmənləri kimi yanaşdığı Cəmiyyətlərdən olan əleyhdarlara qarşı mübarizə aparırdı.
Məsihçilər nə etməlidirlər
1960-cı illərdən başlamış məsihçi təhsilinin inkişafı diqqətə layiqdir. Təəssüf ki, pietizm və antinomianizm qüvvələri əksər müvəffəqiyyətli məktəblərdə baş qaldırdı, onlardan bəziləri elmi etibardan düşmüş ruhani sığınacaq olmalarından məmnundurlar. Evdə təhsil verənlər təhsilin daha radikal reformasiyası hərəkatına rəhbərlik etdilər. Hər iki tip məsihçi təhsilinin bərpasını və bununla da, məsihçi mədəniyyətini təkmilləşdirmək üçün məsihçi təhsilinin vaxtı gəlib çatmışdır. ABŞ-da məsihçi təhsili hələ kamilləşməmişdir. Əgər kamilləşibsə, deməli, bu problemlərdən xəbər verir. Daha doğrusu, ümid edirəm ki, o hal-hazırda hələ də böyüməsi yolunda çətinliklər yaşayır və onun kamilləşməsi hələ qabaqdadır. O, bir çox təşəbbüskarların imanı və sadiqliyinə əsaslanmış uzun yol qət etmişdir. Onun gələcəyə ümidi daimi olaraq böyüməkdədir.
Məsihçi təhsili ümumiyyətlə təhsili Müqəddəs Yazının elmə, qanuna, dövlətə və sair hər bir məfhuma xitab etdiyi Reformasiya görünüşünə qaytarmalıdır. O, bunu edəndən sonra bu cür qaydaları şüurlu surətdə Yazıların və Rəbbinin hökmranlığına təslim etmək istəyi ilə inkişaf etdirərək növbəti mərhələyə qaldırmalıdır.
Məsihçi təhsili Müqəddəs Kitabın tədrisi çərçivəsindən kənara çıxmalıdır; o, Allahın Sözünü hər bir qaydanın təməlinə çevirməlidir. Məsihçi təhsili yaxşı ilahiyyatdan (Allahı araşdırmadan) daha artıq, teosentrik (Allaha yönəlmiş) olmalıdır. Buna görə, o, öz antinomianizmindən imtina etməli və bütün Yazıların Allahın əbədi qanuni sözü olduğunu hesab etməlidir.
Məsihçi təhsili dünyəvi humanist sosial mühəndisliyin bir qaydası kimi «ictimai elmlər»dən imtina etməli və tarixi öyrətməlidir. Bunu etməklə o, hər bir şər sivilizasiyanı sadəcə öz əzəmətinə heykəl qurduğuna görə tərifləməməlidir. Tarix kitabları bu cür cəfəngiyyatla doludur. Tarix Allahın Padşahlığı ilə şeytanın padşahlığı arasında döyüşdür. Keçmişin təzahürləri Yazılarda və Onun xalqında bu gün görünür; sonuncuların nümayəndələri isə çoxluqdur. Biz iki Padşahlıq arasındakı böyük əxlaqi mübarizə və bizim oradakı mövqeyimiz barədə Rəbbimizin Padşahlığı barəsindəki məsəllərindən öyrənə bilərik.
Məsihçi təhsilinin elmdə çox işi var. Təkamüldən imtina etmək kifayət deyil; biz psixologiyanı, sosiologiyanı, antropologiyanı, geologiyanı və s. nəzarət edən naturalizmin bütün fəlsəfəsini rədd etməliyik. Biz müasir elmi yaradan anlayışa, Allahın Qanun Allahı olduğuna görə Onun yaradılışının dərk edilə bilməsi imanına qayıtmalıyıq.
Məsihçi təhsili dili cümlələr mexanizmi ilə məhdudlaşdırmamalı, ünsiyyəti bizi yaradan, Özünü bizə açan və Özünü sözlərlə təsvir edən Allahın ənamı kimi öyrətməlidir. 1950-ci illərin və ya 1930-cu, 1880-ci və ya digər illərin standartlarına qayıtmaq kifayət deyil. Nəticə etibarilə, bu dövrləri üstələməyə can atmalıyıq. Bu proses bir neçə nəsil davam edə bilər.
Məsihçi təhsili məqsədyönlü olmalıdır. «Ruhən təhlükəsiz» mühitin təmin edilməsi müdafiə və məğlubiyyət strategiyasıdır. Uşaqlar yalnız Allahın Padşahlığı və Onun Məsihi naminə fəal döyüşçülər olmağa öyrədilsələr təhlükəsizlikdə olacaqlar. Bizə məsihçilik təhsili işini davam etdirmək əzmkarlığı olan, həmçinin həyat və düşüncələrinin hər bir sahəsində bu cür səylərə təşəbbüs göstərən gənc insanlar lazımdır. Bizə öz həyatlarında, ailələrində, vəzifələrində və icmalarında hökmranlıq nümayiş etdirəcək müstəqil, əhd düşüncəli, gələcəyə baxan Allah xidmətçiləri lazımdır.
Məsihçi təhsili Allahdan deyil, Allahda azadlıq axtaran, Ondan şəxsən asılı olmağın və Onun qanunu altında insanların bir-birindən qarşılıqlı asılılığının zəruriyyətini görən nəsil tərbiyə etməlidir.
Məsihçi təhsili böyük işlər görmək üçün hazırlanmış tarixi dönüş nöqtəsinin başlanğıcıdır. Birincisi, Məsihçi cəmiyyəti dünyəvi humanizmin daşqınlarına yol açan və hətta humanizmin istənilən müqavimətinə qarşı çıxan geri çəkilmədən imtina etməlidir. Rəbbin Cəmiyyətinin uğursuzluğu bizə problem yaratdı. Allah vəd verdi ki, cəhənnəm qapıları Məsihin Padşahlığının gəlməsinə mane olmayacaqdır. Tələb olunan yalnız budur – Allahın xalqı Onun Rəhbərliyinə sadiq olmalı və insanın «allahlar kimi olmaq» istəyini rədd etməlidir. Məsihçi pedaqoqlar Vəd olunmuş Torpaq qarşısında Nun oğlu Yeşua və Kalevlər – Allahın Sözü baxımından irəli hərəkət etməyə hazır olanlardır. Artıq biz səhrada sürünməli deyilik. İrəli getmək və Allahın qələbəsini görmək vaxtıdır. Allahın lütfü ilə bu baş verəcəkdir.
İlk dəfə burada nəşr edilmişdir: https://chalcedon.edu/magazine/reclaiming-education
Mark R. Raşduni Los-Anceles Baptist Universitetindən (hazırda The Master’s College) 1975-ci ildə tarix üzrə bakalavr dərəcəsi (B.A) almış və 1995-ci ildə xidmətə təyin edilmişdir. O, 1978-ci ildə Chalcedon (Kalsidon) komandasına qoşulmazdan əvvəl üç il Virciniyada Məsihçi orta məktəbində tarix, Müqəddəs Kitab, mülki hüquq və iqtisadiyyatdan dərslər vermişdir. O, tam ştat işləyərək 14 il Kalsidon Məsihçi Məktəbinin direktoru vəzifəsində çalışmışdır. O həmçinin bütün övladlarına məktəb illəri boyu repetitorluq da etmişdir. 1998-ci ildə o Kalsidon Təhsil müəssisəsi və “Ross House Books” nəşriyyat evinin Prezidenti olmuş və bir çox məqalələr yazmışdır ki, onlar www.chalcedon.edu səhifəsində mövcuddur. O, ABŞ-da və xaricdə çox sayda konfranslarda və Cəmiyyətlərdə çıxış etmişdir.
Qeyd
↑1 | liberal elmlər – 3 sahəni əhatə edir: təbiət elmləri, incəsənət və humanitar elmlər. |
---|---|
↑2 | R. J. Rushdoony, A Christian Survey of World History (Ross House Books, Vallecito, CA), ch. 14, “The New Humanism.” |
↑3 | unitarianizm – Ata, Oğul və Müqəddəs Ruh Üçlüyünü qəbul etməyən hərəkat. |
↑4 | pietizm— məsihçilikdə dualist dünya görüşü, həyatı (səhvən) əsl “ruhani” və təbii/ ümumi sahələrə ayırır. Pietizm diqqəti şəxsi ruhanilik üzərində cəmləşdirir, lakin məsihçiliyin cəmiyyətə/ mədəniyytə tətbiqini inkar edir. |
↑5 | anklav (ing. Enclave ) – Bir dövlətin ərazisinin hamısı başqa bir və ya bir neçə dövlətin quru ərazisi ilə əhatə olunmasına deyilir. |
↑6 | antinomianizm – açıq şəkildə və ya dolayısı ilə Allahın qanununun etibarlılığını, səlahiyyətini və ya tətbiq olunmasını inkar edən hər hansı bir mövqe |